Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə117/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   113   114   115   116   117   118   119   120   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
163 
- Gərək xəbər veriləydi. Bu bizim səhvimizdir.  
Sonra  «Toyo  Bunko»  ilə  tanışlıq.  Zəngin  kitabxana-
dır. Mənə bir neçə kitab bağışladılar. 
Nahardan  sonra  «Toyo  Bunko»nun  Konfrans  zalına 
gəldik.  Orada  artıq  professorlar,  elmlər  doktorları,  tələbələr 
və  bu  görüşün  təşkilatçıları  öz  yerlərində  əyləşmişdilər. 
Gündüz  saat  15-də  başlayan  çıxışım  16-da  qurtardısa  da, 
mənə verilən suallar və onların cavabları saat 17-dək davam 
etdi. Çıxışımın mövzusu elə Senday Tohoku Universitetində 
etdiyim  mə’ruzəm  idi:  «XX  əsr  Azərbaycan  milli 
tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət». 
«University  Rezearch  Center»in  professoru  Ken 
İşiquka,  Tohoku  Universitetinin  Associate  Professoru 
Tomoki  Okavara,  «Toyo  Binko»nun  «Rezearch  Fellov»-u 
Ayumi Yanagiya, Azərbaycanın siyasi tarixi ilə məşğul olan 
elmi  işçi  Teppei  Makaşhima,  «Sasakava  Peace  Founation»-
un  «Offise  of  Regional  Founds»-unun  «Depyuti  Direktor»u 
Akira  Matsunaga,  sonra  isə  4  tələbə  biri-birinin  ardınca 
suallar  verdilər.  Qeyd  edim  ki,  bu  adamların  hamısının 
Azərbaycan  haqqında  geniş  mə’lumatları  vardır  və  bə’ziləri 
müstəqim  olaraq  Azərbaycan  tarixinin  müxtəlif  dövrlərini, 
xüsusən  müasir  dövr  tariximizi  öyrənməklə  məşğuldurlar. 
Bə’zi suallar (xüsusilə prof. Ken İşiquka) sırf siyasi xarakter 
daşıyır  və  açıq-aşkar  özündə  Azərbaycanın  bugünkü 
vəziyyətinə  və  daxili  işlərinə  qarışmaq  meylini  təzahür 
etdirirdi  (Sonradan  öyrəndim  ki,  bu  professor  bir  neçə  dəfə 
ölkəmizdə  olmuşdur).  Mən,  təbii  ki,  sırf  elmi  olan 
mövzumuzu  siyasi  məcraya  yönəltməyə  cəhd  edən  Ken 
İşiqukanın  bu  cəhdinə  imkan  vermədim  və  dedim  ki,  biz 
hamımız elmi işçilərik və gəlin elmi siyasətlə qarışdırmayaq. 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin