Йапонийа сяфярнамяси
211
Allahdır, istəsə açar, niyə açmır ki? Allah istəsə,
nəinki bir də Əfqanıstana, yaxud Yaponiyaya açar qapımı,
istəsə lap bu dünyanın qapısını açar üzümə, çıxıb gedərəm
onun məsləhət bildiyi yerə, qərar tutaram cənnətdə, ya da
cəhənnəmdə (Cəhənnəmlik olmağıma əsas varmı? O ki,
qaldı cənnətlik olmağıma, özü bilən məsləhətdir).
Aç qapını gedim, dünya
Dünyanın qapısı varmı görəsən?
Bəs pəncərə necə, varmı dünyada?
Qapısı yoxdursa, pəncərəsindən
Çıxıb həyatımı verərdim bada.
Barışa bilməyir dünya mənimlə,
Mənsə səbəbini tapa bilmirəm.
Bəlkə küsən mənəm dünyadan elə?
Ürəyimdə qübar, gözlərimdə nəm.
Kədər qoşun-qoşun, qəm ləşkər-ləşkər,
Yenə artdı dərdim, çoxaldı dərdim.
Dünyanın qapısı olsaydı əgər
Açıb gedərdim,
Qaçıb gedərdim.
Dostları ilə paylaş: |