Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə29/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   25   26   27   28   29   30   31   32   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
37 
Quluzadə  diplom  işi  yazdı  və  onu  müvəffəqiyyətlə 
müdafiə  etdi.  Rəşad  hələ  tələbə  ikən  Tokioda  çap  olunan 
«Yapon  dili  və  mədəniyyəti  sahəsində  xarici  ölkə 
tələbələrinin  tədqiqatları»  jurnalında  (Tokio  Xarici  Dillər 
Universitetinin  Tədqiqatlar  jurnalı,  Tokio,  2005)  «Şahin 
Fazilin  haykularını  Azərbaycan    haykusu  adlandırmaq 
olarmı?»  adlı  elmi  məqalə  ilə  çıxış  edərək,  mövzu  üzrə 
verdiyi  suala  «hə»  cavabını  bildirdi.  Məqalənin  bə’zi 
yerlərindən hissələr: 
«Azərbaycanda  hayku  deyilən  bir  janr  yox  idi, 
azərbaycanlıların hayku haqqında olan mə’lumatları yalnız 
rus  dilinə  tərcümə  edilmiş  yapon  haykuları  vasitəsi  ilə 
idi... 
...Azəri  haykularında  da,  digər  xarici  ölkələrin 
haykuları  kimi,  yapon  haykularının  5+7+5  heca  sayı 
qanununa  riayət  olunmur.  Bu,  məhz  o  səbəbdəndir  ki, 
yapon  dilinin  heca  quruluşu  ilə  Azərbaycan  dilinin  heca 
quruluşu  çox  fərqlənir.  Lakin,  misralardakı  hecaların 
ümumi sayı yapon haykularında olduğu kimi 17-dir: 
 
Tək qalmışam. 
Evimə qonaq gəlib təklik 
Gəlin kimi. 
 
Burada  1-ci  misrada  4  heca,  ikinci  misrada  9,  3-cü 
misrada isə 4 heca var, ümumilikdə isə 17 hecadır... 
... Yapon haykularındakı «ya», «kana», «ker» və s.  
kimi ayırıcı hissəciklər azəri haykusunda olmasa da, onları 
əvəz edən, onların vəzifəsini yerinə yetirən (-), (.), (!), (,), 
(:), (...) kimi işarələr var. Məsələn: 
 
Şahin Fazil 
 
 
38 
Külək – 
Olmasa əsməz, əsməsə görünməz, 
Ey yaradan! 
 
Bahar... çiçək yağışı... 
Budaqlar 
Doğmağa hazırlaşır. 
 
Bu  haykulardakı  «-»,  «...»,  «!»  işarələri  yapon 
haykularındakı  ayırıcı  hissəciklərin  vəzifəsini  yerinə 
yetirir... 
...Azəri  haykularında  da  «mövsüm  sözləri»  kimi 
adlana biləcək sözlər var. Məsələn: 
 
Qar 
Yorğan kimi örtdü damı, 
Elə bildi ki, qızdırır. 
 
...  Şahin  Fazilin  haykularının  mövzuları  müxtəlif-
dir, böyük hissəsini «sevgi», «tənhalıq», «ölüm», «kədər» 
və «təbiət» mövzularında olan haykular tutur: 
 
Dərhal qaytaracağam sənə 
Mənə borc ver 
Öpüşünü. 
 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin