Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə121/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   117   118   119   120   121   122   123   124   ...   166
Şahin Fazil 
 
 
170 
özünü  xarakiri  etsin.  Sukedzaemon  o  vaxt  qo  oyunu
1
  ilə 
məşğul  idi.  Əmri  eşidən  Sukedzaemon  yanına  göndərilən  o 
adama oyunu oynayıb qurtarana qədər gözləməsini və oyuna 
baxmasını xahiş  etdi. Oyun qurtaran  kimi  Sukedzaemon bir 
kənara çəkildi və sakitcə öz qarnını cırdı. 
Sukedzaemonun  on  səkkiz  nəfər  samurayı  özlərini 
sahibindən  ayırmaq  istəməyib,  knyazın  buraya  yolladığı 
adamdan icazə istədilər ki, ölən sahibi kimi xarakiri etsinlər, 
lakin  o,  belə  çox  adamın  miqdarından  qorxub,  onlarla 
razılaşmadı.  Bu  vaxt  Sukedzaemonun  oğlu  samurayların 
əvəzinə  xahişə  başladı:  «Əgər  döyüşçü  öləcəyini  deyirsə,  - 
dedi  o, - onu bu işdən saxlamaq faydasızdır.  Lütfən  onların 
özlərini  xarakiri  etmələrinə  icazə  verin».  İcazə  alındı  və 
Sukedzaemonun on səkkiz  vassalının hamısı öz sahiblərinin 
ardınca o biri dünyaya yollandılar... 
Öz  sahibinin  arxasınca  ölümə  getmək  bə’zi  hallarda 
kütləvi  intiharlar  şəklini  alırdı,  bir  növ  dəbə  çevrilirdi... 
«Dzyunsi»,  yaxud  «oybara»  adlanan  bu  adət  (yə’ni 
sahibinin,  nəsil  başçısının  ölümündən  sonra  özünü  xarakiri 
etmək)  1663-cü  ildə  qanunla  qadağan  olundu,  lakin  uzun 
müddət  onu  dəbdən  çıxarmaq  mümkün  olmadı.  Vəziyyəti 
belə  görən  hakimiyyət  orqanları  sərt  addım  atmağa  başladı: 
Onlar, cəza kimi öz sahibinin ölümündən sonra xarakiri edən 
adamların bütün ailə üzvlərinin başlarını kəsməyə başladılar. 
Bu  tədbirin  köməyi  oldu,  amma  bu  adət  məxfi  şəkildə  hələ 
çox  davam  etdi.  İmperator  Mutsuxitonun  vəfatından  sonra, 
məsələn, onun bə’zi yaxınları qadağana əhəmiyyət verməyib 
xarakiri  etdilər  (onların  arasında  general  Noqi  də  vardı). 
Qanuna  görə  elə  adamlar  cəzalandırılırdı,  amma  əxlaq 
                                                
1
 Дама ойунуна бянзяр столцстц ойун. 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin