azaldılmasına yönəldilən sosial siyasətin təkmilləşdirilməsi istiqamətləri
Dünya ölkələrinin sosial-iqtisadi inkişaf səviyyəsinin öyrənilməsi göstərir ki,
bütün dünyada, eləcə də Azərbaycanda (xüsusilə müstəqillik illərinin əvvəllərində)
yoxsulluq problemi çox ciddi xarakter almışdır.Odur ki, yoxsulluqla mübarizə bir
çox beynəlxalq təşkilatların prioritetinə çevrilmişdir. Bu baxımdan yoxsulluğun
azaldılması üzrə həyata keçirilən tədbirlərdə yalnız iqtisadi aspekt deyil, həmçinin
siyasi və hüquqi amillər də nəzərə alınmalıdır. Lakin problemlə bağlı əsas diqqət
dövlət tərəfindən əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilməlidir. Bu
85
zaman iqtisadi inkişafın ölkə üzrə bərabər paylanması, həyata keçirilən sosial
müdafiə sisteminin daim təkmilləşdirilməsi və sosial yardım proqramlarının
effektivliyinə nail olunması əsas ötürülməlidir.
Yoxsulluğun yaranma səbəbi kimi ilk növbədə əhali gəlirlərində baş verən
proseslər göstərilir. Belə ki, ölkə əhalisinin gəlirləri artdıqda elə onun bütün
təbəqələrinin gəlirləri bərabər sürətlə çoxalmır. Əsas etibarilə kasıb təbəqənin
gəlirləri aşağı templə artır. Nəticədə gəlirlərin qeyri-bərabər bölgüsü sosial
gərginlik yaratmaqla əvvəlcə ölkə daxilində, sonra isə beynəlxalq miqyasda
sabitliyin pozulmasına səbəb olur. Bəzi hallarda isə iqtisadi artım yoxsulluq
problemini daha da kəskinləşdirir. qtisadi artım o zaman səmərəli ola bilər ki, o,
yoxsul əhalinin tələbatlarını ödəyə bilsin.
Qeyd edək ki, ölkədə həyat səviyyəsinin yüksəldilməsinin və yoxsulluğun
azaldılması istiqamətində dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca
həlqələrindən biri də yaşayış minimumunun düzgün müəyyənləşdirilməsidir. Qeyd
etdiyimiz kimi yaşayış minimumu, minimum istehlak səbətinin dəyərini və icbari
ödənişləri özündə cəmləşdirən xərclərin məcmusunu təşkil edir. Yəni bu hədd
yoxsulluğun müəyyən edilməsi üçün istifadə olunan əsas normadır və dövlətin
yoxsulluqla mübarizə siyasəti ilə bağlı olan mühüm sosial normativ kimi qəbul
edilməlidir.
Bildiyimiz kimi, hazırda Azərbaycanda yaşayış minimumu minimum istehlak
büdcəsini üstələyir. Yüksək rifah büdcəsi insanın sosial və fizioloji tələbatlarının
tam şəkildə təminatına, həmçinin icbari ödəniş və yığımlara, büdcənin saxlanılması
üçün zəruri olan əmanətlərin formalaşmasına təminat verən səmərəli xidmət və
rifah dəstindən ibarətdir. Yüksək rifah büdcəsi insanın hərtərəfli inkişafına imkan
verən resurslardan yararlanmağa şərait yaradır. Bura insanın seçim imkanının
genişliyi, uzun və sağlam ömür yaşaması, təhsil almaq və ləyaqətli ömür sürmək
imkanları daxildir. Buna görə də ona sosial siyasətin müvəqqəti aləti kimi baxılır.
Bu, iqtisadiyyatı böhran vəziyyətindən çıxarmaq üçün məhdud dövr ərzində
istifadə olunmaq məqsədini güdür və insan üçün yalnız ən zəruri olan xidmətlərin
86
istehlakının minimal mümkün həddini xarakterizə edir. Lakin ölkənin iqtisadi
inkişafı ilə əlaqədar olaraq həyat səviyyəsi göstəricilərinin daim yüksəldilməsi
yaşayış minimumunun da artımına müsbət mənada təsir göstərir. Belə ki, yaşayış
minimumu yalnız əhalinin maddi və mənəvi ehtiyac normasının minimal həcminin
qiymətləndirilməsi üçün deyil, həmçinin yoxsulluq həddinin müəyyən
edilməsində, minimum əmək haqqı, pensiya, müavinət və digər sosial vəsaitlərin
ödənilməsində istifadə olunur.
Minimum istehlak büdcəsi insanların maddi və mənəvi tələbatlarının
ödənilməsi prosesidir. Minimum istehlak büdcəsi insanın sağlamlığının və həyat
fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və
xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.[9]
Yoxsulluğun ölçülməsini gəlir imkanları ilə xarakterizə edərkən ilk olaraq
insanların onu əldə etməsi üçün hansı vasitələrdən yararlanmasını öyrənmək
vacibdir. Bu zaman əhalinin səhiyyə, təhsil və digər zəruri xidmətlərindən istifadə
imkanları araşdırılmalıdır. Fikrimizcə, dövlət yoxsulluğun uzaq perspektivdə
azaldılması üçün əhalinin təhsil və səhiyyə imkanlarını genişləndirməlidir.
Məlumat üçün bildirək ki, DB-nin 1990-cı il «Dünya inkişafı haqqında
hesabat»ında da yoxsulluqla mübarizədə fiziki kapitaldan əlavə təhsil və səhiyyəyə
diqqətin artırılmasının zəruriliyi qeyd olunmuşdur.[40]Aparılan tədqiqatlar
nəticəsində məlum olmuşdur ki, təhsilin kəmiyyət və keyfiyyət göstəricilərinin
yuxarı həddə olması gəlirlərin də yüksək olmasına zəmin yaradır. A.Muradov
təhsilin dərəcəsinin artmasını məşğulluğun təmin olunması imkanlarının
genişlənməsinə, pul gəlirlərinin çoxalmasına, əhalinin həyat səviyyəsinin
yüksəlməsinə və yoxsulluğun azalmasına xidmət etdiyini bildirir və təhsilin
yoxsulluq riskinin azaldılmasında mühüm rol oynadığını qeyd edir.
Təcrübə göstərir ki, yaxşı təhsilli və sağlam insanın gəlir əldə etmə imkanları
yüksək olur. Əks təqdirdə, yəni lazımi dərəcədə olmayan sağlamlıq və təhsil
səviyyəsi, kifayət qədər qidalanmama əmək məhsuldarlığını aşağı salır.
Ümumiyyətlə insanın təhsili onun yoxsulluq həddində yaşaması və yaxud da
87
həyatının təminatlı və sağlam yaşamasını şərtləndirir. Bu baxımdan yoxsulluqla
mübarizədə təhsilə xüsusi diqqət yetirilməsi vacibdir.
Təhsilə ayrılan investisiyalar davamlı iqtisadi artıma təminat verməklə yanaşı,
bərabərsizliyi aradan qaldırmaqla yoxsulluğun azaldılmasına şərait yarada bilər.
Aparılmış tədqiqat materiallarından məlum olmuşdur ki, l il orta təhsil fərdi gəlirin
10% artımına səbəb olur. Məhz bu baxımdan son illər dünyanın bir çox ölkələrinin,
o cümlədən Azərbaycan Respublikasının da qoşulduğu «Təhsil hamı üçün»
Proqramı 2015-ci ilə qədər hər bir oğlan və qızın tam ibtidai təhsilə riyələnməsini
nəzərdə tutur. Fikrimizcə, bu cür proqramların həyata keçirilməsi əhalinin, xüsusilə
də onun aztəminatlı hissəsinin təhsil və səhiyyə xidmətlərindən istifadə
imkanlarının yaxşılaşdırmaqla yoxsulluğun azaldılmasını göstərir. Əhalinin gəlir
ə
ldə etmə imkanlarının çoxalması isə öz növbəsində təhsilin və səhiyyənin də
inkişafına xidmət edir. Belə ki, gəlirlərin çoxalması nəticəsində insanların səhiyyə
xidmətlərindən istifadəsi və təhsil alması üçün daha yaxşı şərait yaranır və insanlar
ba sahələrə daha çox pul xərcləyirlər. Nəticədə əhalinin intellektual səviyyəsi
yüksəlir, sağlamlığı artır, bunlarla yanaşı onların yoxsulluq riski aşağı düşür.
Göründüyü kimi, əhalinin yoxsulluğu ilə onların təhsili və sağlamlığı arasında
sıx bağlılıq vardır. Yoxsul insanlar qida çatışmazlığı üzündən sağlamlıqları və
onun bərpası ilə bağlı bir sıra problemlərlə üzləşirlər. Düzdür son illərdə dövlət
büdcəsindən səhiyyə sektoruna aynlan vəsaitlərin həcmi bir neçə dəfə artırılmış,
yeni xəstəxanalar istifadəyə verilmiş, təmir edilmiş və zəruri avadanlıqlarla təmin
edilmişdir. Lakin bir çox hallarda yoxsul insanların bu xidmətlərdən yararlanmaq
imkanları məhdud olur. Bundan başqa büdcədən səhiyyəyə çəkilən adambaşına
xərclərin azlığı, tibbi xidmət xərclərinin Azərbaycan reallığı ilə uzlaşmaması
yoxsul insanların vəziyyətini ağırlaşdırır.
Yoxsulluğun azaldılması istiqamətində aparılan tədbirlər sırasında təhsil və
səhiyyə sahəsində islahatların tələb olunmasına baxmayaraq, yeni iqtisadi-siyasi
münasibətlər sisteminə daxil olmuş ölkələrdə radikal islahatların həyata keçirilməsi
mənfi nəticələrə səbəb ola bilər. Bu baxımdan islahatlar təhsil və səhiyyə
88
xərclərinin ÜDM-də xüsusi çəkisinin artması və iqtisadi yüksəlişin səviyyəsi ilə
ə
laqəli həyata keçirilməlidir. Bu isə insan kapitalının inkişaf etdirilməsinə şərait
yaradar.
Hazırda insan inkişafı problemləri aşağıdakı kimi qruplaşdırılmışdır.
•
Gəlirlərin və iqtisadi artımın yüksəlməsinə yönəlmiş iqtisadi fəaliyyətin
nəticəsi olan məhsuldarlıq;
Qabiliyyətlərin tətbiq edilməsində və nemətlərin istifadə edilməsində
•
bərabərlik kimi başa düşülən bərabərlik;
•
Yalnız indiki nəsillər üçün deyil, həm də gələcək nəsillər üçün sivilizasiya
imkanlarına çatmağı təmin edən sabitlik;
•
nkişafın yalnız insanların mənafeyi üçün deyil, həm də onların səyi nəticəsində
həyata keçirilməsini nəzərdə tutan imkanların genişləndirilməsi.
“Azərbaycan Respublikasında nsan nkişafı Haqqında Hesabat”da qeyd edilir
ki, davamlı insan inkişafı milli, sosial və iqtisadi inkişafın planlaşdırılmasının əsas
hissəsinə çevrilərək tərkibinə yoxsulluğun aradan qaldırılmasını da daxil etmişdir.
« nsan seçiminin genişləndirilməsi konsepsiyası»nın əsasında isə rifah halı,
adambaşına düşən gəlir deyil, insanların özləri üçün layiq bildiyi həyatı yaşamaq
imkanı durur. Bu konsepsiya inkişafın əsas qüvvəsini insanın imkanlarının
genişləndirilməsində görür. Bu nöqteyi-nəzərdən maddi sərvətlərə olan baxış da
dəyişir. Uzun müddət o, ölkənin inkişafında mühüm amil kimi
qiymətləndirilmişdir. nsan inkişafı Konsepsiyası iqtisadi artımla insan inkişafının
ə
laqəsini 4 üsul ilə optimallaşdırmağı təklif edir:
1.
nsanların öz imkanlarını reallaşdırmaq üçün istehsal və maddi nemətlərin
bölgüsündə iştirakını təmin etmək məqsədilə təhsilə, səhiyyəyə, peşə hazırlığına
investisiyaların artırılması;
2.
P-nin maddi əsasını təmin edərək sərvətlərin və gəlirlərin daha ədalətli
bölgüsü;
3.
Sosial sahənin iqtisadi bazasını gücləndirməklə sosial xərclərin dəqiq
tarazlaşdınlmasının əldə olunması;
89
4.
nsanların sosial, siyasi və iqtisadi sahələrdə seçim imkanlarının artırılması
və bu zaman imkanları müxtəlif səbəblər üzündən məhdudlaşdırılan əhali
qruplarına daha çox diqqət yetirilməsi ;
Qeyd etmək lazımdır ki, 2006-2015-ci illərdə məşğulluq strategiyasının məqsəd və
vəzifələri kimi insan inkişafına xidmət edən kadr hazırlığı sisteminin, o cümlədən
peşə hazırlığı ixtisasartırma şəbəkəsinin fəaliyyətini dinamik inkişaf edən əmək
bazarının tələblərinə uyğunlaşdırmaq və bu strategiyanı iki mərhələdə
reallaşdırmaq tutulur. Lakin bilavasitə insan kapitalının yüksək inkişaf səviyyəsini
təmin edilməsinə yönəldilmiş tədbirlərin 2011-2015-ci illəri əhatə edən ikinci
mərhələdə həyata keçirilməsi fikrimizcə düzgün hesab edilə bilməz. Belə ki, insan
inkişafının səviyyəsinin daim diqqət mərkəzində olması istər fərdin, istər ölkə
vətəndaşlarının, istərsə də bütün dünya əhalisinin rifah halının yaxşılaşmasına və
davamlı tərəqqiyə nail olunmasına zəmin yaradır.
Təsadüfi deyil ki, son illərdə insan inkişafi problemləri çərçivəsində insan
yoxsulluğu indeksi hesablanmağa başlanmışdır. Bu indeks inkişaf etməkdə olan və
sənayecə inkişaf etmiş dövlətlər üçün müxtəlif göstəricilər əsasında hesablanır.
Ə
gər inkişaf etməkdə olan ölkələrdə bu indeksin hesablanmasında 40 yaşa qədər
ömür sürə bilməyən insanların ümumi əhalinin tərkibində xüsusi çəkisi; yaşlı
ə
halinin tərkibində savadsızlıq səviyyəsi və həyat səviyyəsini xarakterizə edən
göstərici kimi içməli su ilə təmin olunmayan insanların, səhiyyə xidmətindən
istifadə edə bilməyən, beş yaşına qədər çəkisi qeyri-normal olan uşaqların əhalinin
tərkibində xüsusi çəkisi kimi göstəricilərdən istifadə edilirsə, sənayecə inkişaf
etmiş ölkələrdə isə 60 yaşa qədər ömür sürə bilməyənlərin; savadsızların;
yoxsulluq həddində yaşayanların; 12 aydan çox işləməyən iş qüvvəsinin əhalinin
ümumi sayına faiz nisbətini xarakterizə edən rəqəmlər əsas götürülür.
Məlum olduğu kimi insan kapitalının formalaşmasında ailə və ev təsərrüfatları
ə
həmiyyətli rolu oynayırlar. Bu baxımdan indiki şəraitdə insan kapitalının
formalaşmasına əlverişli şəraitin yaradılması və bu istiqamətdə dövlət siyasətinin
gücləndirilməsi vacibdir. Çünki, insan kapitalının formalaşdırılması,ilk
90
növbədə,yaradılmış əlverişli şərtlərlə əlaqədardır. Belə ki, burada ailə büdcəsi və
ondan istifadə, həmçinin təsərrüfatın idarə olunması əsas götürülməlidir. nsan
kapitalının istehsalı prosesində isə demoqrafik amillər, onların təhsil və səhiyyə
xidmətlərindən yararlanması, mədəni-məişət imkanlarından hansı dərəcədə istifadə
edilməsi əhəmiyyətli yer tutur. Yaradılmış insan kapitalının realizə prosesi isə ev
təsərrüfatı üzvlərinin həm fərdi, həm də korporativ qaydada bazar
münasibətlərində iştirakı ilə baş verir. Burada həmçinin ailə biznesinin hansı
səviyyədə olması əsas rol oynayır. Beləliklə, insan kapitalının cəmiyyətdə rolu və
iştirakı qapalı bir sistem olduğundan ona çəkilən xərclərin və yığımının ödənilməsi
prosesi bərpa olunduqdan sonra təkrar istehsal mərhələsi həyata keçməyə başlayır.
Beləliklə, yoxsulluqla mübarizə üzrə hazırlanan müxtəlif proqram və iqtisadi,
sosial, hüquqi islahatlarda, aparılan siyasətdə ilk növbədə insan amili, onun öz
hüquq və imkanlarını həyata keçirməsinin hansı səviyyədə olması xüsusi
ə
həmiyyət kəsb edir.
Məlum olduğu kimi, yoxsulluğu yaradan amillər sırasına sosial amillər də
daxildir. Hökumət yoxsul vətəndaşların rifah halının yaxşılaşdırılması üçün onlara
sosial yardım göstərir. Bu tədbirlərə ayrılan vəsaitlər əsasən dövlət büdcəsində
təsbit olunmaqla həyata keçirilir. YAD DP-də əhalinin həyat səviyyəsinin
yüksəldilməsindən ötrü sosial təminat sahəsində ciddi islahatların aparılması
qarşıya məqsəd kimi qoyulmuşdur. Bu məqsədlə ünvanlı sosial yardım və sosial
islahatların həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sosial təminat sistemi sosial
sığorta və sosial yardım növlərinə ayrılır ki, birinci təminat növü işləyən əhali
tərəfindən ödənilən sosial sığorta ayırmaları hesabına, kincisi isə dövlət büdcəsi
hesabma yoxsul əhalinin rifah halının yüksəldilməsi üçün nəzərdə tutulmuşdur.
Beləliklə, sosial təminatın əsas funksiyası cəmiyyətin əmək qabiliyyətli olmayan
üzvlərinin həyat səviyyəsinin kəskin surətdə aşağı düşməsinin qarşısını almaqdır.
Qeyd etmək lazımdır ki, son illərdə respublikamızda sosial təminat sistemində
islahatlar aparılır. Bu islahatların tərkib hissəsi kimi 7 fevral 2006-cı il «Sosial
müavinətlər haqqında» və «Əmək pensiyaları haqqında» Qanunların qəbulundan
91
sonra sosial müavinətlər və əmək pensiyaları bir-birindən ayrılmışdır.
Sosial müavinətlər - ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi
məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Aylıq müavinətlər - yaşa,
ə
lilliyə, 16 yaşadək əlil uşaqlara, ailə başçısını itirməyə görə, müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə
kommunal, nəqliyyat vo digər xidmətlərə, üç yaşınadək uşağa qulluğa, müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16
yaşadək (ümumi təhsil müəssislərində əyani təhsil alanlar üçün 16 yaşadək)
uşaqlarına, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların qəyyumlarına (himayəçilərinə), bir yaşınadək uşağı olan aztəminatlı
ailələrə, dövlət qulluqçularına ömürlük verilən müavinətlərdir.
Birdəfəlik müavinətlərə isə radiasiya qəzasının ləğvində iştirak etmiş və
həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə müalicə üçün, uşağın
anadan olmasına görə və dəfn üçün ödənilən vəsaitlər daxildir.
Son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ayrı-ayrı
müavinətlər üzrə artımlar müşahidə olunmuşdur.
Cari ilin ötən dövründə respublika əhalisinin 4,4 faizinə və ya 421245 nəfərə
aylıq və birdəfəlik sosial müavinət təyin olunub ödənilmişdir. Sosial müavinət
alanların 333750 nəfəri və ya 79,2 faizi aylıq, 87495 nəfəri və ya 20,8 faizi isə
birdəfəlik sosial müavinət alanlardır. Bundan əlavə, 50896 nəfərə Azərbaycan
Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən Prezident
təqaüdləri təyin olunaraq ödənilir. Bununla bərabər, 2014-cü ilin on bir ayı üzrə
penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma
ehtiyacı olan 3971 nəfərə birdəfəlik pul müavinəti təyin edilib ödənilmişdir.
Son bir ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yalnız sosial
cəhətdən həssas qruplarla bağlı 10-dan artıq fərman və sərəncam imzalanıb ki, bu
sənədlər sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə və
sosial təminat sisteminin əhatə dairəsinin daha da genişləndirilməsinə xidmət edib.
Həmin sənədlərdən sosial ödənişlər sahəsinə dair 4 Fərman və 1 Sərəncama əsasən,
92
orta aylıq Prezident təqaüdü müharibə əlilləri və onlara bərabər tutulan şəxslər
üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan
olan şəxslər üçün 81,8%, Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin
məbləği 21,6% artırılıb.
Həmçinin bu fərman və sərəncamlar ölkədə bir sıra yeni təminat növlərinin
formalaşmasına da səbəb olmuşdur. Belə ki, 23 dekabr 2013-cü il tarixli
Sərəncamla kinci Dünya müharibəsində Leninqrad şəhərinin mühasirəsi zamanı
şə
hərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş
şə
xslərə Prezident təqaüdlərinin ödənilməsinə başlanılıb. 27 dekabr 2013-cü il
tarixli 72 nömrəli Fərmanla ölkədə ilk dəfə olaraq bu ilin əvvəlindən beşdən çox
uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinət, 2014-cü
il 17 mart tarixli 128 nömrəli Fərmanla I qrup əlilliyə görə sosial müavinət alan
şə
xslərə ayda 67 manat sosial müavinətdən əlavə olaraq 60 manat məbləğində
Prezident təqaüdü təyin olunaraq ödənilir. Eyni zamanda, Azərbaycan
Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı ilə müharibə əlilləri və şəhid
ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının
təhsil haqlarının 2014/2015-ci tədris ilindən etibarən dövlət büdcəsi hesabına
ödənilməsinə başlanmışdır. 11 avqust 2014-cü il tarixli Fərmana əsasən isə gələn
ilin əvvəlindən Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu
yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan
edilən hərbi qulluqçuların ailələrinə ayda 200 manat məbləğində Prezident
təqaüdləri təyin olunacaqdır.
2014-ci ilin on bir ayı ərzində aylıq və birdəfəlik sosial müavinət, təqaüd və
kompensasiyaların ödənilməsi üçün 268,0 milyon manat vəsait xərclənmişdir. Bu
da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,3 milyon manat və ya 22 faiz çoxdur.
Respublikamızda da «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun qəbul
edilməsi aztəminatlı əhali qruplarının sosial müdafiəsini gücləndirmək məqsədi
daşıyır. Sosial yardım istər inkişaf etməkdə, istərsə də inkişaf etmiş ölkələrdə
tətbiq edilməklə minimal yaşayış səviyyəsinin təmin edilməsində yoxsulluqla
93
mübarizə çərçivəsində və aztəminatlı ailələrə dövlət tərəfindən verilən vəsaitdir.
Ə
halinin sosial müdafiəsi elə təşkil edilməlidir ki, bu cəmiyyət üzvlərinin işləmək
hüququ, təminatlı yaşayış minimumu, sağlamlığının qorunması, təhsil, peşə
hazırlığı və yenidən hazırlanması, hüquqlarının təmin edilməsinə imkan versin.
Lakin bu yaşayış nemətlərinin bölüşdürülməsində bərabərliyə və himayəçiliyə
gətirib çıxarmamalı, əməyə olan həvəsin azalmasına səbəb olmamalı, əksinə, ona
müsbət təsir göstərməlidir. Pulla verilən dotasiya və milli köməklik o adamlara
verilməlidir ki, onlar obyektiv səbəblər üzündən qazanc əldə etmək imkanına malik
deyildirlər. Bunlara çoxuşaqlı ailələr, gənclər və natamam ailələr, uşaqlar,
tələbələr, əlillər, təqaüdçülər və sair məhdud və natamam əmək qabiliyyətinə malik
olan vətəndaşlar daxildir.
Respublikada son illərdə sosial cəhətdən xüsusilə həssas qrupların sosial
müdafiəsinin gücləndirilməsinə dair bir sıra mühüm sənədlər qəbul olunmuşdur.
Ölkə Prezidentinin 2006-cı il 17 aprel tarixli 1413 nomrəli Sərəncamı ilə təsdiq
olunmuş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət
Proqramı”nda tənha ahıl vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması üçün
sosial xidmətlərin təkmilləşdirilməsi, internat evlərində və pansionatlarda yaşayan
ahıl vətəndaşlar üçün sosial-məişət və tibbi xidmət səviyyəsinin yüksəldilməsi,
həmin müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılmasına nail olunması
sahəsində müvafiq tədbirlərin həyata kecirilməsi nəzərdə tutulmuşdur.Uşaq
muəssisələrində böyüyən və valideyn himayəsindən məhrum olan uşaqların sosial
müdafiəsi də daim diqqət mərkəzindədir. Beynəlxalq təcrubə göstərir ki, uşaq
muəssisələrində böyümə və valideyn himayəsindən məhrumolma uzun muddət
uşaqların inkişafında öz mənfi izlərini saxlayır. Bu muəssisələrdəki uşaqların
sayını azaltmaq, onları maddi yardımla təmin etmək, öz ailələrində və ya qəyyum
ailələrdə böyümələrini təmin etmək məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nomrəli Sərəncamı ilə “Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi
(deinstitusionalizasiya)və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”
94
təsdiq edilmişdir.
Son illər ərzində internat məktəblərində və uşaq evlərində olan uşaqların
sayında xeyli azalma qeydə alınmışdır. Belə ki, uşaq muəssisələrində olan
uşaqların sayı 2003-cü ildə 23,5 mindən 2007-ci ilin əvvəlinə 16,9 min nəfərədək
azalmışdır. Həmin dövr ərzində korpə və uşaq evlərində olan uşaqların sayı 922-
dən 790-a, valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat
məktəblərində uşaqların sayı 516-dan 450-ə, ümumi tipli internat məktəblərində
isə18,9 mindən 12,6 minədək azalmışdır. Eyni zamanda, sağlamlıq imkanları
məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərində uşaqların sayı həmin dövr
ə
rzində 2860-dan 2751-ə,əqli cəhətdən geri qalan uşaqlar üçün internat
məktəblərində isə 359-dan 300-dək azalmışdır.
Ölkədə vətəndaşların həyat fəaliyyətlərinin təmin edilməsində əmək haqqı
sistemi, onun təyin olunması mexanizmi xüsusi əhəmiyyətə malikdir. Belə ki,
ə
mək haqqının sosial-iqtisadi həyatda rolu insanların həyat səviyyəsinə bu və ya
digər dərəcədə öz təsirini göstərir. Əmək haqqının ən aşağı həddi MƏH istər
işləyən, istərsə də işləməyən şəxslər üçün sosial norma olmaqla baza rolunda çıxış
etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd edilir ki,
minimum əmək haqqı (MƏH) ixtisassız əməyə və xidmətə görə aylıq əmək
haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir və dövlətin
müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi
qadağan edilmişdir. Bir sözlə, MƏH minimal tələbatı Ödəməyə imkan verən sosial
normanı özündə ehtiva etməlidir. BƏT-in Azərbaycan Respublikası tərəfindən
ratifikasiya edilmiş 131 saylı maddəsində “Minimum əmək haqqının səviyyəsıni
müəyyən edərkən nəzərdə tutuian milli təcriibəyə və şəraitə müvafıq olan və
məqbul sayılan amillərə:
a)
Ölkədə əmək haqqının ümumi səviyyəsini, yaşayış dəyərini, sosial
müavinətləri və başqa sosial qruplann müqayisəli həyat səviyyəsini nəzərə almaqla
ə
məkçilərin və onlann ailələrinin tələbatını;
b)
qtisadi inkişafm tələbləri daxil edilməklə iqtisadi mülahizələr, məhsuldarhq
95
səviyyəsinə məşğulluğun arzu olunan yüksək səviyyəyə çatdınlması və
saxlamlması daxil edilir»
Bu baxımdan vətəndaşların sosial müdafiəsinin təşkilində MƏH-in baza
rolunda çıxış etməsi məqsədə müvafıqdır. MƏH-in, yoxsulluq həddinin, yaşayış
minimumunun, ehtiyac meyarmın son məqsədləri əhalinin minimal tələbatlannın
ödənilməsinə istiqamətlənsə də, hazırda respublikamızda onların dəyərləri arasında
fərqlər mövcuddur.
Hazırda ölkəmizdə istər MƏH-in, istərsə də əmək haqqınm öz funksiyalannı
yerinə yetirmək gücündə olmaması son nəticədə Ölkə əhalisinin həyat səviyyəsinə
mənfı təsirini göstərməkdədir. Belə ki, əmək haqqı fakt ki olaraq öz funksiyalarım
(təkrar istehsal, stimullaşdırma, tənzimləmə və sosial) yerinə yetirə bilmir. Bundan
başqa, respublikada mövcud MƏH minimal yaşayış səviyyəsinin təminatçısı deyil,
yalnız texniki normativ rolunu oynayır. Minimum əmək haqqı və yaşayış
minimumunun dəyəri arasında ciddi fərqlərin olması onun öz funksiyasmı yerinə
yetirə b lməməsini sübut edir. Məsələn, Avropada minimum əmək haqqı yaşayış
minimumunu üstələmişdir. Fransada MƏH yaşayış minimumundan 58,2 %, Böyük
Britaniyada 53,1% yüksək olmuşdur. Hollandiyada isə MƏH yaşayış minimumunu
2 dəfə üstələmişdır. 1938-ci ildə ABŞ-da qəbul edilmiş «Ədalətli əmək şəraiti
haqqında» Qanunda minimum əmək haqqı tədricən orta aylıq əmək haqqının 50%-
i həcmində müəyyən edilmişdir.Məlumat üçün bildirək ki, BƏT-in ölkələr üzrə
tərtib etdiyi hesabat materiallannın təhlili göstərir ki, minimum əmək haqqı orta
aylıq əmək haqqının 40-60%-nə bərabər olmuş və artım surəti fızioloji yaşayış
mınimumunun artım sürətini üstələmişdir.
Avropa Sosial Xartiyası “Ədalətli əmək haqqı hüququ” maddəsinin birinci
bəndində qeyd edilir ki, “hər bir işçi özünün və ailəsinin layiqli həyat səviyyəsində
yaşamasım təmin edən əmək haqqı almaq hüququna malikdir”. Xartiyamn bu
maddəsində minimum əmək haqqının tədricən yaşayış minimumuna
yaxmlaşdınlması tövsiyə edilir. Məlumat üçün bildirək ki, minimal əmək haqqını
isə Avropa Birliyində 9-10%-dən artıq işçilər almır.
96
Qeyd etmək lazımdır ki, ölkəmiz əhalinin bilavasitə həyat səviyyəsinin
yüksəldilməsinə təsir göstərən Avropa Sosial Xartiyasımn 31 maddəsindən 18-ni
2004-cü ilin yanvarında ratifikasiya etmişdir. Bu sənəd Azərbaycan Respublikası
Konstitusiyasında əhalinin rifah halının artınlmasını nəzərdə tutan bir çox
maddələri özündə təsbit etmişdir. Lakin ədalətli əmək haqqı hüququ; sosial təminat
hüququ; sosial və tibbi yardım hüququ; sosial xidmət hüququ; ailənin sosial,
hüquqi və iqtisadi müdafıəsi hüququ; sosial ostrakizm və yoxsulluqdan müdafıə
hüququ; yaşamaq hüququ və s. maddələr ratifikasiya edilməmişdir. Fikrimizcə,
ə
halinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu maddələrin
ölkəmiz tərəfindən ratifikasiya olunması məqsədəmüvafiqdir.
Ölkədə əmək haqqı sistemində digər bir çatışmazlıq əməyin ödənilməsində
istıfadə olunan VTC-nin qeyri-mükəmməl olmasıdır. Belə ki, əməyin ödənilməsi
üzrə ölkədə VTC-nin öz məzmununu dəyişərək vahidliyini itirməsi əhalinin həyat
səviyyəsində ciddi fərqlər yaratmışdır. Nazirlər Kabinetinin 26 may 1996-cı il
tarixli “Azərbaycan Respublikasında əməyin ödənilməsi haqqında” Qərarına
ə
sasən VTC vahidliyini itirmiş, dərəcə əmsalları arasında nisbətlər pozulmuş,
müxtəlif iş yerlərində eyni əmək funksiyasını yerinə yetirən eyni peşə sahiblərinin
ə
mək haqqı arasında ayrı-seçkilik yaranmışdır. Dövlət Büdcəsindən
maliyyələşdirilən təşkilatlarda fəaliyyət göstərən eyni qulluq mövqeyinə malik
olan bu peşə sahiblərinin vəzifə maaşlarında nəzərdə tutulan fərqlər vətəndaşlann
konstitusiya hüquqlarının pozulması deməkdir. Bu fərqlər Əmək Məcəlləsinin 158
saylı maddəsinin 3-cü bəndində göstərilən « şçinin əmək haqqının miqdarı onun
ə
mək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə
müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz» müddəası ilə təzad
təşkil edir.
Qeyd etmək lazımdır ki, YAD DP-də əmək haqqının ödənilməsinin bazar
iqtisadiyyatı şəraitində yalnız əmək bazanndakı tələb və təklifə görə müəyyən
edilməsi fıkri öz əksini tapmışdır. Lakin unutmaq olmaz ki, respublikada əmək
bazan üçün xarakterik olan subyektlərin tam fəaliyyət göstərməməsi bu ideyanm
97
yenidən korrektə edilməsini tələb edir. Digər bir tərəfdən isə hökumətin dövrü
surətdə ayrı-ayrı kateqoriyalardan olan məşğul əhalinin əmək haqlarını artırması bu
tezisin həqiqətə uyğun olmamasını bir daha isbatlayır.
Ə
mək haqqı sistemində islahatların aparılması bazar münasibətləri şəraitində
vacibdir. 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikası sosial-iqtisadi
inkişafının sürətləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası
Prezidentinin Fərmanında əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə
ə
mək haqqı və təqaüd sisteminin təkmilləşdirilməsi istiqamətində müvafıq işlərin
apanlması nəzərdə tutulmuşdur Fikrimizcə, əmək haqqı sahəsində islahatlann üç
istiqamət üzrə aparılması daha məqsədəuyğundur: birinci-əmək haqqının təkrar
istehsal, stimullaşdırıcı, tənzimləyici funksiyalarımn bərpa olunması; ikincisi -
büdcə təşkilatlannda işçilərin sayınm tənzimlənməsi; üçüncüsü isə - yüksək
ixtisaslı və məhsuldar işçilərin həvəsləndirilməsidir. Hesab edirik ki, hökumət
beynəlxalq konvens yalara uyğun olaraq minimum əmək haqqının ölkədəki
yaşayış minimumunun dəyərinə uyğunlaşdırmalıdır. Nəticədə yoxsulluğun real
səviyyəsini düzgün müəyyənləşdirmək olar ki, bu da qeyd olunan sahədə
ə
həmiyyətli tədbirlərin həyata keçirilməsi imkanlarını artırar. Əks halda ölkədəki
yoxsulluğun səviyyəsinin müəyyənləşdirilməsində ciddi problemlər meydana çıxır.
Ölkəmizin iqtisadi və sosial həyatında müşahidə olunan müsbət meyllərin, o
cümlədən əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin
azaldılması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "2008-
2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı
inkişaf Dövlət Proqramı" təsdiq olunmuşdur. Dövlət Proqramı özündə əsas 9
strateji məqsədi əks etdirir. Belə ki, makroiqtisadi sabitliyi saxlamaq və qeyri-neft
sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi,
ə
halinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı
ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması,
qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin
98
davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin
yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi Dövlət Proqramının əsas
strateji istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər
nəticəsində 2008-2015-ci illərdə ölkədə işsizlik səviyyəsinin 3-4 % həddinədək,
yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulur.
2011-ci ildə əhalinin rifah halının yaxşılaşdırılması, ölkədə davamlı iqtisadi
artımın və makroiqtisadi sabitliyin təmin olunması, yoxsulluğun səviyyəsinin
azaldılması istiqamətində Dövlət Proqramı çərçivəsində bir sıra tədbirlər həyata
keçirilmişdir. Bu müddət ərzində ümumi daxili məhsulun həcmi 50,1 milyard
manat olaraq 2010-cu illə müqayisədə 0,1 faiz artmışdır. Onun adambaşına düşən
həcmi isə 5530,6 manat (7003,4 ABŞ dolları) təşkil etmişdir.
Ümumi daxili məhsulun 53,9 faizi sənaye sahələrində, 5,5 faizi kənd
təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 8,3 faizi tikinti kompleksində, 7,7 faizi
ticarət və pullu xidmət sahələrində, 4,9 faizi nəqliyyatda, 1,7 faizi rabitədə, 12,0
faizi digər xidmətlər və sosial sahələrdə yaradılmış, 6,0 faizi məhsula və idxala
xalis vergilərin payına düşmüşdür.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,4 faiz artmış, neft
sektorunda isə 9,3 faiz azalmışdır.
Ölkədə iqtisadi artımın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı
nəticəsində 2011-ci ildə əhalinin həyat səviyyəsinin yüksəlişi də davam etmişdir.
Belə ki, 2011-ci ildə əhalinin gəlirləri 2010-cu illə müqayisədə 19,6 faiz artaraq
30,6 milyard manata çatmış və onun adambaşına həcmi 3383,8 manat təşkil edərək
2010-cu ilə nisbətən 18,1 faiz çox olmuşdur.
Eyni zamanda 2011-ci ildə əhalinin real gəlirləri 20,5 faiz artaraq 28,2 milyard
manat olmuşdur. Əhalinin sərəncamında qalan gəlirlər adambaşına 3115,0 manat
təşkil etmiş və 2010-cu ilə nisbətən 18,9 faiz artmışdır. Əhalinin pul gəlirləri
inflyasiyanı üstələmişdir. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq
ə
mək haqqı 2011-ci ilin yanvar-noyabr aylarında 8,3 faiz artaraq 357 manata
çatmışdır.
99
Yoxsulluğu yaradan əsas amillərdən birinin işsizlik olduğunu nəzərə alaraq,
yoxsulluqla mübarizədə ölkədə əməkqabiliyyətli əhalinin məşğulluğunun təmin
olunması sahəsində tədbirlərin həyata keçirilməsinə önəmli yer verilir. Belə ki,
ölkənin əməkqabiliyyətli əhalisinin məşğulluğunu təmin etmək məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli 2167 nömrəli
Sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)" təsdiq edilmişdir. Proqram
çərçivəsində əmək bazarının təkmilləşdirilməsi, onun institusional inkişafı,
məşğulluq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri həyata
keçirilmişdir. Sözügedən Proqramın davamı olaraq Azərbaycan Respublikası
Prezidentinin 15 noyabr 2011-ci il tarixli 1836 nömrəli Sərəncamı ilə "Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci
illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Proqram çərçivəsində əmək
bazarının tənzimlənməsinin təkmilləşdirilməsi, işçi qüvvəsinə olan tələbatın
stimullaşdırılması və insan kapitalının inkişaf etdirilməsi, sosial cəhətdən həssas
ə
hali qruplarının məşğulluğunun inkişafı, işaxtaran və işsiz şəxslərin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Artıq Proqramda nəzərdə tutulan tədbirlərin icrasına başlanılmışdır.
Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2011-ci ildə ölkədə
işsizlik səviyyəsi 5,4 faizədək enmişdir.
Eyni zamanda 2009-cu ildən Azərbaycan Respublikasının Prezidentinin 14
aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrasına başlanılmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər
nəticəsində 2011-ci ildə ölkədə 73 mini daimi olmaqla 94 min yeni iş yeri
açılmışdır.
“2008-2015”-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı"nda təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi
və digər sahələrdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkədə yoxsulluğun
100
azaldılmasında mühüm rol oynayır.
Sözügedən Dövlət Proqramları çərçivəsində həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində ölkədə yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən 2011-ci
ilin yekunlarına əsasən 7,6 faizə enmişdir.
Eyni zamanda əhalinin rifah halının yaxşılaşdırılması, ölkədə davamlı iqtisadi
artımın və makroiqtisadi sabitliyin təmin olunması, yoxsulluğun səviyyəsinin
azaldılması istiqamətində nəzərdə tutulmuş tədbirlərin icrasının davam etdirilməsi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578
nömrəli Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata
keçirilməsi üzrə 2011-2015-ci illəri əhatə edən yeni Tədbirlər Planı təsdiq edilmiş
və artıq icrasına başlanılmışdır.[23]
Ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yoxsulluğun
azaldılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi bundan sonra da
davam etdiriləcəkdir.
3.3 .Regionların inkiş afında Azə rbaycanda muasir sosial siyasə tin
Dostları ilə paylaş: |