Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə122/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   118   119   120   121   122   123   124   125   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
171 
normaları 
baxımından 
onlar 
milli 
qəhrəman 
kimi 
qiymətləndirilirdilər... 
Xarakiri  əməli  əsasən  sahibin  iqamətgahında  həyata 
keçirilirdi.  Bunun  üçün  gecə,  yaxud  axşam  vaxtı  seçilirdi. 
Həyət  iri  qum  dənələri  ilə  örtülürdü,  əməlin  həyata 
keçiriləcəyi yer isə  üstünü  ağ  parça örtmüş nazik tsunovka-
larla  döşənirdi,  onun  üzərinə  isə  qırmızı  rəngli  yun  örtük 
salınırdı.  Yüngül  kimono  libası  geyinmiş  ölməyə  məhkum 
olunan adam müəyyən olunmuş yerdə yaponsayağı otururdu. 
İki  «sekundant»  -  böyük  və  kiçik  «sekundant»  onun  yanına 
gəlirdilər.  Kiçik  «sekundant»  ölümə  məhkum  olunmuşun 
arxasında  dayanır  və  qılıncı  qından  çıxarırdı.  O  adama 
məcməyidə  üzərində  xəncər,  yaxud  qısa  qılınc  verib,  onun 
soyunmasına kömək edirdilər. 
Xarakiri  əməlinin  özü  müxtəlif  üsullarla  həyata 
keçirilirdi.  Onlardan  biri  belə  idi:  xəncər  sağ  ələ  götürülür, 
sol tərəfə sancılır və göbəyin altından üfiqi şəkildə sağ tərəfə 
aparılır,  sonra  şaquli  istiqamətdə  diafraqmadan  başlamaqla 
üfiqi yarığın kəsişdiyi yerədək hərəkət edir; əgər o adam hələ 
ölmürsə,  xəncər  qarından  çıxarılıb  boğaza  saplanır. 
Xarakirinin  başqa  üsulları  da  mə’lumdur.  İllər  ötdükcə 
xarakiri  etməyin  bütün  şərtlərinə  əməl  etməyə  qadir  olan 
insanların sayı azalırdı. Buna görə də, xarakiri şərtlərini xeyli 
azaltdılar.  Meydzi  islahatları  dövründə,  xarakirinin  ləğv 
olunması  dövründən  əvvəl  elə  intihar  halları  əhəmiyyətli 
dərəcədə  sadələşdi:  ölümə  məhkum  olunan  şəxs  ona 
məcməyidə  gətirilən  xəncəri  əlinə  götürür,  arxasında 
dayanan  «sekundant»  isə  dərhal  qılıncla  onun  boynunu 
vururdu.  Əvvəllər  kiçik  «sekundantın»  vəzifəsinə  ölümə 
mə’ruz  qalan  və  qarnını  cıran  adamı  ağrılardan  xilas  etmək 
daxil idi. Vaxt ötdükcə bu «sekundant» cəllada çevrildi. 
Şahin Fazil 
 
 
172 
Bir  qayda  olaraq  intihar  Yaponiyada  təklikdə  icra 
olunur,  amma  başqa  ölkələrdən  fərqli  olaraq  burada  qrup 
şəklində  intihar  etmə  halları  da  az  deyil.  XX  əsrin  50-ci 
illərində hər il 1200 o  cür intihar qeydə alınmışdır. Elə  indi 
də  dəstə  ilə  intihar  etmə  halları  baş  verir.  Elə  intiharların 
arasında  sevgililər  birinci  yeri  tutur  («Yaponlar»  kitabı. 
Səh.165-170). 
Görəsən,  yaponlarda  da  adamın  özünü  öldürməsi  – 
intihar günah hesab olunur? Məncə yox. Əgər sayılsaydı belə 
çox intihar etməzdilər: 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin