Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə131/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   127   128   129   130   131   132   133   134   ...   166
 
Adəm və Həvva 
 
Uçurdular göydə… 
Allah düşürdü onları, 
Qovdu yerə sarı, 


  Йапонийа сяфярнамяси 
 
 
187 
Uçub gəldilər. 
Bir daha  
qanad açmadılar, 
uçmadılar, 
 
Yerə düşdülər, 
Yerdə gəzdilər, 
Yerdə öldülər, 
Ölümsüzlük 
Əllərindən çıxdı, 
Göydə qalsaydılar  
ölməzdilər  
Adəm ilə Həvva… 
 
26.08.2003 
Üçüncü Divan, səh.380-381 
 
 Buddizm  busido  davamçılarında  ölümə  qarşı 
soyuqqanlı  olmağı  aşılayır,  konfutsiçilik  «borca  sədaqət» 
təlqin  edir,  sintoizm  isə  özünü  dərk  etməni,  qəlbin 
dərinliyinə  baxmağı  və  orada  yaşayan  allahı  (kami)  hiss 
etməyi öyrədir. 
Sintoistlərdə  belə  bir  adət  var:  gənc  yaşında  ölən 
adam  özünün  ölümünə  görə  valideynlərindən  onu  əfv 
etmələrini  xahiş  edir,  təxminən  bu  sözləri  deyir: 
«Qocaldığınız  vaxt  sizi  tərk  etdiyimə  görə  məni 
bağışlayın.  Sizin  məndən  ötrü  etdiyiniz  xidmətin  əvəzini 
verib xəcalətinizdən çıxa bilərdim, amma mən getməliyəm 
– göyün istəyi belədir». 
Özündə  busido  ruhunu  aşılayan  samuray  hər  şeyi 
öyrənməlidir, ən əsası isə – dözmək və risk etməkdir. Hər 
Şahin Fazil 
 
 
188 
şeyə  dözməyi  öyrənmək  üçün  uşaqlar  qar  üstündə 
ayaqyalın gəzir, qılınc oynatma və ox atmağı öyrənir, gecə 
yarısı  qorxu  bilmədən  qəbristanlığa  gedir,  ağır,  hətta 
vəhşiyanə sınaqlara dözürdülər. 
Özünü  idarə  etmə  –  özünü  tərbiyələndirmənin 
məqsədidir.  Əgər  samuray 
kədərlənirsə,  o,  bunu 
bildirməməkdən  ötrü  gülümsəməlidir.  O,  elə  etməlidir  ki, 
heç kim onun keçirdiyi həqiqi iztirabları hiss etməsin. Bir 
çox  əcnəbilər  yaponları  olduqca  yüngül  fikirli  adamlar 
saymağa 
başladılar: 
onlar 
səbəbli-səbəbsiz 
hey 
gülümsəyirlər.  Əcnəbilər  bilmirlər  ki,  yapon  adamının 
gülümsəməsi  böyük  bir  tarixi  dövrün  nəticəsidir.  Bu 
gülümsəmə  samuray  tərbiyəsinin  kodeksidir  (Yaponlar, 
səh.159-164). 
Mən 
samuraylar 
haqqında 
şe’r 
yazmağı 
Yaponiyada özümə borc bildim: 
 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin