Йапонийа сяфярнамяси
147
Oteldəyəm. Otaqda var-gəl edir və düşünürəm:
«İkinci Dünya müharibəsinədək Yaponiya iqtisadi gerilikdə
idi. Müharibə dövrü, təbii ki, yaponlar üçün çox ağır oldu.
Amerika Yaponiyaya qarşı idi... Yalnız müharibədən bir
neçə il sonra bu ölkədə böyük dirçəliş dövrü başlandı.
İqtisadi yüksəliş. Özü də yüksəliş, nə yüksəliş... Yaponiya
yüksəlişi ABŞ, Çin, Cənubi Koreya, Cənubi Vyetnam,
Sinqapur, Honkonq kimi varlı yerləri heyrətdə qoyub.
Yaponiya bütün dünyaya sübut etdi ki, hər bir ölkə yüksəlişə
yetə bilər, amma istəsə, amma qoysalar, amma əl-qolunu
bağlamasalar, amma ayağından çəkməsələr. Bir də, yaponlar
hamıya bildirdilər ki, maddi, mədəni, ictimai, hüquqi və s. və
s. yüksəliş mümkündür, amma mövcud qanunlar işləsə...».
Varsağı
Yapon var,
Monqol, nanay, yapon var.
Ap-açıq möcüzəymiş
Bu qıyıqgöz yaponlar.
Dostları ilə paylaş: |