Daha nə istəyirdin?
Məşhur yapon yazıçısı,
idmançısı, rejissoru, aktyoru,
dirijoru, təyyarəçisi, səyyahı,
fotoqrafı Yukio Misimanın
parlaq xatirəsinə
Qənimətdin dünyaya,
Daha nə istəyirdin?
Ölkəndi – Yaponiya!
Daha nə istəyirdin?
İstəyin ədalətdi?
Ədalət həqiqətdi?
Həqiqət zərurətdi?
Daha nə istəyirdin?
Yazıçılıq… Siyasət…
Siyasətdə əziyyət
Olmadımı kifayət,
Daha nə istəyirdin?
Kitab istədin – oldu,
Savab istədin – oldu,
Йапонийа сяфярнамяси
177
Əzab istədin – oldu,
Daha nə istəyirdin?
Dedin «haqqa qurbanam!»,
Dedin «istərəm yanam!»,
İstəyinə heyranam
Daha nə istəyirdin?
Qələmdə – kəsərin var,
Sözündə – dəyərin var,
Yüz cildlik əsərin var,
Daha nə istəyirdin?
Aktyor da olmusan,
Rejissor da olmusan,
Dirijor da olmusan,
Daha nə istəyirdin?
Fərasət də etmisən,
Şücaət də etmisən,
Səyahət də etmisən,
Daha nə istəyirdin?
Şöhrət gülü dərmisən,
Şərəf-şan da görmüsən,
Təyyarə də sürmüsən,
Daha nə istəyirdin?
Qədrin, qiymətin vardı,
Gücün, qüvvətin vardı,
Şahin Fazil
178
«Qızıl Mə’bəd»in vardı,
Daha nə istəyirdin?
Ruh ki, cismə bəzəkdi,
Amma, gör ki, nə çəkdi?!
Xarakiri gərəkdi?
Daha nə istəyirdin?
Daha nə istəyirdin?
Jukio Misimaya «Daha nə istəyirdin?» misrasını
təkrar-təkrar pıçıldamaqdaydım ki, qapı döyüldü. Şaiq idi.
Restorandakı kafeyə düşdük, sonra yola çıxdıq. Azərbaycan
Respublikasının Yaponiyadakı səfirliyinə getməliyik.
Qeyd etməliyəm ki, Tokio kimi nəhəng bir
meqapolis-şəhərin (orada əhalinin sayı 30 miloynu keçib)
olduqca mürəkkəb metro-qatar sistemi var. Mən kimi yapon
dili bilməyən adam nəinki 3-5 günə, heç bir aya da bu
sistemdən baş çıxara bilməz. Hətta Şaiqin özü tez-tez metro
xidmətçilərinə müraciət etmək məcburiyyətində qalır,
soruşur, dəqiqləşdirir və yalnız bundan sonra biz
gedəcəyimiz istiqamətə doğru üz tuturuq. Mən onu gözdən
qoymamalıyam. Allah eləməsin ki, belə çoxmilyonluq insan
selində bələdçidən ayrı düşəsən. Elə Şaiq də dəfələrlə geri
dönüb mənə baxırdı. Buna görə də, hər ehtimala qarşı onun
mobil telefonunun nömrəsini kağıza yazıb cibimə qoydum.
Üç saatdan çox vaxt keçdi. Nəhayət, səfirliyimizin
binası qarşısındayıq. Zəngi basdıq. Qapını orta boylu, qaraşın
çöhrəli cavan bir azərbaycanlı açdı. Bakıdan gəldiyimi
bildikdən sonra bizi içəriyə də’vət etdi. Dedi ki, səfir Azər
Hüseyn (Hüseynov) hazırda vacib bir görüşə getdiyi üçün
|