Mərd adlarını tarixə salmış samuraylar, Bir çox xətərin üstünü almış samuraylar. İllər boyu torpaqlarına xidmət ediblər, Çox mə’rəkədə güllə, ox almış samuraylar. Düz xətt ilə yüksəlməyə meyl eyləsələr də, Hərdənbir azalmış və çoxalmış samuraylar. Onlarda «Busido» deyilən ruh yaşamaqda, Ruh ilə coşub ərşə ucalmış samuraylar. Varlıqlarını badə verən inqilab etmiş, Yoxmuş kimi bir vaxt yoxalmış samuraylar. Ötmüşsə də illər yenə də yad olunurlar, «Ölmüş» demək olmazsa «qocalmış» samuraylar. Hifz eyləyərək «mərd», «igid» ismini, Şahin, Tarix kitabında belə qalmış samuraylar. Tokio, 25 fevral