Pensiya islahatları. Bütün sivil cəmiyyətlərdə pensiya təminatı sosial müdafiə
sisteminin mühüm sahəsi kimi qəbul olunmuşdur.Bu isə pensiya təminatının
mükəmməl və sivil qanunvericilik əsasında həyata keçirilməsini tələb edir.Hər bir
ölkənin pensiya siyasəti pensiya sisteminin iki əsas funksiyasının
gerçəkləşdirilməsinə yönəldilmişdir.Birinci funksiya sosial funksiyadır-bu, əmək
65
qabiliyyətini itirmişşəxslərin normal həyat şəraitini təmin etməyi nəzərdə
tutur. kinci,iqtisadi funksiya olub pensiya ilə əmək fəaliyyəti arasında asılılığı
təmin etməkdir.
1993-cü ildən başlayaraq Azərbaycan Respublikasında siyasi sabitlik bərqərar
edilməklə əldə olunan dayanıqlı iqtisadi inkişaf əhalinin sosial müdafiəsinin
gücləndirilməsinin əsas amilinə çevrildi. Məhz bu dövrdə ölkənin pensiya təminatı
sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yenidən qurulması sosial siyasətin
strateji istiqamətlərindən biri kimi müəyyənləşdirildi.
Ötən illər ərzində həyata keçirilən islahatlarla Azərbaycanda müasir və sosial
baxımdan yüksək səmərəyə malik pensiya təminatı sisteminin yaradılmasına nail
olunmuşdur. Bunun nəticəsində pensiya yaşında olan əhali təbəqəsinin sosial rifah
durumu əhəmiyyətli şəkildə yaxşılaşmış və bu təbəqədə yoxsulluq, demək olar ki,
tam olaraq aradan qaldırılmışdır. Əhalinin sosial müdafiəsi sahəsində məqsədyönlü
tədbirlər 2006-2013-cü illərdə əmək pensiyalarının orta aylıq məbləğinin 5,7 dəfə
yüksəldilməsinə və beləliklə də bu göstərici üzrə ölkəmizin postsovet coğrafi
məkanında öncül mövqelərdə qərarlaşmasına imkan vermişdir.
Hazırda ölkəmizdə mövcud olan pensiya təminatı sistemində bir sıra sosial
sığorta ilə əlaqəli olmayan öhdəliklər sistemin maliyyə yükünü xeyli artırmaqla
pensiya sisteminin xərclərinin, eləcə də dövlət büdcəsindən ayırmaların
(transfertin) artımını şərtləndirmişdir. Nəticədə, Dövlət Sosial Müdafiə Fondunun
təsdiq edilmiş büdcəsində xərclərin məbləği 2014-cü ildə 2928,5 milyon manat
təşkil etmişdir ki, bu da 2006-cı ildəki 589,5 milyon manatla müqayisədə 5 dəfə
artmışdır. Həmin müddətdə dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği
6,8 dəfə artmaqla, 167 milyon manatdan 1142 milyon manata, cəmi xərclərdə
xüsusi çəkisi isə 28,3 faizdən 39 faizə yüksəlmişdir. Göstərilənlərlə bağlı, pensiya
təminatı sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlılığının daha
da möhkəmləndirilməsi məqsədi ilə müvafiq tədbirlər işlənilməli, sosial sığorta
prinsiplərinə əsaslanmayan dövlət öhdəlikləri üzrə xərclərin maliyyə yükünün
66
sistemə təsiri tənzimlənməli, sosial sığorta haqları ilə sosial sığorta ödənişləri
arasında əlaqə gücləndirilməlidir.