153
Vaşinqton kimi rütubətli və bürkülü olur, qışda isə yapon
mənzilində yaşayırsansa Laplandiyadakı kimi donursan.
Nə isti, nə də soyuq olanda isə adətən yağış yağır» (Bax:
Sakura budağı, səh.122).
Yəqin ki, buranın iqlim adətincə yağış yağacaq,
çünki nə istidir, nə soyuq.
B.Ment də Yaponiya iqlimi haqqında belə
mə’lumat verir: «Kitablarda Yaponiya iqliminin mülayim
olduğunu xatırlatmaqla, qışın və yayın orta temperaturunu,
habelə yağmurların illik miqdarını misal gətirməklə
kifayətlənirlər. Bu da təsadüfi deyil. Çünki ümumiyyətlə
Yaponiyanın havası pisdir. İl boyu cəmi təqribən otuz gün
nə soyuq, nə də isti keçən, küləksiz, buludsuz ə’la günlər
olur. Üstəlik bu dörd əlamətdən biri olmayan təqribən otuz
gün də tapılar. Ən yaxşı aylar aprel və may, oktyabr və
noyabr aylarıdır. Digər mövsümlərdə isə həftədə bir yaxşı
günə üç orta və üç pis gün düşür» (Bax: Sakura budağı,
səh.122).
Tokioda illər keçirən V.Ovçinnikov da bu şəhərin
iqlimi haqqında yazmağı unutmur: «Nə qədər ki, Tokioda
yaşayırsan, sənə elə gəlir ki, Yaponiya qışı ilin ən
yağmursuz və günəşli fəslidir. Adam inana bilmir ki, yaxın
dağların arxasında, qərb sahildə, çoxlu qar yağır, bir çox
kənd xarici aləmdən tamamilə ayrı düşdüyündən oranın
sakinləri üçün vertalyotlardan ərzaq malları atmalı olurlar.
Yaponiya hər cəhətdən belədir. Ölkənin həyatını bir
neçə il öyrənəndən sonra mə’lum olur ki, dağlara yalnız
bir tərəfdən baxmısan, sən demə, bu dağların əks
tərəfindəki yamaclarda iqlim bambaşqadır» (Sakura
budağı, səh.11).
Şahin Fazil
154
Bəli, hazırda Tokio səması buludlarla örtülüdür.
Amma hələ yağış yoxdur. Sevmirəm yağışı. Qarı da
xoşlamıram. Günəş üzə gülümsəyəndə, hava xoş olanda
halım da xoş olur. Mənim hava haqqında bir neçə şe’rim
var. Hava, Quba havası, Bakı havası, Kabul havası,
Daşkənd havası, Düşənbə havası, Bağdad havası, Təbriz
havası, Tehran havası, Dubay havası, İstanbul havası… O
qədər hava görmüşəm ki. İndi isə Tokio havası. Bakı
havasını və oradakı dəyişkən xislətli, xəzrili-gilavarlı
havanı xatırladım… və bir şe’r. Çoxdan yazdığım
misralar.