39
Özünü sıx mənə, Qoyma üşüsün. Divarda kölgəmiz.
...Şair insanlara müraciət mövzusunda da hayku
yazmışdır:
Ey adamlar, insan yaradın Dünyada çox azdır İnsan. Dünya çirkli, insanların qəlbi də çirkli, insan deyə
biləcəyimiz adam çox az... Məhz şair bu hayku ilə
insanlara müraciət edərək «İnsan yaradın» deyə xahiş
edir...
Mənim
bu
mövzunu
seçimdə
məqsədim
«Azərbaycan şairi olan Şahin Fazilin haykularını azəri
haykusu adlandırmaq olarmı, ya yox»u müəyyən etmək
idi...
Mövzu cəhətdən ayırıcı hissəcikləri əvəz edə
biləcək
işarələrin
olması,
bu
haykuların
«hayku
standartları»na cavab verdiyini sübut edir. Lakin, forma
cəhətdən yapon haykuları deyil… və 5+7+5 ardıcıllığı
gözlənilməsə də, ümumilikdə 17 heca var. Buna görə də,
Şahin Fazilin haykularını xaricilərin haykuları kimi
adlandırmaq olar» (Bax: Göst. jurnal, səh.149).
Günlər bir-birini əvəz etdikcə mənim Tokioya uçuş
vaxtımın gəlib çatması azalır.
Bir gün akademik Bəkir Nəbiyevin direktor olduğu
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna
getdim. Bilirdim ki, bu möhtərəm alim, ruhən mənə yaxın
Şahin Fazil
40
insan vaxtı ilə Yaponiyada olmuş və «Yaponiyada
gördüklərim» adlı məqalə yazmışdır. O, məqaləsinin bir
nüsxəsini mənə verdi. «İstifadə edəcəyəm» dedim. Dərhal
cavab verdi: «Alimlərin, yazıçıların, ümumiyyətlə bütün
yaradıcı insanların yazdıqları hökmən nəyəsə yaramalıdır.
Sənin yaradıcı istifadəni gözləyirəm».
Kitabşünas dostum, tarix üzrə fəlsəfə doktoru
İmaməddin
Zəkiyev
mənim
tezliklə
Yaponiyaya
gedəcəyimi bilib öz köməyini əsirgəmədi. Yəni, Yasif
Nəsirlinin Yaponiyadan aldığı təəssüratı özündə əks
etdirən
«Günəşlə
görüş»,
həmçinin
Vsevalod
Ovçinnikovun «Sakura budağı» kitablarını mənə gətirdi.
Bacım Naibədən isə Həsən Seyidbəylinin «On beş gün
Yaponiyada» (Bakı, 1966) kitabını götürdüm. SSRİ
Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun 1990-cı
ildə çap etdiyi «Yaponiyada imperator kultu (Miflər, tarix,
doktrinalar,
siyasət)»
və
V.A.
Pronnikov
və
İ.D.Ladanovun «Yaponlar» kitabının 1996-cı ildə çapdan
çıxmış 3-cü nəşri də işimə yaradı və Yaponiya xüsusunda
mütaliəmə başladım. E’tiraf etməliyəm ki, bu məqalə və
kitabların hamısından akademik B.Nəbiyev demişkən
«yaradıcılıqla istifadə» etdim.
Nəhayət 17 fevral 2009-cu il.
Bütün günü evdə oldum. Bir neçə saat işlədim
(İsgəndər bəy Münşinin «Tarixe-aləmaraye-Abbasi»
kitabının
tərcüməsini
tamamlamaqdayam).
Yatmaq
istədim. Yuxum gəlmədi. Qocanın yuxusu ərşə çəkilərmiş.
Bir neçə il əvvəl, xoşbəxt çağımda yazdığım bir şe’rimi
xatırladım: