«Bir dəli şeytan deyir...» Dəlidir Dəliyə qulaq asan. 8.01.2007 Aləmi bəzədi, Özü isə lüt gəzdi, Yazıq iynə!.. 11.07.2004 «Pul əl çirkidir, Yarəb, qoy çox olsun bu çirk» - Dedi biri. 28.12.2004 Sən Nə üzsüz adamsan? Gözlərim üzünü görməz bir də!!! 24.05.2007 Kəlləm bərkdən də bərk, Başımda qoz sındırma, Qozun sınar. 10.07.2007 Ətəyini kəs, Əlimi kəsmə, Məgər qandan qorxmuram? 22.07.2007
Nə isə...
Şahin Fazil
150
Yaponiya
iqtisadiyyatı!
Dirçəliş
və
iqtisadi
yüksəliş! Yaponiyanın get-gedə yüksələn xətlə inkişafına
göz qoyan Robert Giyen adlı avropalı müəllif hələ 1969-cu
ildə yazırdı: «Yaponiyanın gələcəyi təhlükəlidir. Onun
açıq-aydın zəif yerləri Yaponiya iqtisadiyyatı üçün təhlükə
doğurmurmu? Ölkəni idarə edənlər onu həddindən artıq
irəli itələmirlərmi? Vaxtilə generallar kimi onlar da öz
imkanlarını
çox
şişirtmirlərmi,
ölkəni
süquta
uğratmayacaqlarmı? Bu gün problemləri meydana çıxır və
getdikcə daha ciddi şəkil alır. İqtisadi maşın hətta normal
işləsə də, elmi-texniki inqilabın ağır nəticələrindən
sarsılmış və parçalanmış yapon cəmiyyəti iqtisadi
müvəffəqiyyəti
şübhə
altına
qoyacaq
böhrana
uğramayacaqmı?»
Robert Giyen sözünə davam edir:
«Yaponiya qəfil hadisələr ölkəsidir. O, lap son
zamanlaradək bunu öz tarixi ilə tez-tez sübut etmişdir. Elə
olur ki, ölkə bir istiqamətdə uzun müddət hərəkət edəndən
sonra qəflətən istiqaməti dəyişir. Bu, gözlənilməz