199
nə yerdə olduğunu anlayıb mənə «narahat olma» dedi.
Dedim «neçə yə’ni narahat olma, uçacağım təyyarə artıq
havadadır».
Hər ikimiz pərt və həyəcanlı idik. Şaiq bir də
«narahat olma» deyərək, narahatlıqla məndən xanım
Ayuminin vizit kartını götürdü, ona zəng etdi. Xanım
Ayumi də öz növbəsində Senday şəhərinə zəng vurdu və
prof. T.Kuroda ilə danışdı, T.Kuroda da müəyyən
təşkilatlarla danışıq apardı. Görürdüm ki, Şaiqin özü
narahat idisə də, yenə mənə tez-tez «narahat olma»
deyirdi. Yapon xasiyyətinə dərindən bələd olan bu
Yaponiya magistrantı vəziyyətin tez vaxtda, özü də yüksək
səviyyədə düzələcəyini yaxşı bilirdi.
İki saat keçdi. Xanım Ayumi zəng edib bildirdi ki,
otelə, bizim yanımıza bir nəfəri göndərir və məsələ həll
olunacaqdır, amma uçuş qaldı sabaha.
Bir saatdan sonra xanım Ayuminin yanımıza
göndərdiyi adam gəldi. Tanıdım. Dünən mə’ruzəmi
diqqətlə dinləyən Kentaro İndo idi – Keyho Universiteti
Tarix Fakültəsinin tələbəsi. Qaşlarını almış, gözünə yaşıl
rəngli kirşan çəkmişdi. Onun niyə belə etdiyini Şaiqdən
soruşdum. Dedi ki, özü bilər, tam sərbəst cavan tələbədir
və gənclər arasında belə oğlan tələbələr az deyil.
Nə isə, Şaiqə adi görünən mənimçin qeyri-adi idi.
Kentaro bizim onunla birlikdə Rusiya Aeroflot
kompaniyasının Tokio nümayəndəliyinə gedəcəyimizi
bildirdi. Metroya minib bir neçə stansiya dəyişdik, iki-üç
saatdan sonra kompaniya nümayəndəliyinin binasına gəlib
çatdıq. Orada artıq məsələdən xəbərdar idilər. Dərhal
mənim adıma təzə bilet yazıldı, köhnə biletlə yeni bilet
qiyməti arasındakı pul fərqi Tohoku Universiteti hesabına
Şahin Fazil
200
Kentaro tərəfindən ödənildi. Mən Yaponiyaya 250 dollar
ziyan vurmuşdum. Dərdləndim. Öz səhlənkarlığım (həm
də
Şaiqin
səhlənkarlığı)
məni
dərdləndirdi.
Dərdlənməliydim. İnsanam, daş deyiləm ki...
Ömrüm boyu dərdlənmişəm, Elə bil ki, cocuqluqda mən anamın döşlərindən dərd əmmişəm. Dərdim mənim – mənə doğma, Ey çəlimsiz, qoca əlim, Gücün çatmaz, dərdi boğma, dərdi boğma, qoy yaşasın, Başqa bir əl görməyirəm mənim kimi dərd daşısın. İnsanlara dərdsiz olmaq deyil asan. Gərək dərdsiz olmaq üçün daş olasan...