151
işlərdə həmişə ağıllı hərəkət edəcəklərmi?» (Bax: Sakura
budağı, səh.215).
Robert Giyenin fikirlərində hələ XX əsrin 50-60-cı
illərindən sonra birdən-birə böyük iqtisadi dirçəliş və
yüksəlişə nail olan Yaponiyaya qarşı amerikansayaq və
avropasayaq qısqanclıq duyulmurmu? Axı, inkişaf
etməkdə olan ölkələr arasında iqtisadi cəhətcə axır
yerlərdən birini tutan Yaponiya qəfildən əvvələ çıxdı,
yaxud əvvələ çıxmaqdadır. Əvvəl və son. Son və əvvəl.
Qit’ə
Əvvəli sonda, sonu əvvəldə gör, Gör necə üstündü sonun qüdrəti. Bax bu elin qüdrətinə, heyran ol, Bil necə qüdrətdi onun qüdrəti. Əqlini sonda elə işlətdi ki, Ərşə ucaldı Yaponun qüdrəti.