Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə133/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   129   130   131   132   133   134   135   136   ...   166
Şahin Fazil 
 
 
190 
X. 26 fevral 
 
Tokio. Otel. “ Yaponlar” rədifli qə-
zəlim.Tokio  xiyabanlarında gəzinti. Ya-
pon qadınları haqqında yazılanlar ( Hə-
sən Seyidbəyli, Lafkadio Xern, Vsevolod   
Ovçinnikov və ... mən). Bu gün Moskva-
ya uçmalıyam inşallah. “ İnşallahın” baş 
tutmaması.  Səhlənkarlıq    üzündən  təy-
yarəyə gecikməyim. Kentaro İndo. Rusi-
ya  Aeroflot  Kompanyasının  Tokio  nü-
mayəndəliyi.  Adıma  yazılan  təzə  bilet. 
Gecə.  Aeroportun  “  Hotel  Nikko  Nari-
ta” mehmanxanası. 
 
Gecə  narahat  yatdım.  Səfərqabağı  gecə.  Bu  dəfə 
Tokiodan Moskvaya, sonra isə Bakıya. 
Sabah  yaponlardan  ayrılıram.  Mədəni,  zəhmətkeş, 
ağıllı,  qonaqpərvər  yaponlar.  1916-cı  ildə  Yaponiyaya 
yapon gəmisində gəlmiş məşhur hind yazıçısı Rabindranat 
Taqoru  Yaponiyanın  görünüşü,  yaponların  görkəmi,  ruhi 
cəhətdən 
güclü 
olmaları, 
dözümlülükləri, 
özlərini 
aparmaları,  gözəlliyə  anadangəlmə  sevgiləri,  onların 
qadınlarının  cazibədarlığı  heyran  eləmişdi.  Yaponlar 
haqqında  təəssüratını  R.Taqor  nəsrlə,  mən  isə  nəzmlə 
bildirdim:  
 
Qəzəl 
Tər tökməyi bağda elə istərdi yaponlar, 
İllərlə ağac əkdi, bəhər dərdi yaponlar. 
 


  Йапонийа сяфярнамяси 
 
 
191 
Millət «böyüyəm» söyləmək ilə böyük olmaz, 
Dünyayə yapon əzmini göstərdi yaponlar. 
 
Kim görsə bu zənginliyi etməzmi təəccüb? 
Heyrətlərə saldı nə qədər fərdi yaponlar. 
 
Azər diyarım zərdi, Yapon mülkü də öylə, 
Torpaqları zər, özləri zərgərdi yaponlar. 
 
Sülh istəyi vardırsa da onlarda, ayıqdır, 
Cəng etməyə hər ləhzə səfərbərdi yaponlar. 
 
Rişxənd elədi yoxluğa sanki Naqasaki, 
Çox mə’rəkədən çıxdı, müzəffərdi yaponlar. 
 
 
Quş var havalanmır göyə, uçmur yuvasından, 
Şahin quşu tək göydə qanad gərdi yaponlar. 
 
Şairdi biri, qeyrisi alimdi, nə olsun? 
Şairsə də, alimsə də, əsgərdi yaponlar. 
 
Odlar elinin sevgisini öylə yetirdi, 
Şahinlə yapon sevgisi göndərdi yaponlar. 
 
Tokio, 26 fevral 
 
Şe’ri  bitirdim  və  bir  söhbət  yadıma  düşdü: 
Sırağagün  prof.T.Kuroda  ilə  sağollaşarkən  o,  mənə  dedi 
ki,  iki  ildən  sonra  İran  tarixi  ilə  bağlı  elmi  konfrans 
Şahin Fazil 
 
 
192 
keçirmək  niyyətindədir.  Sonra  əlavə  etdi  ki,  səni  mütləq 
də’vət edəcəyik. Dedim ki, gələrəm, amma isti fəsildə. 
Həqiqətən 
də 
bu 
gözəl 
diyara, 
sakuralar, 
samuraylar,  kamikadzelər,  özlərini  vətən  və  xalq  naminə 
xarakiri edənlər ölkəsinə yenə gəlmək istərdim. Amma isti 
vaxtda.  Yadıma  təxminən  30-40  il  bundan  qabaq  Qubada 
raykom  işləmiş  yoldaş  Səlimov  Sadıq  haqqındakı  bir 
söhbət  düşdü.  Deyilənə  görə,  Səlimov  hələ  cavan  bir 
Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin