64
Sosial siyasətin həyata keçirilməsi şəxsiyyətin mədəni səviyyəsinin
yüksəlməsinə, insanlararası mədəni münasibətlərin inkişafına,eləcə də bu
münasibətlərin lokal səviyyədə reallaşmasına kömək edir.Beləliklə,insanın optimal
inkişafı və onun yaradıcı xüsusiyyətlərinin açılmasına geniş imkanlar yaranır.Belə
fəaliyyət toplusu cəmiyyətin strukturunda dəyişikliklər və yeniliklər aparılmasına
yol açır.Struktur dəyişikliklər sənayeləşdirməni, məşğulluğun getdikcə artmasını,
urbanizasiyanı,
geri
qalmış
regionların
inkişafını,kənd
təsərrüfatının
modernləşdirilməsini və s. nəzərdə tutur.Ölkənin sosial- iqtisadi strukturundakı
tərəqqi həyat səviyyəsinin yüksəlməsinə və tələbatların daha artıq ödənilməsinə
yardım göstərir.Deməli, sosial siyasətin rolu, bir tərəfdən,göstərilən istiqamətdə
dəyişiklik yaratmaq, digər tərəfdən yeni imkanlardan istifadə etməkdir.
Azərbaycanın müasir soial siyasəti güclü dövlət ideyasına sadiq qalaraq,ilk
növbədə sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi
ə
həmiyyət verirdi.Bir tərəfdən inflyasiya, iqtisadiyyatın güclü böhran yaşaması,
ə
vvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması,digər tərəfdən isə
ölkəmizin zorla cəlb olunduğu Ermənistan-Azərbaycan münaqişəsi fonunda əhali
yoxsulluq həddinə düşmüş, özlərinin minimal soial tələbatlarını ödəmək
imkanlarından məhrum olmuşdu.Təbii ki, cəmiyyət həyatının bütün sahələrində
olduğu kimi yenə də bütün yük sosial siyasətin başlıca subyektinin-dövlətin
üzərinə düşürdü.
Təhlillər göstərir ki,ilk müstəqilliyin Heydər Əliyev mərhələsində
Azərbaycanda sosial siyasətin başlıca istiqamətləri-sosial prioritetləri əsasən
aşağıdakılardan ibarət olmuş və eyni zamanda ölkəmizdə onların səmərəli həlli
yolları tapılmışdır.
Dostları ilə paylaş: