Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə130/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   126   127   128   129   130   131   132   133   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
185 
Azərbaycan 
Sovet 
Ensiklopediyası 
da 
samuraylardan  bəhs  edir:  «Samuraylar  (yaponca  – 
samurau  –  xidmət  etmək)  –  Yaponiyada  feodalizm 
dövründə iri feodallar – sahibkar knyazlardan tutmuş xırda 
zadəganlara  qədər  dünyəvi  feodallar.  Məhdud  mə’nada 
daha çox xırda zadəgan hərbi-feodal silkini ifadə etmişdir. 
1867-68-ci  illər  Yaponiya  burjua  inqilabından  sonra 
samuraylar  silki  ləğv  edilmişdir.  «Samuray»  termini 
həmçinin  yapon  hərbiçiləri  mə’nasında  işlədilir»  (Bax: 
ASE, VIII cild, səh.281). 
Hərfi  mə’nası  «Yarpaqlarla  örtülmüş»  olan,  amma 
müəllifinin  kimliyi  dəqiq  mə’lum  olmayan  (Yamamoto 
Sinetomo? 
Nabesima?) 
«Xaqakure» 
kitabında 
da 
samuraylar haqqında nisbətən geniş mə’lumat vardır (Bax: 
«Yaponlar», səh.159). 
«Xaqakure»  kitabında  yazılır  ki,  Tokuqava  (1600-
1868)  rejimi  dövründə  bu  kitab  samuraylar  institutunun 
məfkurəvi  əsası  kimi  sahibkar  və  kölə  münasibətlərini 
özündə  əks  etdirirdi.  Samurayların  bilik  öyrənmək  kimi 
ehtiraslı  xarakteri  onları  igidlik  göstərməyə  yönəltdi. 
«Xaqakure»də  samuraylara  xas  şərəf,  ölüm,  qəhrəmanlıq, 
                                                                                                    
Фындыгбурун эялинъик!.. 
 
(Бусон) 
Йахуд: 
 
 
 
Йатма, ей кяпяняк, 
Тез ол ойан, 
Эял сянля дост олаг! 
(Басйо) 
 
Бах: «Йапонлар» китабы, сящ. 177-178, 215-216 
(Тяръцмя бизимдир) 
Şahin Fazil 
 
 
186 
sahibkara  sədaqət  və  özünütəkmilləşdirmə  kimi  cəhətlər 
əks olunur, amma əsas yer, əlbəttə, ölüm ideyasına verilir. 
Tədqiqatçıların  çoxu  bu  ideyanı  ölümə  nifrət  kimi 
xarakterizə edirlər, amma «Yaponlar» kitabı müəlliflərinin 
nəzərincə  bu,  ölümə  yox,  həyata  nifrətdir.  «Xaqakure»ni 
oxuyan  döyüşçü  daim  düşünəcək  ki,  şərəfli  ölüm  onun 
həyat  yolunu  müstəqim  və  sadə  edəcəkdir,  yə’ni  təhlükə 
göründükdə  samuray  öz  həyatını  necə  qorumaq  haqqında 
deyil,  düşmənlərə  doğru  gedib  ölümü  gülümsəyə-
gülümsəyə qarşılamaq barədə düşünəcəkdir. 
«Xaqakure»  kitabı  samuraya  dərs  verir:  «Siz  öz 
həyatınızı  itirə  bilərsiniz,  amma  şərəfinizi  heç  vaxt!». 
Samuraylar  heç  bir  and  içmirdilər,  and  içmək  onların 
namusunu təhqir etməkdir! 
«Xaqakure»yə görə, şərəf döyüşçüyə göy hədiyyəsi 
kimi  gəlmir,  bu  hissi  özündə  aşılamaq  lazımdır,  bunu 
etmək üçünsə öz üzərində işləmək gərəkdir. 
«Xaqakure»  kitabında  «busido  ruhu»  haqqında  da 
geniş  danışılır.  Busido  (hərfi  tərcüməsi  «döyüşçünün 
yolu»dur) samurayların əxlaq kodeksidir, yapon millətinin 
ilkin  ruhudur  ki,  vaxt  ötdükcə  ən’ənəyə  çevrilmişdir. 
Busidonun 
kökü 
konfutsiçilikdə, 
buddizmdə 
və 
sintoizmdədir.  İnsan  bu  dünyaya  gəlir,  yaşayır  və  ölür. 
Bəli,  insan  ölür,  onun  ruhu  isə  ölməzdir,  yaşayır,  yaşayır, 
yaşayır. Ruh ölümsüzdür. Ruh göydə olanda ölümsüzdür. 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin