Йапонийа сяфярнамяси
213
Şahin kimi bir söyüşkən kişi var,
Bu dünyanı mən arabir söymüşəm.
11.10.1998
(«İkinci Divan», səh. 536-537)
Vallah-billah, söyüşkən-zad deyiləm. Şairlikdir də.
Adam bə’zən özünə qara yaxır (Qara dedim, Tokiodakı
asfaltın qarası yadıma düşdü).
Təyyarədə, Bakıya çathaçatda bir daha Yaponiya
ilə sağollaşıram: «Əlvida, Yaponiya, ey Gündoğar ölkə».
Gün-nəhəng odlardan ibarətdir, elə nəhəng odlardan ki,
həmin odların istisi milyonlarla kilometr məsafədən keçib
Yerə də çatır, o cümlədən, təbii ki, Azərbaycana da. Odlar
ölkəsinə. Bəlkə, yenə sənə salam verdim. Yoldaş Səlimov
demişkən, «amma quruda», yağmursuz mövsümdə, yaş
fəslində. Sən məni özünə cəzb etdin, Yaponiya:
Cazibə qüvvəsi, yarəb, nə böyük hikmətmiş,
Yaranıbdır qoca Şahində Yapon cazibəsi.
Şahin Fazil
214
Dostları ilə paylaş: |