Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə17/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   13   14   15   16   17   18   19   20   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
23 
bu məsələ aydınlaşdıqdan sonra Sizə mə’lumat verəcəyəm. 
Əlbəttə,  hər  iki  çıxışınız  eyni  mövzuda  olarsa  heç  bir 
e’tiraz  olmaz,  amma  müxtəlif  mövzular  üzrə  çıxış  etsəniz 
daha yaxşı olar. 
Biz xeyli xoşhal olarıq ki, Siz birinci mə’ruzənizdə 
sovet  rejiminin  süqutundan  əvvəlki  və  sonrakı  tarixi 
yanaşma  və  bu  iki  dövr  arasındakı  fərqlər  xüsusunda 
müfəssəl  mə’lumat  verəsiniz.  Mə’ruzənizin  mükəmməl 
nüsxəsini lütfən yanvarın sonuna qədər bizə, yaxud cənab 
Şaiqə e-mail ilə göndərin ki, cənab Şaiq onu proyektimizin 
tədqiqatçı  iştirakçıları  üçün  yapon  dilinə  tərcümə  edə 
bilsin. 
Əgər hər hansı bir problem ortaya çıxarsa mənimlə, 
ya da Şaiq ilə əlaqə saxlayın. 
 
Görüş ümidi ilə, 
Takaşi Kuroda 
Tel. / Fax: 81-22-795-7604 
22.12.2008 
 
Tohoku 
Universitetinin 
iki 
səlahiyyətli 
professorundan  bu  məktubları  aldıqdan  sonra  onların  hər 
ikisinə  fars  dilində  belə  məzmunda  bir  cavab  göndərdim: 
«Möhtərəm  professorlar  Takaşi  Kuroda  və  Hiroki  Okaya! 
Mən siz ali cənablarına öz səmimi salamlarımı ərz edirəm. 
Cənab  Şaiq  vasitəsilə  sizlərlə  tanışlıq  əldə  etdiyimə  görə 
xoşhal oldum. 
Mə’ruzəmi  yanvar  ayının  sonunadək  mütləq 
göndərəcəyəm (Azərbaycan, ingilis və ya rus dillərində). 
Ehtiramla və görüş ümidi ilə 
Prof. Şahin F.Fərzəliyev». 
Şahin Fazil 
 
 
24 
Daha 4  gün ötdü. Yapon professorları ilə aramızda 
yarışma davam etməkdə idi. 26 dekabrda Oka Hiroki mənə 
yazdı: 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin