Bakı, 5 mart
6 mart. Yaponiya! Mənim nəzərimdə tam xoşbəxt
ölkə kimisən. Görəsən haçansa Azərbaycan Yaponiya kimi
ola biləcəkmi? Azərbaycanın Yaponiya olması heç lazım
Şahin Fazil
222
da deyil. Lazımdır ki, Azərbaycan elə Azərbaycan olsun!
Zəlzələsiz, vəlvələsiz, qanunları işləyən, halala haram
qatmayan, itirilmiş torpaqlarını alan, öz xalqının qayğısına
qalan Azərbaycan olsun.
Görəsən Azərbaycan haçansa Yaponiyaya çata
biləcəkmi?
Qəzəl
Biri eşqin, biri elm hikmətinin heyranı,
Amma, Şahinsə Yapon qüdrətinin heyranı.
«Heyrət, ey büt!..» dedi şair
1
, elə heyrətləndi,
Özü də oldu həmin heyrətinin heyranı.
Molla var Molla Vidadi sayağı şairdir,
Molla var halvasının, şərbətinin heyranı.
Elə adəm görürəm canı verər cananə,
Elə adəm dəxi var sərvətinin heyranı.
Neçə qeyrətsizə qeyrət yükü çəkmək müşkül,
Elə qeyrətli də var qeyrətinin heyranı.
Bə’zi aşiqdə müdam əyri əməllər peyda,
Amma var öyləsi qüdsiyyətinin heyranı.
İncəsən’ət deyilən sən’ətə heyrandı könül,
Yaxşıdır ki, tapılır sən’ətinin heyranı.
1
Мящяммяд Фцзули
|