Йапонийа сяфярнамяси
203
Tokio, 26 fevral
XI.27 fevral
Əlvida, Tokio! Aerobus. Sakit
Okean üzərində yazılan “ Sakit Okean”
adlı şeirim. Bir yapon bizmesmeni. Kuril
adaları və ... Qarabağ torpağı haqqında
düşüncələr. Şeremetyevo-2. Tranzit zalda
10 saatlıq yeni intizar. Təyyarə. Moskva-
Bakı istiqaməti.
Bu gün 9 gündür ki, Yaponiyadam. Gecikmə
hadisəsi baş verməsəydi, hər işim yüksək səviyyədə
getməkdə idi. Yapon professorları, universitet və institut
qulluqçuları
qulluğumda
durmuşdular
və
yapon
qonaqpərvərliyi hər vaxt özünü göstərməkdəydi.
Dördlük
Gördüm başqa günü, başqa aləmi,
Həzz yükü daşıdım mən bu ölkədə.
Həftədən üç gün çox... Onca gün cəmi!..
Yox, ömür yaşadım mən bu ölkədə.
Dostları ilə paylaş: