Koroğlular doğulacaq, yağılar boğulacaq inşallah.
Qarabağ yenə bizim olacaq inşallah!
Aerobusda 100-dən çox yapon tələbəsi var. Parisə
uçmalıdırlar. Tələbələrin qış tətilləri qurtarıb. İndi
evlərindən geri qayıdırlar. Yapon biznesmen dedi: - Tokio-
Moskva-Parij marşrutu ilə uçuş ucuz başa gəlir.
Nəhayət, Şeremetyevo-2! Burada sulu qar yağır.
Yağışdan çıxıb yağmura düşdüm. Soyuqdan xoşum
gəlmir.
Mən yenə də aeroportun tranzit zalındayam. Bakıya
uçuşun başlanmasına hələ 10 saatdan da çox var. Sonra isə
Moskva-Bakı hava yolu...