Bakı, 3 mart
4 mart. Evdə təkəm. Öz-özümlə söhbət edirəm:
Çör ki, iki həftə bundan qabaq haradaydın. Əhsən
təyyarəyə. Apardı, gətirdi. Rabindranat Taqor məsləhət
verir: «Məş’ələ işıq üçün təşəkkür et, amma qaranlıqda o
məş’əl tutanı da unutma». Afərin təyyarəçilərə. Apardılar,
gətirdilər. Aparma-gətirmə labüddür. Bir şey isə aparır,
amma gətirmir. Tabut. Ağır sözdür. Ətim ürpəşdi. Və bir
şe’rimi xatırladım:
Tabut
Arzu
aparır-gətirir...
Duyğu
aparır-gətirir...
Su
aparır-gətirir...
Külək
aparır-gətirir...
Fələk
Йапонийа сяфярнамяси
217
aparır-gətirir...
Zaman
aparır-gətirir...
Yaradan
aparır-gətirir...
Tabut
aparır!
Gətirmir!
Hər kəsin bir ömür möhləti var. Hamını tabut
aparacaq. Heç kimi tabut geri gətirməyəcək. Məni də
eləcə. Nə qədər ki, yaşayıram, qoy ürəyimdə sözüm
qalmasın. Yaponiyaya hələ sözlərimin hamısını deməmi-
şəm. Demədiyimi bu qəzəlimlə deyirəm:
Tutiyəm mən ki, şirin dilləri gördüm-gəldim,
Yaxın oldum və uzaq elləri gördüm-gəldim.
Şahə qalxır dəli dalğa, yalayır sahili su,
Sakit Ümmandakı
1
sahilləri gördüm-gəldim.
Elə yer var bağı vardırsa da, gül görsənmir,
Mən dam üstündə bitən gülləri gördüm-gəldim.
Nə şirin dilləri vardır bu yapon qızlarının!..
Neçə göyçək, nə şirin dilləri gördüm-gəldim.
Xəbərim var idi az-çox, çoxu az eyləmədim,
Mən ki, aqilləri, fazilləri gördüm-gəldim.
1
Сакит Океан.
Şahin Fazil
218
|