Kitabxanası (Toyo Bunko) . Xanım Ayumi Yanagiya. Toyo Bunkonun Konfrans zalı. Bir saatlıq çıxışım. Restoranda şərəfimə ziyafət. “ Sunroite” oteli. Sübh. Saat 8-dir. Tokioya getməyə hazırlaşıram.
Dünən prof. H.Oka demişdi ki, sabah saat onun yarısında
otelə gəlib mənimlə xudahafizləşəcək, Tokioya məni prof.
T.Kuroda müşayiət edəcək. Elə də oldu. H.Oka ilə
«Şinkansen» sür’ət qatarının qarşısında sağollaşdıq. O,
geriyə, biz isə irəliyə yönəldik.
Takaşi Kuroda maraqlı həmsöhbətdir. Fars dilinin
Tehran ləhcəsi ilə danışır. Gələn həftə İrana – Beynəlxalq
Elmi Konfransda iştirak etməyə gedəcəkdir.
Tokio. Göyün üzü bombozdur. Görünür ki, yağış
yağacaq. Yaponiya paytaxtının iqlimi haqqında Uolt
Şeldon yazır: «Buranın iqlimi qəribədir: yayda Tokio