Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə118/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   114   115   116   117   118   119   120   121   ...   166
Şahin Fazil 
 
 
164 
Əlbəttə, sözlərim prof. K. İşiqukanın xoşuna gəlmədi. 
Azərbaycanın  orta  əsr  və  yeni  dövr  tarixi  və  XX  əsr 
tarixşünaslığına dair suallara isə geniş cavablar verirdim. 
Azərbaycan  Respublikası  tələbələri  daha  çox 
maraqlandırırdı.  Hamının  qarşısında  mənim  tərcümeyi-
halımı əks etdirən və üzərində rəngli kiçik şəklim olan vərəq 
vardı.  Yaponları  mənim  keçdiyim  həyat  yolum,  səfərlərim, 
elmi və bədii yaradıcılığım maraqlandırdı. 
Qeyd  edim  ki,  Yaponiyanın  Azərbaycandakı  sabiq 
səfiri nədənsə gəlib çıxmadı. 
Görüşümüz  bitdi.  Küçəyə  çıxdıq.  Yağış  yağırdı. 
Ətrafımdakı adamların əksəriyyətinin əllərində çətirlər peyda 
oldu.  Xanım  Ayumi  və  mən  bir  çətir  altında  addımlayırdıq. 
Mə’lum  oldu  ki,  o  da  Tehran  Universitetində  oxumuşdur. 
Söhbətimiz fars dilində gedirdi. Məni menyuda əsasən balıq 
yeməkləri  olan  yaraşıqlı  bir  restorana  gətirdilər.  İçki  təklif 
olundu. Hamı şərab istədi, özü də Fransa şərabı. 
Şam  yeməyi  qurtardıqdan  sonra  taksi  maşınlarına 
mindik və Tokionun mərkəzində olan 5 ulduzlu «Sunroute» 
otelinə  gəldik.  Şaiqlə  mənə  bu  oteldə  ayrı-ayrı  otaqlar 
verildi. 
Ayrılarkən prof. T.Kuroda mənimlə sağollaşdı. O, sa-
bah  İran  səfirliyində  Tehrana  qarşıdakı  səfəri  ilə  əlaqədar 
məsələsini həll etdikdən sonra Sendoya qayıdacaq. 
İçərisində  hər  bir  şəraiti  olan  yığcam  otağımdayam. 
Yatağa  uzandım.  Gözümə  yuxu  gəlmir.  Üç  gündən  sonra 
qayıdıram  vətənimə  inşallah.  Yenə  Tokio-Moskva  məsafə-
sindəki 10 saatdan çox uçuş. Yenə Moskvanın «Şeremetyevo 
–2»  aeroportunun  tranzit  zalında  9-10  saatlıq  gözləmək. 
Sonra Bakı istiqamətinə uçuş. Boş yerə darıxmaqdansa şe’r 
yazmaq yaxşıdır. «İstiqamət» adlı bir şe’r yarandı: 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin