Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə123/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   119   120   121   122   123   124   125   126   ...   166
 
Öldür 
 
İntihar günahdır,  
günahı öldür, 
Adamı öldürən  
silahı öldür. 
Qeyzini, hikkəni öldür, 
Düşmənə qarşı yönəlməyən  
qəzəbini öldür, 
səni öldürə biləsi 
əsəbini öldür. 
Çıxarıb at tamah dişini,  
o dişini öldür. 
Pis adətini, vərdişini öldür. 
Gözünün ağını qapa, 
ac gözünü öldür. 
 


  Йапонийа сяфярнамяси 
 
 
173 
Öldür, 
Öldür, 
Öldür, 
Yersiz yerə ürəyini didən  
kədəri, ahı öldür, 
Öldürmə özünü, 
Günahı öldür. 
 
19.12.2006 
Üçüncü Divan, 
səh.831 
 
Kamikadze, xarakiri, samuray... Yaponiyaya xas milli 
keçmiş. Bu keçmişi yazılı ədəbiyyatdan oxuyan, öyrənən və 
yenidən yeni ədəbiyyata gətirən müəlliflər az olmamışdır. Bu 
halı müşahidə edən rus yazıçısı İlya Erenburq yazır: 
«Yaponiyaya  baxıb  qəzəblənən  müəlliflər  də 
olmuşdur.  Onlar  dəfələrlə  yazmışlar  ki,  yaponlar  hər  hansı 
fərdi xüsusiyyətlərdən məhrumdurlar və onlara bu cür şablon 
sifətlər 
verilmişdir: 
«Asiyanın 
prussakları», 
«əbədi 
təqlidçilər»,  «qarışqa  yuvası».  Bu  müəlliflərin  kitablarında 
Yaponiya  didib-parçalamaq  arzusu  ilə  yaşayan  samuraylar 
ölkəsi,  xarakirilər  və  işgəncələr,  məkr  və  qəddarlıq, 
danışıqsız  itaət  və  iblis  hiyləgərliyi  ölkəsi  kimi  təsvir 
edilmişdir» (Sakura budağı, səh. 13-14). 
Bu kimi sifətlər hansı ölkənin tarixində baş verməyib 
ki? Amma başqa üzdə, başqa adda... 
Televiziyada  baxdığım  xarakiri  adətləri  haqqındakı 
film  bitdi.  Bir  qədər  sonra  (təxminən  bir  saat  sonra) 
Azərbaycan  dövlətinin  Yaponiyada  mülkiyyəti  olan  (başqa 
Şahin Fazil 
 
 
174 
ölkələr  kimi)  səfirliyimizin  yerləşdiyi  əraziyə  getməliyik. 
İndisə şe’r yazmalıyam. Xarakiri təəssüratı ilə. Lap isti-isti. 
Bir qəzəl yarandı: 
 
Cür’ət edə bilməz edə hər ər xarakiri, 
Əlbəttə, adamdan ürək istər xarakiri. 
 
İndi edən azdır bu dəbi, amma əzəllər, 
Var idi yaponlarda sərasər xarakiri. 
 
Öz sahibinə sevgi verərdi yapona güc, 
Eylərdi əsrlərlə qətllər xarakiri. 
 
Qanunsuz əməllər də buna sövq eləyirdi, 
Acizliyə tüğyan idi əksər xarakiri. 
 
Əlbət, xarakiri edənin fərqi görünmür, 
Həm atlı edir, həm də ki, mehtər xarakiri. 
 
Çox cəhd olunubdur neçə haqsızlığa qarşı, 
Hər cəhdə deyil amma bərabər xarakiri. 
 
Vaxt var idi zalimlərə, zülmə edib üsyan 
Eylərdi əsəbdən neçə əsgər xarakiri. 
 
Bə’zən yığışıb, birgə ediblər onu icra, 
Çox gənc adamın qətli idi hər xarakiri. 
 
Kəs var ki, edir qarnına xidmət gecə-gündüz, 
İstərmi cıra qarnını xəncər xarakiri? 
 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin