197
təcəssümü hesab edirlər. Məhz buna görə qədim
zamanlardan bəri geyşanın
1
əsasən paltarı başqalarından
onunla seçilir ki, kimonosunun (yapon milli qadın libası –
Ş.F.) yaxası arxadan xeyli açıq olur».
Yapon qadınları haqqında, əlbəttə, çox yazılmışdır.
Həsən Seyidbəyli «onlar mənim xoşuma gəlirdi» sözləri
ilə öz istəyini yapon qadınlarına bildirdi. Yapon qadınları
elə mənim də xoşuma gəldilər. Mən də istəyimi onlara
bildirdim, amma şe’rlə:
Heyrətlərimi eyləyirəm car bu diyarda, Heyrətlərə layiq neçə yar var bu diyarda. Baxdıqca gözəlliklərə aşiq havalandı, Eşq zəncirinə oldu giriftar bu diyarda. Söhbət nə səmimanədi, tə’zim necə tə’zim!.. Allah, nə nəvaziş, necə rəftar bu diyarda!.. Tumgiz bu gözəllərdə məlahət haradandır? Məst etdi məni pakizə rəftar bu diyarda. Heyran eləyən qəlbimi burda – ədəb oldu, Söz yox ki, ədəb insana me’yar bu diyarda.
198
Bir dəfə gələn seyrinə istər yenə gəlsin, Xoşlar ki, müsafir ola təkrar bu diyarda. Şahində qapanmışdı bəsirət gözü çoxdan, Şadəm, gözümü açdı yaponlar bu diyarda.