Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə124/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   120   121   122   123   124   125   126   127   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
175 
Bizlərdə olubmu xarakiri edən olsun, 
Eylərmi görən Mustafa, Əkbər xarakiri? 
 
İstərmi Həsən qarnına heç zərbə toxunsun? 
Eylərmi məgər Gülbala, Qəmbər xarakiri? 
 
Haqsız hərəkətlər məgər azdırmı həyatda? 
Sən dildə edirsən fəqət əzbər «xarakiri». 
 
Tə’rifləmə, Şahin, özünü lovğa cavan tək, 
Varsa hünərin sən dəxi göstər xarakiri. 
 
Tokio, 25 
fevral 
 
Əlbəttə,  özünü  xarakiri  kimi  dəhşətli  bir  əmələ 
mə’ruz  qoymaq,  yəni  yuxarıda  yazdığım  kimi,  bədənin 
qarın  nahiyəsini  doğram-doğram  parçalamaq  və  şüurlu 
intihara varmaq adamdan olduqca böyük cəsarət tələb edir. 
Biz  azərbaycanlılar  cəsarətsiz  deyiliksə  də,  zənnimcə, 
özümüzü xarakiri etmək «əməliyyatından» çox uzağıq. 
Mən  bir  qədər  yuxarıda  Kioto  şəhərindəki  «Qızıl 
Mə’bəd»dən  bəhs  edərkən  Yukio  Misima  adlı  böyük  bir 
yapon yazıçısının –  monarxist əhvali-ruhiyyəli nəhəng bir 
şəxsiyyətin  haqqında  qısa  mə’lumat  vermişdim.  Bəli, 
J.Misima  45  yaşında  ikən  özünü  xarakiri  etdi.  Amma, 
heyf! Heyf ondan! 100 cild əsər yazan bu qeyri-adi İnsan, 
əgər yaşasaydı, bəlkə də daha 100 cild kitab yazardı. Onun 
hər  şeyi  vardı,  ölümdən  savayı.  O,  ölümü  sevdi,  özünü 
xarakiri  etməklə.  O,  ölümünü  tapdı,  özünü  xarakiri 
etməklə. 
Şahin Fazil 
 
 
176 
Görəsən  bu  dünyadan  nə  istəyirdi  Yukio  Misima? 
Axı, zavallı dünya ona hər şey vermişdi. Dünya ona savad, 
bacarıq,  qətiyyət,  qabiliyyət,  fərasət,  məharət,  şücaət 
vermişdi.  Daha  bu  dünyadan  nə  istəyirdi  Yukio  Misima? 
Mən ona müraciətlə bir şe’r də yazdım: 
 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin