143
Oka doktorluq dissertasiyasını Pekində yazmış və elə orada
da onu müdafiə etmişdir.
H.Oka ilə sağollaşdıqda o, sabah saat onun yarısında
mənim arxamca gələcəyini və birlikdə Tokioya gedəcəyimizi
bildirdi.
Şaiqə bir qədər piyada gəzməyi təklif etdim. Şəhəri
seyr etmək fikrindəydim. Körpü üstündən çaya baxdım. Su
elə şəffaf idi ki, çayın dibini görürdüm.
Olduqca nəzakətlidirlər bu yaponlar. Universitetin
dəhliz və otaqlarında olduğum vaxt məni tanıyıb-
tanımamaqlarından asılı olmayaraq, başlarını bir qədər aşağı
əyib «hay» deyir və beləliklə də öz ehtiramlarını bildirirdilər.
Körpü üstündə yanımdan keçən bir kişi də üzümə baxıb
«hay» dedi. Dərhal bir varsağının dörd misrası yarandı:
Tap onu, Gəz həmişə, tap onu. Yapon məni xoşladı, Mən xoşladım yaponu.
Bir daha «hay» barədə. Həsən Seyidbəyli yazır: «Bizə
xidmət edən qızlar üzlərindən lap uşağa oxşayırdılar. Nə
deyirdiksə cəld «hay» deyə cavab verirdilər. «Hay» həm
«baş üstə», həm «bəli», həm də «oldu» deməkdir» (Həsən
Seyidbəyli. On beş gün Yaponiyada, səh.47). Görəsən, körpü
üstündə rastlaşdığım kişi niyə mənə «hay» dedi? Axı,
tanımadığım o adamın «hay»ında nə «baş üstə», nə «bəli»,
nə də «oldu» sözləri öz yerini tuturdu.
Görünür ki, «hay»ın başqa mə’naları da var.
«Hay»
ifadəsi
haqqında
başqa
bir
kitabın
mə’lumatına diqqət yetirməyim oxuculara maraqlı ola bilər:
Şahin Fazil
144
«Adama elə gələ bilər ki, hər hansı bir dildə tanışlıq
ən adi və çox işlənən sözlər kimi «hə» və «yox»
kəlmələrindən başlanır.
Sən demə, yapon dilində «hə» və «yox» kəlmələrinə
yiyələnmək o qədər də asan deyildir. «Hə» kəlməsini
işlətmək müşkül işdir, çünki o, heç də həmişə «hə»
mə’nasını vermir. «Yox» kəlməsini isə daha ehtiyatla
işlətmək lazımdır...
Bu iki başlıca kəlməni bilmək və yadda saxlamaq su
içmək kimi asandır. Telefonda danışan və xəttin o biri
başındakı görünməz müsahibinə hey başını tərpətməklə
dönə-dönə «hay», «hay», «hay» deyən yaponun yanında
olmaq kifayətdir.
Əgər siz həmin kəlmənin mə’nasını soruşsanız, hamı
deyəcək ki, «hay» yapon dilində «hə» deməkdir. Lakin bir
azdan əmin olacaqsınız ki, yaponun hər «hay» kəlməsini
təsdiq, yə’ni «hə» mənasında işlətdiyini güman etmək
bağışlanılmaz nikbinliyə yol verməkdir.
Məsələn, siz yapon mehmanxanasına düşmüsünüz.
Ertəsi gün ən’ənəvi yapon səhər yeməyi – qurudulmuş
yosun, düyü və qıcqırmış paxla pastası ilə xırda
balıqqulaqlarından bişirilmiş sup əvəzinə iki yumurta
qaynatmağı xahiş edirsiniz.
Xahişinizi dinləyib «hay» deyirlər, səhər doğrudan
da yumurta, çörək və bir termos qaynar su gətirirlər...
Lakin bu vaxt mə’lum olur ki, yumurtanı yemək üçün
duz yoxdur. Siz telefonla zəng vurub duz gətirməyi xahiş
edirsiniz, aşağıda bu xahişə cəld «hay» cavabı verirlər.
Beş, on, iyirmi dəqiqə, yarım saat keçir... Səhər
yeməyini çoxdan qurtarmısınız, pulunu vermək üçün aşağı
düşürsünüz. Elə bu vaxt mə’lum olur ki, duz gətirməmişlər,