Saat yarımdır uçuruq. Dünyanı fikirləşirəm. Bu
dünyanı. Dünya haqqında şe’rlərim çoxdur. Aktyor
dostum Əli Nura ithaf etdiyim bir şe’rimi xatırladım:
Şahin Fazil
212
Demirəm ki, biri vardır, biri yox, Bu dünyanı mən arabir söymüşəm. O dünyaya qoymasalar yeri var, Bu dünyanı mən arabir söymüşəm. Dünya mənə zülm edəndə arabir, Zahir olur qəzəb məndə arabir. İşlərimi salır bəndə arabir, Bu dünyanı mən arabir söymüşəm. İnsanları bir-birini yeyəndə, Millət yerli-yersiz tə’rif deyəndə, O dünyanı molla tə’rifləyəndə Bu dünyanı mən arabir söymüşəm. Yaltaqları xəli kimi görəndə, Cahilləri zəli kimi görəndə, Aqilləri dəli kimi görəndə Bu dünyanı mən arabir söymüşəm... Neçə-neçə əməldə əngəl görüb, Tüfəng tutan, güllə atan əl görüb, Tikanını gülündən əvvəl görüb, Bu dünyanı mən arabir söymüşəm. Adam var ki, yolunda ölsən – dəyər, Adam da var «yerimə öl sən» deyər... Yaxşısını görməyibən müxtəsər Bu dünyanı mən arabir söymüşəm... Adam gördüm onda ilan dişi var, Düzündən çox əyri-üyrü işi var...