75
III FƏSIL:AZƏRBAYCAN IQTISADIYYATININ DAVAMLI
INKIŞAFINDA IQTISADIYYATIN TƏNSIMLƏNMƏSININ
TƏKMILLƏŞDIRILMƏSI VƏ ONUN REGIONAL ASPEKTLƏRI.
3.1. Cəmiyyətin sosial siyasətinin prioritetləri və onun strategiyasının
təkmilləşdirilməsi istiqamətləri
Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın sosialyönümlüyünün təmin olunması
məsələsi nə qədər vacib olsa da, buna naıl olunması bir o qədər də mürəkkəbliyi ilə
seçilir. Belə ki, bazar münasibətlərinin formalaşması şəraitində iqtisadiyyatın
vəziyyətinə çoxsaylı və müxtəlif xarakterli amillər təsir göstərir. Bunlardan əsasları
kimi iqtisadi münasibətlərin yeni prinsiplər əsasında qurulması, dövlətin iqtisadi
təhlükəsizliyinin təmin edilməsi, milli iqtisadi və sosial maraqların qorunması,
gəlirlərin səmərəli bölgüsü, səmərəli məşğulluğun təmin edilməsi və s. bu kimi
digər amilləri göstərmək olar. Buna görə də, Azərbaycan Respublikasında
iqtisadiyyatın sosialyönümlüyünün təmin olunması üçün ilk növbədə, milli
iqtisadiyyatın inkişaf potensialı, dünya təsərrüfat sistemində gedən qlobal
proseslər, ölkənin konkret iqtisadi şəraiti və xüsusiyyətləri nəzərə alınmaqla
məqsədyönlü siyasətin aparılması məqsədəuyğun hesab olunur.Bu isə öz
növbəsində, ölkədə sosial iqtisadiyyatın beynəlxalq hüquq normalarına və
mütərəqqi dünya təcrübəsinə əsaslanan və milli iqtisadiyyatın inkişaf
xüsusiyyətlərini və perspektivlərini nəzərə alan mükəmməl və çevik tənzimlənmə
sisteminin yaradılmasını nəzərdə tutur. Tədqiqatlar göstərir ki, müasir dövrdə,
demək olar ki, bütün ölkələrdə sosial siyasətin tənzimlənməsi sistemləri
mövcuddur. Azərbaycan Respublikasında sosial siyasətin tənzimlənməsi sistemi
müstəqil olaraq dovlət müstəqilliyinin bərpasından sonra ölkədə sosial sahədə
hüquqi-normativ aktların qəbul edilməsi prosesindən başlanılmışdır. Qeyd etmək
vacibdir ki, müstəqilliyin ilk illərindən ölkədə siyasi və sosial böhranın baş
76
verməsi, əhalinin həyat səviyyəsini xarakterizə edən göstəricilərin kəskin şəkildə
pisləşməsinə səbəb olmuşdur. Lakin, 1996-cı ildən etibarən ölkədə makroiqtisadi
sabitliyə nail olunması sosial sahədə də bir sıra zəruri göstəricilərin müsbət
istiqamətdə dəyişməsinə səbəb olmuşdur. Bu isə öz növbəsində müasir dövrün
tələblərinə cavab verən çevik, işlək və ədalətli hüquqi-normativ, təşkilati-idarəetmə
və iqtisadi tənzimlənmə sisteminin tədricən formalaşdırılması imkanlarını xeyli
genişləndirmişdir.
Azərbaycan
Respublikasının
Konstutusiyasında
iqtisadiyyatın
sosial
yönümlülüyü açıq aydın göstərilməsə də, bu istiqamətdə dünya təcrübəsinə
ə
saslanan mütərəqqi müddəaların olduğu da görünür.
18 mart 2009-cu il tarixində Azərbaycan Respublikasının Konstitusiyasında
ümumxalq referendum yolu ilə edilən əlavələr və dəyişikliklər nəticəsində iqtisadi
siyasətın sosialyönümlülüyü müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan
Respublikasının Konstitusiyasının “Azərbaycan dövləti bazar münasibətləri
ə
sasında sosial yönümlü iqtisadiyyatın inkişafina şərait yaradır, azad sahibkarlığa
təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol
vermir”.[1]
qtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsinin ən mühüm
istiqamətlərindən biri minimum əmək haqqının dövlət tərəfindən tənzimlənməsidir.
Bununla əlaqədar qeyd edək ki, son illər minimum əmək haqqının bir neçə dəfə
artırılmasına baxmayaraq, onun səviyyəsi yoxsulluq həddini müəyyən edən
səviyyədən hələ də aşağıdır.
Ölkə prezidentinin 5 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən təsdiq
edilmiş “Yaşayış minimumu haqqında” qanun Azərbaycan Respublikasında
yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin
sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin
prinsiplərini və qaydalarının müəyyən edilməsi üzrə atılan növbəti addımdır. Bu
qanuna əsasən, onun məqsədləri üçün istifadə edilən əsas anlayışlar, yaşayış
minimumunun təyinatı, minimum istehlak səbətinin formalaşdırılması və ona
77
yenidən baxılması və tədqiqi qaydaları, ölkədə əmək haqqının, pensiyaların
minimum məbləğinin, müavinətlətin, təqaüdlərin və digər sosial ödənişlərin
müəyyənləşdirilməsi zamanı yaşayış minimumunun nəzərə alınması məsələləri öz
ə
ksini tapmışdır. Burada göstərilir ki, ölkə əhalisinin əsas sosial-demoqrafik
qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi
ilə birgə təsdiq edilir.
Fikrimizcə, belə vacib bir qanunun qəbul edilməsi ilə yanaşı, onun səmərəli
fəaliyyəti üçün işlək mexanizmin də yaradılması məqsədəuyğundur. Belə
mexanizmlər kimi əhalinin gəlirlərini bəyan etməsi (deklarasiyası) mexanizminin
işlənilməsi və tətbiq edilməsi də nəzərdə tutulmaqla vətəndaşların gəlirlərinin fərdi
uçot sisteminin qurulması üçün zəminin yaradılmasını göstərmək olar. Eyni
zamanda, bu addımın əhalinin sosial müdafiə sistemində şəffaflığın yaradılması və
həmçinin, onun ünvanlılığını təmin edə biləcək bir vasitə kimi də qeyd etmək olar.
Aparılan iqtisadi islahalar çərçivəsində sosial siyasətin müvəffəqiyyətinin əmin
olunması üçün ilk növbədə, cari qiymətlərlə əmək haqqının uzlaşdırılmasını tələb
edir. Başqa sözlə, əmək haqqı sistemini tənzimləməklə,mövcud iqtisadi sistemin
transformasiyasına minimal sosial gərginliklə nail olmaq olar.
Sosial siyasətin ən həssas və eləcə də son dərəcə vacib istiqamətlərindən biri də
pensiyaçılara diqqətin artırılması ilə bağlıdır.Bu istiqamətdə həyata keçirilən
tədbirlər nəticəsində ölkədə orta aylıq pensiya məbləği son on ildə 9,2 dəfə,
minimum pensiya alanların, ailə başçısını itirənlərin, şəhid ailələri üzrə nəzərdə
tutulan pensiyalar 7,1 dəfə, “20 yanvar” əlillərinin və Azərbaycanın ərazi
bütövlüyünün müdafiəsi ilə alaqədar əlil olanların pensiyalarına hesablanan aylıq
mavinətləri orta hesabla 50%-ə qədər artmışdır.
Məlumdur ki, sərbəst bazar münasibətləri iqtisadi səmərəliliyin yüksəlməsini
şə
rtləndirsə də, cəmiyyətdə sosial ədaləti, o cümlədən əhalinin aztəminatlı
hissəsinin (ahıllar, əlillər, uşaqlar, xəstələr, ailə başçısını itirmiş ailələr, tək
valideynlər, çox-uşaqlı ailələr, tələbələr, işsizlər və s.) sosial müdafiəsini təmin edə
bilmir. Ona görə də bu sahədə də dövlət tənzimlənməsi obyektiv zərurətə çevrilir.
78
Bunun üçün dövlət özünün səmərəli sosial müdafiə sistemini yaradır və əhalinin
sosial müdafiəyə ehtiyacı olan aztəminatlı təbəqələrinə mütəmadi olaraq ünvanlı
sosial yardım göstərir.
Qeyd etmək vacibdir ki, 1995-ci ildən başlayaraq beynəlxalq təşkilatların, o
cümlədən BMT-nin ixtisaslaşdırılmış təşkilatlarının (xüsusən, Dünya Bankının və
Beynəlxalq Valyuta Fondunun), proqramlarının (xüsusən, nkişaf Proqramının-
UNDP) və sair qurumlarının, həmçinin digər beynəlxalq təşkilatların texniki və
maliyyə dəstəyi ilə ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına, struktur
yenidənqurulması aparılmasına, iqtisadi artımın bərpa olunmasına və əhalinin
həyat səviyyəsinin yuksəldilməsinə yönəldilmiş bir sıra proqramlar hazırlanmış və
həyata keçirilməyə başlanılmışdır. Dünyada mövcud olan yoxsulluq probleminin
qlobal miqyasda həll edilməsi üçün BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı
2000-ci ilin sentyabrında Nyu-Yorkda Minilliyin Sammitinə toplaşaraq, Minilliyin
nkişaf Maqsədlərini əks etdirən birgə Bəyannamə imzalamışlar. Həmin
Bəyannaməyə əsasən 2015-ci ilə qədər dövlətlər yoxsulluğum azaldılması
məsələlərini ölkələrinin öhdəlikləri kimi müəyyənləşdirmişlər. Nəzərdə tutulan
vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8
qlobal məqsəd müəyyənləş- dirilmişdir.
Qeyd olunanlar nəzərə alınaraq, “Azərbaycan Respublikasıda yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2008-2015-ci illər)”
hazırlanmış və artıq həyata keçirilmişdir. Bu proqramda BMT-nin Minilliyin
Bəyannaməsində qarşıya qoyulan “Minilliyin inkişaf məqsədləri
,,
nə istinad
edilməklə ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafın təmin edilməsi
istiqamətində həyata keçirilməsi zəruri olan kompleks siyasət tədbirləri və onların
həyata keçirilməsi mexanizmləri müəyyənləşdirilmiş və siyasət matrisində əks
olunmuşdur.
Proqramda Ölkədə yoxsulluğun azaldılması davamlı iqtisadi inkişafla
ə
laqələndirilməklə, əhalinin gəlir əldə etmək imkanlarınm artırılması üçün əlverişli
mühit yaradılmasına xidmət etmişdir. Başqa sözlə, ehtiyatların məhdudluğu nəzərə
79
alınaraq, onların müxtəlif sosial məqsədlər üçün ünvansız paylanmasınm səmərəsiz
olduğu, bu yolun gələcəkdə həmin ehtiyatların özlərinin getdikcə azalmasına və
sosial vəziyyətin, müvəqqəti yaxşılaşmasına baxmayaraq, davamlı olaraq
yaxşılaşmaq imkanlarını itirəcəyinə səbəb olacağı əsaslandırılaraq, davamlı
inkişafa xidmət edən şəkildə səmərəli istifadə olunması ön plana çəkilir. Bunun
üçün, hazırki şəraitdə makroiqtisadi sabitliyin qorunub saxlanılması və davamlı
inkişaf potensialının gücləndirilməsi, o cümlədən sahibkarlar üçün investisiya
mühitinin və kredit təminatının yaxşılaşdırılması, infrastrukturun (o cümlədən,
yollar, kommunal xidmətlər, rabitə, meliorasiya və s.) inkişafi, insan resurslarmm
inkişafına investisiya qoyuluşunun artırılması (əsas səhiyyə və təhsil xidmətləri
üzrə keyfiyyətin və həmin xidmətlərdən istifadə üçün bərabər imkanların
yaxşılaşdırılması), kənd təsərrüfatı və regional inkişafın dəstəklənməsi, ətraf
mühitin mühafizəsinin yaxşılaşdırılması, enerji sahəsində islahatlar aparılması,
turizmin təşviq olunması istiqamətində nüvafiq tədbirlər həyata keçirilmişdir.
Ölkədə bu istiqamətlərdə qəbul edilmiş digər vacib proqramlardan biri kimi
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı
(2004-2008-ci illər) -ni da xüsusi olaraq qeyd etmək olar.Bu proqramda aşağıdakı
vəzifələr müəyyən olunur:
-müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri
yaratmaq;
-yeni resurslardan istifadənin səmərəsini artırmaq;
-regionların inkişafı üçün yeni zəruri infrastrukturun yaradılmasını və inkişafını
təmin etmək;
-aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək;
-investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını
təmin etmək;
-yeni iş yerlərinin yaradılmasını həvəsləndirmək;
-əhalinin kommunal xidmətlərlə təminatını yaxşılaşdırmaq.[24]
80
Bu proqramdan sonra 2008-ci ildə Ümumi Daxili Məhsul 2003-cü illə
müqayisədə 2,3 dəfə artaraq 15,26 milyard manat,Ümumi Daxili Məhsulun
adambaşına düşən həcmi 1578 ABŞ dolları,qeyri-dövlət sektorunun Ümumi Daxili
Məhsulda xüsusi çəkisi 85 faiz təşkil etməsi proqnozlaşdırılırdı.Lakin həmin
dövrdə neftin qiymətinin kəskin surətdə artması nəticəsində proqnozlardan daha
yuxarı bir göstərici əldə edildi.Belə ki, 2008-ci ildə ölkədə ÜDM 40 milyard
manatdan çox olmuşdur.2004-2008-ci illərdə ÜDM-un strukturunda bütün
sahələrin,o cümlədən kənd təsərrüfatının artım tempi orta hesabla 10-15 faiz
səviyyəsində olacağı ərzində kənd təsərrüfatı istehsalının real artımı 62,5 faiz təşkil
etməsi gözlənilirdi.Lakin ötən beş il ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında
isə 25,2 faiz artım olmuşdur.Bütün maliyyə mənbələri hesabına investisiya
qoyuluşunun həcmi 16,8 mlrd. ABŞ dollarına çatması, bunun da təxminən 60 faizi
regionlara yönəlməsi proqnozlaşdırılırdı.Halbuki ölkə iqtisadiyyatının inkişafına
bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi
son beş ildə 33,5 mlrd. manat təşkil etmiş, bunun 53,2 faizi daxili, 46,8 faizi isə
xarici investisiyalar olmuşdur.2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi
2003-cü il səviyyəsini 3 dəfə üstələmiş,adambaşına düşən investisiyanın həcmi
2003-cü illə müqayisədə 605,8 manat çox olmuşdur.2003-cü ildə ümumi
investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda,2008-
ci ildə bu göstərici 78,6 faiz təşkil etmişdir.Bu proqram dövründə planlaşdırılan
600 min yerinə nisbətən həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində
ölkədə 766 mindən çox yeni,o cümlədən 547,5 min daimi iş yeri açılmışdır.Bu
dövrdə respublikada 27,5 mindən çox yeni müəssisə yaradılmışdır ki, bunun da 40
faizə qədəri regionlarda fəaliyyət göstərir. Yeni yaradılmış müəssisələrin 88
faizdən çoxunu xüsusi mülkiyyətli müəssisələr təşkil edir.
crasına 2004-cü ildən başlanılmış bu proqramın əsas məqsədlərindən biri də
ölkənin regionlarında yaşayan vətəndaşların mənəvi ehtiyaclarının daha dolğun
ödənilməsi və onların həyat şəraitinin yaxşılaşdırılması təşkil etimişdir. Proqramda
ölkənin regionlarında yeni iş yerlərinin yaradılması vasitəsilə əhalinin
81
məşğulluğunun təmin edilməsi, yerli istehsalın genişləndirilməsi, əsasən, dağ
rayonlarında məskunlaşan əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sağlamlığın
bərpası və həmçinin, istirahət üçün turizm və sanatoriya-kurort sisteminin
inkişafının sürətləndirilməsi, pensiyaların və digər sosial müavinətlərin əhaliyə
vaxtında və rahat çatdırılmasının təmin edilməsi, təhsil sisteminin
müasirləşdirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xarici ölkələrdə
ə
mək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının sosial müdafıəsinin
gücləndirilməsi, gənc ailələrin məşğulluğu və onların faydalı əməklə
məşğulluğunun təbliği, istedadlı gənclərin müasir peşə və ixtisaslara yiyələnməsinə
şə
rait yaradılması və s. bu kimi istiqamətlərdə sosial məsələlər həyata
keçirilmişdir.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı(2004-2008-ci illər”nin) uğurlu icrası bütün regionların inkişafında yeni
bir mərhələnin yaranmasına səbəb olmuş, formalaşmış əlverişli iqtisadi mühit
ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi
zərurətini yaratmışdır.Ölkədə qeyri neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi
inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması
məqsədilə 2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi üçün Azərbaycan
Respublikasının Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”təsdiq edilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi
göstəricilərin səviyyəsinə yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf
sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat
səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynamışdır.
2009-2013-cü illəri əhatə edən dövlət proqramında aşağıdakı prioritet
istiqamətlər müəyyən edilmişdir:
82
-ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft
sektorunun sürətli inkişafının təmin edilməsi;
-infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam
etdirilməsi;
-sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin
həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi;
-iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam
etdirilməsi;
-ixracyönümlü məhsul istehsalının stimullaşdırılması;
-muasir tipli infrastruktur obyektlərinin yaradılması,mövcud obyektlərin
beynəlxalq standartlar uyğunlaşdırılması;
-əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması
;
-əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam
etdirilməsi;
-yoxsulluğun səviyyəsinin azaldılması.[25]
Qeyd edək ki, istənilən makroiqtisadi səviyyədə sosial tənzimlənmə əsasən
büdcə-vergi siyasəti vasitəsi ilə həyata keçirilir. Azərbaycan iqtisadiyyatında 1995-
ci ildən sonra makroiqtisadi sabitlik yarandıqdan sonra bu istiqamətdə sosial
yönümlü tədbirlər daha çox ikinci istiqamətdə, yəni büdcə-vergi tənzimlənməsi
üzrə həyata keçirilməsi zəruridir. Bunun üçün də hazırda Azərbaycanda sosial
siyasətin tənzimlənməsinin iqtisadi əsasları kimi aşağıdakıların araşdırılması
məqsədəuyğun hesab edirik:
-Dövlət büdcəsinin sosial məsrəfləri;
-Dövlət sosial müdafiə fondunun sosial məsrəfləri;
-Neft fondunun sosial məsrəfləri.
ndi isə göstərilən istiqamətlər üzrə aşağıdakı təhliləri həyata keçirək. Bunun
üçün ilk növbədə Azərbaycan Respublikasının dövlət büdcəsinin sosial xərclərini
təhlil edək. 2015-ci il dövlət büdcəsinin xərclərində sosial yönlü xərclərin (büdcə
xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi,pensiya və
83
müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının
alınması üzrə xərclərin cəmi) xüsusi çəkisi 27,6 faiz olmaqla, 2014-cü illə
müqayisədə 1,1 faiz-bənd artmışdır.Mütləq ifadədə bu məqsədə 5826,4 mln. manat
vəsait proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilə nisbətən 489,2 mln. manat və ya
9,2 faiz,2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 920,0 mln. manat və
ya 18,8 faiz çoxdur.
2015-ci il dövlət büdcəsində elm,təhsil,səhiyyə,sosial müdafiə və sosial təminat,
incəsənət, mədəniyyət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid
edilməyən xərclər üçün 5019,6 mln. manat vəsait nəzərdə tutulmuşdur ki, bu da
2014-cü ilə nisbətən 110,1 mln. manat və ya 22 faiz, 2013-cü ilin faktiki icra
göstəricisi ilə müqayisədə isə 820,7 mln. manat və ya 19,5 faiz çoxdur.
Təhsil xərcləri üçün ayrılmış vəsaitin 898,3 mln. manatı və ya 52,5 faizi ümumi
təhsil xərclərinin, 525,7 mln. manatı və ya 30,7 faizi təhsil sahəsində digər
müəssisə və tədbirlərin (2014-cü illə müqyisədə 41,8 mln. manat və ya 8,6 faiz
çox), 165,6 mln. manatı və ya 9,7 faizi məktəbəqədər təhsil xərclərinin (2014-cü
illə müqayisədə 14,2 mln. manat və ya 9,4 faiz çox ), 39,2 mln manatı və ya 2,3
faizi ali təhsil xərclərinin (2014-cü illə müqayisədə 6,2 mln. manat və ya 18,9 faiz
çox), 44,6 manatı və 2,6 faizi orta ixtisas təhsil xərclərinin(2014-cü illə
müqayisədə 0,2 mln. manat və ya 0,4 faiz çox), 34,3 mln. manatı və ya 2,0 faizi
ilk-peşə ixtisas təhsilin,(2014-cü illə müqyisədə 0,1 mln. manat və ya 0,4 faiz çox),
3,5 mln manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyələşdirilməsinə
yönəldiləcəkdir.[29]
Ölkədə əhalinin sosial problemlərinin həlli,o cümlədən pensiya və
müavinətlərin,ünvanlı sosial yardımın,məcburi köçkünlərin sosial məsələlərinin və
digər sosial tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsində sosial
müdafiə və sosial təminat xərcləri üçün 2040,5 mln. manat vəsait
proqnozlaşdırılmışdır,ki bu da 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 290,2
mln. manat və ya 16,6 faiz çoxdur.
84
2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1100,0
mln. manat Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu vasitəsilə
həyata keçirilən əmək pensiyalarının maliyyələşdirilməsinə, 548,4 mln.
manatı(2014-cü ilə nisbətən 41.6 mln. manat və ya 8.2 faiz,2013-cü ilin faktiki
icrasına nisbətən 90,3 mln. manat və ya 19,7 faiz çox) Azərbaycan Respublikasının
Ə
mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsilə
həyata keçirilən sosial müavinətlərin,təqaüdlərin və digər sosial xarakterli
ödənişlərin, 224,5 mln. manatı (2014-cü ilə nisbətən 2.3 mln. manat və ya 1,0 faiz,
2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 12,7 mln. manat və ya 6,0 faiz çox)
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin şləri üzrə
Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin
təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Bununla yanaşı, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində
də sosial müdafiə və sosial təminat təyinatlı infrastrukturlara aid olan investisiya
layihələri üzrə müvafiq məbləğdə vəsait nəzərdə tutulmuşdur.
2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət
büdcəsinə 10388,0 mln. manat transfert nəzərdə tutulur ki, bu da cari ilin
proqnozuna nizbətən 1051,0 mln. manat və ya 11,3 faiz çoxdur.
3.2. Azə rbaycan Respublikasının sosial inkiş afında yoxsulluğ un
Dostları ilə paylaş: |