Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə120/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   116   117   118   119   120   121   122   123   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
169 
münasibət  xüsusən  klassik  yapon  eposunda  daha  parlaq 
tərzdə  əks  olunmuşdur.  «Böyük  dünya  haqqında  povest» 
kitabında  elə  intiharların  2640  hadisəsi  təsvir  olunur. 
Onlardan birisi belədir: 
«Yosimitsu  qarovul  qülləsinə  qalxdı  və  şahzadənin 
getdiyi  istiqamətə  baxmağa  başladı.  O,  onun  get-gedə 
uzaqlaşdığını  tutqunluqla  gördü.  «Hə,  indi  isə  başlamaq 
olar»  deyə  fikirləşdi.  Qılıncı  ilə  qala  taxtalarını  qopardı, 
özünü  aşağıda  dayanan  adamlara  göstərdi  və  bərkdən 
qışqırdı:  «Əzəmətli  ilahə  Amaterasunun  nəslindən  doxsan 
beşinci varisi, imperator Dzimmunun hakimiyyəti vaxtından 
doxsan  beşinci  nəslin  hökmdarı  imperator  Qodayqonun 
ikinci  oğlu  birinci  dərəcəli  şahzadə  Takaxato  üsyankar 
vassallarının  əli  ilə  indicə  öldürülmüşdür.  İndi  mən  sizə 
döyüşçünün özünü necə öldürəcəyini  göstərəcəyəm. Mənim 
bu  hərəkətim  qoy  sizə  nümunə  olsun.  Sizin  əsgərlik 
xoşbəxtliyiniz  qurtardıqda  siz  özünüz  də  öz  qarnınızı 
cırmağa hazırlaşacaqsınız». 
Belə deyərək o, yaraq-əsləhəsini əynindən çıxardı  və 
qaladan  aşağı  tulladı...  bədəninin  aşağı  hissəsini  üryan  etdi, 
qılıncını  ağappaq  bədəninə  soxdu,  onu  qarnında  sağa-sola 
çəkməklə  qarnını  yardı,  daxilindəki  bədən  üzvlərini  çıxardı 
və  onları  qalanın  döşəməsinə  atdı,  sonra  qılıncını  dişləri  ilə 
tutaraq üzü üstə yerə yıxıldı». 
XV  əsrin  ikinci  yarısından  XVII  əsrin  ortalarınadək 
Yaponiyada  sahibin  vəfatı  münasibətilə  seppuku  əməlinin 
icrası  başlandı.  «Xaqakuri»  kitabında  elə  hadisələrin  biri 
haqqında  hekayət  vardır.  Orada  danışılır  ki,  sahibkar  knyaz 
Nabesimanın işlər müdiri Sukedzaemonun yanına göndərilən 
knyazın  bir  nümayəndəsi  ona  belə  əmr  çatdırdı:  Qızının 
səfeh  əxlaqsızlığı  ilə  öz  adını  şərəfsizləşdirdiyi  üçün  qoy 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin