(«Üçüncü Divan», səh.
612)
Bu vaxt prof. T.Kuroda Şaiqin mobil telefonuna
zəng vurdu, məsələnin nə yerdə olduğunu soruşdu,
uçuşumun sabaha qaldığını öyrəndi. Şaiqdən mənim
keyfimi xəbər aldı, dedi ki, məsələ gözlədiyi yaxşı
sonluqla qurtardı, narahat olmağa dəyməz. Onunla danışıb
qurtaran Şaiq adətincə yenə də «narahat olma» dedi. Bu an
böyük
şairimiz
Bəxtiyar
Vahabzadəyə
müraciətlə
Йапонийа сяфярнамяси
201
yazdığım «Həmişə narahat» şe’rimi xatırladım. Şe’rdən
bə’zi bəndlər:
«Yaman narahatsan» mənə deyirlər,
A belə deyənlər, başa düşün bir.
Narahat deyilsə hər ürək əgər,
Bir daş parçasıdır, ürək deyildir.
Yoxdur rahatlığı bircə anımın,
Neyləyim, rahatlıq məndən ötüşüb.
Mənim yaranmağım yaradanımın
Büsbütün narahat vaxtına düşüb.
Bəli, müharibə qızmışdı yaman,
Göylər yerə heyran, yerə mat idi.
Fəlakət, müsibət, qırğın ah-aman...
Onda bütün cahan narahat idi.
Narahat yaşadıq o illərdə biz,
Hər il ürəyimdə dərin iz salıb.
Bir də dəyişilməz şəksiz-şübhəsiz,
Məndə narahatlıq ömürlük qalıb...
Görsəm bir nəfərin ağrıyır başı
O saat ürəyim üzülür mənim.
Birinin üzündən axan göz yaşı
Elə bil gözümdən süzülür mənim.
Bədxah hər əməli sayğac tək sayır,
Bu halda ürəyin nə rahatlığı?
Məni bir an belə sakit qoymayır
Yetim balaların narahatlığı...
Şahin Fazil
202
Yaman sınamışam, deyim eşidin,
Bu sözüm çoxuna təəccüb gəlir.
Mən rahat olanda dolaşır işim,
Narahat olanda dərhal düzəlir...
Deməyin əbəsdir həmin vərdişim,
Başqadır könlümün səsi, sorağı.
Rahatlanmayınca hər hansı işim
Narahat olmaya bilmirəm axı.
Hələ baş tutmayan arzum, diləyim,
Bir deyil, beş deyil, yığım-yığımdır.
Narahat olmayım necə eləyim?
Narahatlıq mənim rahatlığımdır.
Dostları ilə paylaş: |