partiya işçisi olarkən Mərkəzi Komitədə tə’limatçı
vəzifəsində işləyirmiş. Bir gün vəzifəcə ondan böyük olan
bir neçə partiya işçisi dağ rayonlarının birinə gedirmişlər.
Bərk yağış yağır. Bir çayı keçərkən onların maşınının
matoru sönür və qalırlar düz çayın ortasında. Özlərindən
razı partiya işçiləri bir-birlərinin üzünə baxırlar: «Nə
edək?». Onların biri vəzifəcə onlardan kiçik olan Səlimova
üzünü tutub, deyir: «Səlimov, düş aşağı, maşını itələ».
Səlimov bir sağa baxır, bir sola. Hər yan sudur, üstəlik də
sel kimi yağış tökülür. Deyir: «Yoldaşlar, qurban olum
sovet hökumətinə də, kommunist partiyasına da, amma
quruda». Hə, indi yoldaş Səlimovun sözü olmasın, yenə
həvəslə gedərəm Yaponiyaya, amma isti mövsümdə.
Həqiqətən də, soyuğu xoşlamıram. Soyuq –
soyuqluq yaradır. Soyuqluq – sevənləri bir-birindən ayırır.
Vaxtilə soyuqluq və istilik barədə bir şe’r də yazmışam: