Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix28.12.2021
ölçüsü0,78 Mb.
#17190
1   ...   19   20   21   22   23   24   25   26   27
 
Şə
kil 2.1 
Azərbaycan Respublikasında iqtisadiyyatın sosialyönümlüyünün 
tənzimlənməsinin hüquqi-normativ bazası: 
Azərbaycan  Respublikasının  Konstitusiyası  əsasında  və  müvafiq  Qanunlar 
ə
sasında 
ölkə 
Prezidentinin 
fərmanı 
ilə 
təsdiq 
edilmiş 
normativ 
aktlar,qaydalar,əsasnamələr 
 
 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  qərarı  ilə  təsdiq  edilmiş 
qaydalar,əsasnamələr,nizamnamələr,təlimatlar və digər normativ aktlar 
 
 
 
Müvafiq  nazirliklərin  və  digər  dövlət  idarəetmə  orqanlarının(Əmək,  və 
Ə
halinin Sosial Müadfiəsi Nazirliyi,Təhsil Nazirliyi,Səhiyyə Nazirliyi,  qtisadi 


68 
 
nkişaf  və  s.)təsdiq  etdikləri  təlimatlar,sərəncamlar,əmrlər  və  digər  normativ 
aktlar 
 
      
  Konstitusiyanın  maddələrində,  sosial  həyatın  müxtəlif  sferalarında  dövlətin 
öhdəliklərini  təsbitdən  müddəalar  mövcuddur.  Bunlardan  əsaslan  kimi  sosial 
təminat,  əmək,  təhsil,  mənzil,istirahət,sağlamlıq  və  s.  hüquqlarını  da  göstərmək 
olar. 
      Elmi  ədəbiyyatlarda  sosial  müdafiənin  3  əsas  təşkilati-hüquqi  forması 
göstərilir.Bunlar aşağıdakılardır: 
-sosial sığorta sistemi; 
-dövlət və bələdiyyələr tərəfindən göstərilən sosial yardım; 
-xüsusilə həssas əhali qruplarına yönəlmiş müdafiə və xüsusi sosial tədbirlər.[30] 
    Sosial müdafiənin təşkilati-hüquqi formalarından biri sosial siğortadır.Bu forma 
bazar  iqtisadiyyatı  şəraitində  keçmiş  ölkələrin  böyük  əksəriyyətində  digər 
formalarla  müqayisədə  daha  geniş  istifadə  olunur.”Sosial  siğorta”anlayışının 
ə
sasında sosial risklər və onların məcburi və könüllü siğortalanması dayanır.Sosial 
siğorta haqları siğortaedən və siğortaolunan şəxslər tərəfindən əmək haqqı nisbətdə 
faizlərlə ödənilir. 
     Sosial  müdafiənin  digər  elementi-hər  hansı  gəlir  mənbəyi  və  beləliklə,məburi 
dövlət sosial  siğortası  olmayan,  yaxud  gəlirinin  məbləği  qəbul olunmuş  meyarlar 
baxımından yetərli olmayan aztəminatlı insanlara dövlət büdcəsi hesabına ödənilən 
ünvanlı  dövlət  yardımından  və  sosial  müavinətlərdən  ibarət  sosial  yardım 
sistemidir.Sosial yardım ünvanlı xarakter daşıyır, maddi təminat üçün başqa vəsait 
mənbələrinə  malik  olmayanlara  verilir.Bu  qəbildən  olan  şəxslər  xüsusi  yoxlama 
ə
sasında müəyyənləşdirilir və sosial yardım yalnız belə yoxlamadan sonra verilir. 
     Sosial  müdafiənin  üçüncü  elementi  sosial  cəhətdən  xüsusilə  həssas  əhali 
qruplarını(qaçqınlar,  məcburi  köçkünlər,  valideyn  himayəsindən  məhrum  olan 
uşaqlar,  tənha  ahıl  vətəndaşlar  və  s.)  əhatə  edən  sosial  müdafiə  və  xüsusi  sosial 


69 
 
tədbirlər  sistemidir.Sosial  müdafiənin  təşkilati  hüquqi  formalarından  biri  əmək 
qabiliyyətli  olmayan  əhalinin  bilavasitə  dövlət  təminatıdır.Bilavasitə  dövlət 
təminatı dedikdə,xərclərin dövlət büdcəsi tərəfindən ödənilməsi, bu şəkildə təminat 
alan şəxslər kateqoriyasının, onların təmin olunma səviyyəsinin dövlət hakimiyyəti 
orqanları 
tərəfindən 
müəyyənləşdirilməsidir.Hazırda 
respublikamızda 
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət 
təminatına götürülüblər. 
    Sosial  müdafiənin  təşkilati-hüquqi  formalarıdan  biri  də  provident  fondların 
yaradılması,  müəyyən  şəraitin  yaranma  halı  üçün  vəsaitin  məcburi 
toplanmasıdır.Belə  fondlar  ayrı-ayrı  ölkələrdə  (Asiya  və  Afrikanın  müstəmləkə 
ölkələrində) mövcud olub, ümumdövlət təşkilatı sayılır.Provident fondların olması 
işləyən  (gəliri  olan)  hər  bir  vətəndaşa  özünün  gələcək  rifahı  üçün  fərdi  yığımlar 
etmək  imkanı  verir.Onlar  əmanət  bankı  tipli  idarələr  kimi  fəaliyyət  göstərir.Bu 
ə
manətlərdən müvəqqəti itirmə, işi dayandırma, işsizlik hallarında istifadə olunur. 
   Sosial müdafiənin bir forması da insanların fərdi qaydada könüllü olaraq müxtılif 
siğorta  növlərindən  istifadə  etməsidir.Sosial  müdafiənin  bu  forması  məcburi 
qaydada  deyil,bu  münasibətlərdə  iştirak  edən  şəxslərin  sosial  müdafiəsini  həyata 
keçirmək öhdəliklərini öz üzərlərinə götürürlər. 
   Sosial müdafiə pul formasında, natural formada, eləcə də sosial müdafiə olunan 
şə
xslərə  göstərilən  müxtəlif  xidmətlər  olu  ilə  həyata  keçirilə  bilər.Sosial  müdafiə 
kompensasiya və profilaktik xəbərdaredici səciyyə daşıyır. 
Qeyd  edək  ki,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  sosial  siyasətin 
təşkilati-idarəetmə baxımından aşağıdakı vəzifələri həyata keçirir: 
-Əmək,  sosial  müdafiə,  pensiya  təminatı, demoqrafiya  və  miqrasiya  sahəsində 
dövlət  siyasətini  hazırlamaq  və  qanunvericilikdə  müəyyən  olunmuş  qaydada 
həyata keçirmək; 
-Əmək  qabiliyyətli  əhalinin  işgüzarlıq  və  təşəbbüskarlığının  artırılması  üçün 
rəruri  şərait  yaratmaq,  mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq 


70 
 
bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının 
qorunmasını təmin etmək; 
- şsizliyin  səviyyəsinin  azaldılmasına,  əmək  bazarında  zəif  rəqabətli  əhali 
qruplarının,  xüsusilə  gənclərin,  çoxuşaqlı  qadınların,  qaçqın  və  məcburi 
köçkünlərin,  əlillərin,  şəhid  ailəsi  üzvlərinin,  sərbəstləşdirilmiş  işçilərin 
məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək; 
-Müvafiq  icra  hakimiyyəti  orqanları,  dövlət  və  qeyri-dövlət  müəssisələri  ilə 
birgə    yeni  iş  yerlərinin  yaradılmasına  yönəldilmiş  tədbirlər  hazırlamaq,  əmək 
ehtiyatların bazar şəraitinə uyğunlaşdırmaq  məqsədilə peşə hazırlığı mexanizmini 
təkmilləşdirmək; 
-Əhalinin  aztəminatlı  təbəqələrinə  dövlət  yardımının  tənzimlənməsi  üzrə 
təkliflər  hazırlamaq,  tənha  ahıl  vətəndaşlara  və  əlillərə  sosial-məişət  xidmətini 
təşkil etmək; 
-Demoqrafiya,  əmək  və  sosial  müdafiə  məsələləri  üzrə  elmi-tədqiqat  və 
beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirmək və s.[51] 
Mövcud təhsil qanunvericiliyinə görə təhsili idarə etmək üçün dövlət və ictimai 
özünüidarə  orqanları  sistemi  yaradılır.  Təhsil  müəssisələrinin  idarə  olunmasında 
yerli  dövlət  orqanları,  müvafiq  elmi-pedaqoji  kollektivlər,  peşə  yaradıcılıq 
ittifaqları,  cəmiyyətlər  və  geniş  ictimaiyyət  iştirak  edir.  Bununla  belə,  təhsil 
sistemini idarə edən başlıca subyektlər Nazirlər Kabineti və Təhsil Nazirliyidir.
 
“Təhsil  haqqında”  Qanuna  görə,  Nazirlər  Kabineti  təhsilin  strategiyasını 
müəyyənləşdirən əsas orqan olmaqla aşağıdakı fünksiyaları həyata keçirir: 
• təhsil Qanununun, bu barədə müvafiq qanunveriçilik aktlarının və sənədlərin 
icrasına nəzarət edir; 
• təhsil sisteminin idarə olunmasının təşkilat strukturunu müəyyən edir; 
• təhsilin mərkəzi dövlət idarə strukturlarını yaradır və onlara rəhbərlik edir; 
•  dövlət  idarəçiliyində  olan  peşə-ixtisas  təhsili  müəssisələrini  yaradır,  yenidən 
təşkil edir və ləğv edir; 


71 
 
• peşə-ixtisas təhsili müəssisələri üçtln ixtisasların siyahısını təsdiq edir, sosial 
sifarişdən asılı olaraq belə ixtisaslar açır və bağlayır; 
 dövlət  təhsil  standartlarını  təsdiq  edir,  təhsil  barədə  qəbul  olunan  sənədlərin 
həmin standartlara müvafiq olmasına nəzarət edir; 
• 
təhsil 
müəssisələri, 
onların 
attestasiyası, 
akkreditasiyası 
və 
lisenziyalaşdırılması  barədə  dünya  standartına  müvafiq  olan  əsasnamələri  təsdiq 
edir; 
•  təhsilin  inkişafına  dair  dövlət  həmçinin  beynalxalq  proqramlar  hazırlayıb 
həyata keçirir; 
•  təhsilin  maliyyələşdirilməsi  üçün  milli  gəlirdən  pay  ayrılması,  təhsillə  bağlı 
respublika  büdcəsinin,  təhsilin  inkişaf  fondlarının  formalaşdırılması  barədə 
təkliflər verir; 
•  təhsilinn  maliyyələşdirilməsinin  dövlət  normativlərini,  təhsil  sistemi 
işçilərinin əmək haqqının ödənilməsi qaydasını, əmək haqqı minimumunu, güzəşt 
və imtiyazları, tələbələrin təqaüdlə təmin olunmasının, digər kateqoriyalardan olan 
pedaqoji  işçilərin,  təhsil  və  tərbiyə  alanların  sosial  müdafiəsinin  norma  və 
qaydalarını ınüəyyən edir; 
• təhsilin inkişafını stimullaşdıran vergi siyasəti yeridir; 
• yüksək ixtisaslı mütəxəssislərin attestasiyasının təşkil olunmasına rəhbərlik 
edir; 
• təhsil sistemi işçiləri üçün fəxri adlar və mükafatların təsis olunması barədə 
məsələ qaldırır. 
    Sosial sahədə tətbiq edilən normativlər və standartlar dövlətin ali məqsədi olan 
insanların  daha  layiqli  həyat  səviyyəsinin  təmin  olunmasına  xidmət  edir.Bu 
normativlər  və  standartlar,  ilk  növbədə  ölkə  konstitusiyasından,  dövlətin  tərəfdar 
çıxdığı  ikitərəfli  və  çoxtərəfli  beynəlxalq  müqavilələrdən  irəli  gəlir  və  dövlətin 
sosial 
sahədə 
siyasətinin 
normallaşdırılmasına, 
meyarı 
və 
ölçüsünə 
çevrilir.Azərbaycanın  sosial  hüququnun  təhlili  aşağıdakı  sosial  normativlərin 
olmasını şərtləndirir: 


72 
 
-minimum istehlak səbəti, yaşayış minimumu; 
-ehtiyac meyarı; 
-minimum əmək haqqı; 
-əmək pensiyasının baza hissəsi; 
-ailədə adambaşına düşən orta gəlir; 
-əmək pensiyasının orta aylıq məbləğinin orta aylıq əmək haqqı ilə nisbəti və s. 
   stehlak  səbətinə  insanın  sağlamlığını  və  həyat  fəaliyyətini  təmin  etmək  üçün 
tələb  olunan  zəruri  ərzaq,  qeyri-ərzaq  məhsulları  və  xidmətlər  daxildir.”Yaşayış 
minimumu  haqqında”qanunun  3-cü  maddəsinə  əsasən  minimum  istehlak  səbəti 
ə
halinin  əsas  sosial-demoqrafik  qrupları  üzrə,  bir  nəfərin  və  ya  ailənin  xərc 
maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır: 
    1.Ərzaq məhsullarının minimum toplusu; 
    2.Fərdi  və  ailəvi  istifadə  olunan  qeyri-ərzaq  mallarının  minimum  toplusu 
(geyim,  ayaqqabı  və  dəftərxan  ləvazimatı,  təsərrüfat,  mədəni-məişət,  sanitariya 
əş
yaları, dərmanlar və s.); 
   3.Xidmətlərin  minimum  toplusu  (mənzil-kommunal,  nəqliyyat,  rabitə,  məişət, 
təhsil, mədəni-maarif, mualicə-istirahət xidmətləri və s.). 
    stehlak  səbətinə  görə  yaşayış  üçün  zəruri  olan  aşağı  həddin  pulla  ifadəsi  təyin 
olunur.Bu  zaman  mal  və  xidmətlərin  real  qiymətləri  əsas  götürülür. stehlak 
səbətinin  pulla  ifadəsi  hökumət  tərəfindən  müəyyənləşdirilir.Bu  zaman  bazarda 
qiymətlərin dəyişməsi nəzərə alınır.Ərzaq mallarına, məcburi ödənclər üzrə qeyri-
ə
rzaq  mallarına  və  xidmətlərə  dair  qiymətlər  əsas  götürülür. stehlak  səbəti 
haqqında Azərbaycan hökümətinin də bir sıra qərarları olmuşdur. 
   Yaşayış  minimumu  minimum  istehlak  səbətinin  dəyəri  və  icbari  ödənişlərin 
cəmindən ibarət sosial normadır.Yaşayış minimumu sosial norma olaraq çox geniş 
təbiq dairəsinə malikdir.Yaşayış minimumundan əsasən aşağıdakı məqsədlər  üçün 
istifadə olunur: 
   1.Aztəminatlı  ailələrə  ünvanlı  dövlət  sosial  yardımının  göstərilməsi  sisteminin 
formalaşdırılmasında və tətbiqində; 


73 
 
   2.Aztəminatlı  ailələrin  rifahının  yüksəldilməsi  konsepsiyasının  və  Dövlət 
proqramlarının hazırlanmasında; 
   3.Əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında; 
  4.Fiziki  şəxslərin  gəlirlərinin  vergiyə  və  icbari  ödənişlərə  cəlb  edilməyən 
həddinin əsaslandırılmasında; 
   5.Əhalinin  pul  gəlirlərinin  və  əmanətlərinin  indeksləşdirilməsi  üzrə  tədbirlərin 
işlənib hazırlanmasında və həyata keçirilməsində; 
   6.Dövlət  büdcəsinin,  yerli  büdcələrin,  büdcədənkənar  dövlət  fondlarının, 
qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında. 
   Göründüyü  kimi,  yaşayış  minimumu  böyük  nəzəri  və  praktiki  əhəmiyyətə 
malikdir və o, sosial-iqtisadi həyatın ən müxtəlif sahələrinə nüfuz edir. 
   Yaşayış  minimunun  məyyən  edilməsi  üçün  əhalinin  əsas  soial-demoqrafik 
qrupları üzrə istehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri ərzaq malları və 
xidmətlər  orta  bazar  qiymətləri  ilə,  icbari  ödənişlər  isə  normalaşmış  faktiki 
məsrəflər əsasında hesablanır. 
    Əhalinin  əsas  sosial-demoqrafik  qrupları  üzrə  yaşayış  minimumu  ildə  birdə 
yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir.2014 cü il üçün yaşayış 
minimumu  ölkə  üzrə  125  manat,  əmək  qabiliyyətli  əhali  üçün  136 
manat,pensiyaçılar  üçün  103  manat,  uşaqlar  üçün  103  manat  müəyyən 
edilmişdir.[10] 
    Yaşayış  minimumu  əmək  haqqının  minimum  məbləğinin,  pensiyaların  baza 
hissəsinin,  müavinətlərin,  təqaüdlərin,  digər  ödənişlərin  və  ünvanlı  dövlət  sosial 
yardımının  təyin  edilməsi  məqsədi  ilə  ehtiyac  meyarının  müəyyən  edilməsinin 
ə
sasını  təşkil  edir.Mülkiyyət  formasından  asılı  olmayaraq  müəssisə,  idarə  və 
təşkilatlar  ixtisassız  əməklə  məşğul  olan  işçilərinə  əmək  haqqını  minimum  əmək 
haqqı məbləğindən az olmayaraq ödınilməlidir. 
   Qeyd  etmək  lazımdır  ki,Azərbaycan  dövləti  minimum  əmək  haqqı  və 
pensiyaların  baza  hissəsinin,ehtiyac  meyarının  həddinin  mərhələlərlə  ölkə  üzrə 
yaşayış  minimumum  səviyyəsiə  yüksəldilməsini  qarşısına  hədəf  kimi 


74 
 
qoymuşdur.Əmək  pensiyalarının  “Əmək  pensiyalrı  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununa  uyğun  olaraq  artırılması  və  indeksləşdirilməsi 
pensiyaların  yaşayış  minimumuna  çatdırılmasına  və  insanların  real  alıcılıq 
qabiliyyətininin artırılmasına xidmət edir. 
   Əhalinin  əsas  sosial-demoqrafik  qrupları  dedikdə  yaş-cins  əlamətlərinə,sosial 
vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, 
ə
lillər, uşaqlar, və s.) nəzədə tutulur. 
  Minimum  əmək  haqqı  qanunvericiliklə  ixtisassız  əməyə  və  xidmətə  görə  aylıq 
ə
mək  haqqının  ən  aşağı  səviyyəsini  müəyyən  edən  aylıq  əmək  haqqının  ən  aşağı 
səviyyəsini müəyyən edən sosila normativdir.Eyni zamanda minimum aylıq əmək 
haqqı da 105 manat təşkil etməklə yaşayış minimumuna yaxınlaşdırılmışdır. 
   
 
 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin