Йапонийа сяфярнамяси
195
Tokio, 26 fevral
Sübh yeməyindən sonra Şaiqlə səhər gəzintisinə
çıxdıq. Bu gözəl, yaraşıqlı, qapqara asfaltlı, tər-təmiz
şəhəri yenə gəzməkdəyik. Hər tərəfə baxıram və
heyrətlənirəm. İlahi, şəhər nə qədər səliqə-sahmanlı
olarmış. Yerdə siqaret kötüyü bir yana, heç kibrit çöpü də
yoxdur. Siqaret çəkənlər üçün küçələrdə xüsusi müəyyən
olunmuş yerlər var. Dayan və nə qədər istəyirsənsə çək
özünçün. Müəyyənləşdirilimiş bir bucaqda səbrlə dayanıb
siqaret çəkən bu kişili-qadınlı yaponlar kimi.
Yapon qadınları haqqında çox yazılıb. Həsən
Seyidbəyli də yazıb. Yapon qadınları onu da ilhama
gətirib: «Yapon gəncləri müasir geyimdə gəzirlər... Orta
yaşlı və qoca qadınların çoxu kimono geyir... qadınların
üzləri, baxışları qayğılıdır. İki qadın bir-biri ilə görüşəndə
elə hal-əhval tutur ki, sanki bir-birindən utanır. Danışanda
gülümsəyib yaşlarına yaraşmayan bir tərzdə gözlərini yerə
dikirlər. Yaxın tanış olanlar da, qohumlar da ədəblə, həya
ilə danışırlar.
Çox tez-tez gülümsəyirlər. Xoş tə’sir
Dostları ilə paylaş: