Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə128/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   124   125   126   127   128   129   130   131   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
181 
Mərmərə  Universitetində  oxumuş,  İsveç  ölkəsinə  getmiş, 
Stokholm  Universitetində  təhsil  almışdır.  2006-cı  ildən  bu 
vaxtadək  Yaponiyanın  Azərbaycan  səfirliyində  III  katib 
vəzifəsində çalışır. 
Dr.  Gursel  Yaponiyadan  mənim  nə  kimi  təəssürat 
aldığımı soruşdu. Dedim: 
-  Mən  burada  gördüyüm  şəhərlərin  təmizliyinə 
heyranam.  Hər  tərəf  o  dərəcədə  tər-təmizdir  ki,  istər  qar, 
istərsə  də  yağış  yağsın,  adamlar  və  maşınlarda  qətiyyən 
palçıq izi görünmür. Asfaltın qapqara rəngi məni valeh etdi. 
Elə bil yerə indicə döşəyiblər. 
- Hə, keçən həftə Xarici İşlər Nazirinin müavini Araz 
Əzimov  da  Tokioda  idi.  O,  çox  səfərlərdə  olduğunu,  amma 
belə təmiz şəhər görmədiyini söylədi. 
Gursel  mənə  müxtəsər  şəkildə  Yaponiya  tarixindən 
danışaraq  yapon  əlifbası  barədə  bu  mə’lumatı  da  verməyi 
unutmadı: 
-  İki  yapon  əlifbası  var:  hiragana  və  katakana. 
Hiragana  qədimdən  mövcud  olan  yapon  sözlərini,  katakana 
isə  alınma  sözləri  ifadə  edir.  Bunlardan  başqa  «kanei» 
adlanan  ieroqliflər  də  var.  İeroqliflər  VI  əsrdə  Koreya 
vasitəsilə  Çindən  gəlib  çıxıb  Yaponiyaya.  Bu  ölkədə  gərək 
ən  azı  2000  ieroqlif  biləsən  ki,  gündə  çıxan  qəzet  və 
jurnalları oxuyasan, kitablardan istifadə edəsən. 
Bunları  da  dəqiqləşdirdim  ki,  Yaponiyanın  68  min 
adası  var.  Onu  da  bildim  ki,  dünyada  ən  çox  ada  olan  ölkə 
İndoneziyadır.  Yaponların  ən  böyük  adaları  Honşui, 
Hokkaydo  (bu  adanın  ərazisi  Azərbaycan  boydadır),  Kyuşi 
və  Şikonodur  (Bu  adaların  adları  «Yaponlar»  kitabında 
Xonsyu,  Xokkaydo,  Kyusyu  və  Sikoki  kimi  yazılmışdır. 
Bax: səh.7). 
Şahin Fazil 
 
 
182 
Bir qədər sonra biz səfirliyimizin bu iki əməkdaşı ilə 
sağollaşdıq.  Yolüstü,  «Türk  restoranı»na  getdik.  Sahibi 
cavan  bir  türkdür.  Xanımının  yapon  olduğunu  bildirdi.  Bu 
restoranda  bol  çeşidli  türk  yeməkləri  verilir.  Pulunu 
əvvəlcədən  ödə,  hansı  xörəkdən  nə  qədər  istəyirsən  ye,  heç 
bir məhdudiyyət yoxdur. 
Otelimizə  qayıtdıq.  Əlbəttə,  bu  günün  təəssüratı  çox 
böyük  oldu.  Diqqətlə  seyr  etdim  Tokionun  bə’zi  görməli, 
gəzməli yerlərini:  
 
Təkbeyt 
Qocayam, görmədəyəm bəlkə də son məmləkəti, 
Deyirəm möcüzə imiş bu yapon məmləkəti. 
 
Axşam  yenidən  möcüzəli  Tokionu  gəzməyə  çıxdıq. 
Sabah Narita aeroportundan Moskvaya uçmalıyam inşallah. 
Bu gün... bu gün isə bu şe’ri yazdım: 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin