əsas aspektləri
Azərbaycan Respublikasının müstəqilliyinin ilk dövrlərində üzləşdiyi bir sıra
ağır siyasi və sosial problemlər əhalinin həyat səviyyəsini xarakterizə edən
göstəricilərin də kəskin şəkildə pisləşməsinə səbəb olmuşdur. Belə bir şəraitdə
məqsədyönlü sosial siyasətin hazırlanması və sosialyönümlü bazar iqtisadiyyatının
yaradılmasına üstünlük verilməsi ölkədə aparılan sosial-iqtisadi siyasətin aktual
vəzifəsinə çevrilmişdir. Həmin dövrdə ölkədə həyata keçirilən sosial-iqtisadi
siyasətin, həmçinin iqtisadi islahatların əsas məqsədi mövcud imkanların obyektiv
qiymətləndirilməsi əsasında ağır sosial sarsıntılara səbəb olan problemlərin aradan
qaldırılmasını, o cümlədən inflyasiyanın alovlanmasını təmin etməkdən ibarət
olmuşdur. ölkədə bəyata keçirilən məqsədyönlü tədbirlər qısa bir müddətdə öz
101
müsbət nəticəsini göstərdi. Artıq 1996-cı ildən etibarən ölkədə makroiqtisadi
sabitlik bərqərar edilmiş və sonrakı illərdə dinamik inkişafa nail olunmuşdur.
Azərbaycanda bərqərar olmuş iqtisadi və siyasi stabillik xarici investisiyaların
ölkə iqtisadiyyatına cəlb olunmasına, özəl sektorun dinamik inkişafına və eləcə də
ölkəmizin iqtisadi potensialının tam şəkildə hərəkətə gətirilməsinə əlverişli şərait
yaratmışdır. Məhz, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsində
ÜDM-nin artım tempi ildən ilə artmaqdadır və bu isə onu göstərir ki, Azərbaycan
Respublikası sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur. Yeni mərhələdə sosial-iqtisadi inkişaf siyasətinin, o cümlədən iqtisadi
islahatların əsas məqsədi ölkədə mövcud olan bütün resurslardan, həmçinin əmək
resurslarından səmərəli istifadə etməklə, iqtisadi cəhətdən güclü və yüksək sosial
standartlara malik cəmiyyətin qurulmasına nail olmaqdan ibarətdir.
Ölkədə makroiqtisadi sabitliyin təmin olunması, sosial yönümlü tədbirlərin
həyata keçirilməsi imkanları, xüsusilə də müasir dövrün tələblərinə cavab verən
çevik və işlək mexanizmlərin yaradılmasını, məşğulluğun təmin olunmasını və
ə
halinin gəlirlərinin artırılmasını, cəmiyyətin bütün üzvləri üçün sosial sığortanın
təmin edilməsini təmin edən tam ədalətli hüquqi, iqtisadi və sosial təminat
sisteminin yaradılması imkanlarını xeyli genişləndirmişdir. Məhz bu dövrdən
başlayaraq əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və
məşğulluğun artırılması üçün əlverişli şərait yaranmışdır.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda əhalinin sayı sabit artımla davam
etməkdədir. Bütün bunlar isə onu göstərir ki, gələcəkdə də ölkə əhalisinin artım
dinamikasına uyğun olaraq, həm ayrı-ayrı sosial-demoqrafik qruplar və iqtisadi
rayonlar, həm də bütövlükdə ölkə üzrə əhalinin məşğulluğunun təmin edilməsi
qarşıda duran ən aktual problemlərdən biri olacaqdır.
Ölkədə əhalinin işsizlik səviyyəsinin yüksək olması bu istiqamətdə təxirəsa-
lınmaz tədbirlərin həyata keçirilməsini labüd edir. Bu baxımdan, Azərbaycan
hökuməti tərəfindən 2006-2015-ci illəri əhatə edən “Azərbaycan Respublikasının
Məşğulluq Strategiyasının hazırlanması və qəbul edilməsi təqdirəlayiq hal kimi
102
qiymətləndirilir. Məşğulluq Strategiyasının əsas məqsədi ölkənin əmək
ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunu təmin
etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata
keçirilməsi nəzərdə tutulur:
-Sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığun, əhalinin
özünüməşğulluğun inkişafı üçün zəruri şərait yaratmaq;
-Məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığını dəstəkləmək;
- şaxtaran və işsiz vətandaşların sosial müdafiəsini gücləndirmək, qeyri-formal
ə
mək münasibətlərinin leqallaşdırılması istiqamətində zəruri tədbirlər həyata
teçirmək;
-Əmək bazarmda tələb və təküf arasında dinamik uyğunluğun gücləndirilmə-
sinə yönəldilmiş institusional infrastrukturu təkmilləşdirmək;
- Kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma
şə
bəkəsinin fəaliyyətini dinamik inkişaf etdirən əmək bazarının tələblərinə
uyğunlaşdırmaq.
Qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçirilən məşğulluq strategiyası bir-
birini tamamlayan iki mərhələni əhatə edəcəkdir. 2006-2010-cu illəri əhatə edən
birinci mərhələdə əsas hədəf olaraq hazırda mövcud olan işsizliyin nəzərə çarpacaq
dərəcədə azaldılması, işsizlərin, sosial cəhətdən həssas olan əhali təbəqələrinin
sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsinə
yönəldilmiş addımların atılması nəzərdə tutulur. Bununla yanaşı, əmək
ehtiyatlarının keyfiyyətcə yaxşılaşmanı, onun rəqabət gücünün artırılması, iqtisadi
fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması daim diqqət mərkəzində
olacaqdır.
2011-2015-ci illəri əhatə edən ikinci mərhələdə fəaliyyət istiqaməti, əsasən,
işçi qüvvəsinə təlabatın stimuilaşdırılmasını təmin edən, yüksək beynəlxalq
standartlara uyğun işgüzarlıq muhitinin formalaşmasına, struktur islahatlarının
dərinləşdirilməsinə, investisiya fəallığının daha da artırılmasına və insan
kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsinə yönəldiləcəkdir.
103
Fikrimizcə, həyata keçirilən məşğulluq strategiyasında gənclərin məşğulluq
probleminin həlli ilə bağlı məsələyə daha geniş yer verilməsi məqsədəuyğun
olardı. Belə ki, dövlət statistika komitəsinin məlumatlarına əsasən hazırda ölkə
ə
razisində 15-35 yaşda olan əhalinin sayı 3 milyondan çoxdur. Bu isə ümumi
ə
halinin 36,5%- ni, əmək qabiliyyətli yaşda olan əhalinin isə 56%-ni təşkil edir.
Bütövlükdə ölkə əhalisinin 5,3 milyon nəfəri və ya 66,3% uşaq, yeniyetmə və
gənclər təşkil edir. Bu baxımdan, gənc nəslin məşğulluq probleminə xüsusi
diqqətin ayrılması əhəmiyyətli olardı. Nəzərə almaq lazımdır ki, qeyd etdiyimiz
ə
hali qrupu ölkə əhalisinin 66,3%- ni təşkil edir və bu gənc nəsil ölkənin
gələcəyidir. Bu isə o deməkdir ki, bu ölkənin sonrakı inkişafı onların fəaliyyətinin
başlanğıc şəraitindən çox asılıdır. Gənclər ən aktiv əhali qrupu olduğu üçün onlar
məşğulluq sferasında baş verən dəyişikliklərə daha tez reaksiya verir və iş yerinin,
gələcək karyeranın seçimində çevik qərar qəbul edirlər. Gənclərin iş yerləri ilə
təmin edilməsində və səmərəli məşğulluğun təmin edilməsi üçün əmək bazarının
öyrənilməsi ən zəruri məsələlərdəndir. Artıq inkar edilməyən faktdır ki, artıq ali
sənəd haqqında diplom əldə edən, lakin öz potensialını əmək bazarında realizə edə
bilməyən, təhsil aldığı ixtisas üzrə iş tapa bilməyən kifayət qədəf insanlar
mövcuddur.
Gənclərin məşğulluq probleminin həlli üçün təhsil müəssisələrinin məzunları ilə
işə qəbul edən müəssisələr arasında, dövlət vasitəçi qismində çıxış edə bilər ki, bu
da gənclərin məşğulluq imkanlarının genişləndirilməsinə kömək etmiş olar.
Fikrimizcə, belə bir vasitəçilik işə qəbul edən müəssisə və təşkilatlara kvotanın
qoyulması və belə kvotalara əməl edən təşkilatlara vergi və ya digər güzəştlərin
edilməsi ola bilər. Həmçinin dövlət gənclərin məşğulluq problemini səmərəli həll
etmək üçün müvafiq məqsədli proqramlar işləyib hazırlamla bu istiqamətdə
gənclərin işə düzəlmə səviyyəsini yüksəltmək olar.
Ə
halinin səmərəli məşğulluğunun təmin edilməsi, hər bir vətəndaşa öz ailəsi
üçün gəlir əldəetmə imkanının yaradılmasını nəzərdə tutmalıdır ki, burada da əsas
məqsəd ölkədə aktiv və ünvanlı məşğulluq tədbirləri həyata keçirməklə işsizliyin
104
və nəticə etibarı ilə yoxsulluğun səviyyəsinin aşağı salınması yolu ilə cəmiyyətin
sosial inkişafını təmin etməkdən ibarət olmalıdır. Hesab edirik ki, özəl sektorun
daha dinamik inkişafına şərait yaradılması, ölkəmizin iqtisadi potensialınm tam
hərəkətə etdirilməsi, xarici investisiyaların geniş miqyasda ölkə iqtisadiyyatına
cəlb olunması nəticənin əldə edilməsinə imkan verə bilər.
Təbii haldır ki, muasir müəssisələrin yaradılması ilə yeni iş yerlərinin açılması
ilə ölkədə bazarı itirilmiş məhsulları istehsal edən, fiziki və mənəvi cəhətdən
muasir tələblərə cavab verməyən müəssisə və təşkilatlar rəqabətə davam
gətirməyərək fəaliyyətlərini dayandırmalı olacaqlar. Bu isə işdən azad olunmalar
nəticəsində yeni işsizlər ordusunun yaranmasına səbəb ola bilər. Bütün bunları
dərk edərək, mövcud və eləcə də qarşıya çıxa biləcək problemlərin həll edilməsi
məqsədilə bir sıra tədbirlər həyata keçirilməlidir. Belə ki, özəlləşdirilməyə açıq
elan edilmiş böyük müəssisələrdə investorlarla birgə əməkdaşlar üçün məşğulluq
proqramı tərtib edilməli, ƏƏSMN-nin Məşğulluq darəsi işsiz vətəndaşların və
qeyri-məşğul əhailinin peşə hazırhğı, yenidən hazırlıq və ixtisaslarının artırılmasını
təşkil etməlidir. Eyni zamanda, burada əsas məqsəd işəgötürənlərin tələbatını və
ə
mək bazarının təklifini nəzərə almaqla orta ixtisas və ali təhsil müəssisələrində
rəqabət qabiliyyətli və yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində bir sıra
konkret tədbirlər həyata keçirilməkdən ibarət olmalıdır. Qeyd etmək lazımdır ki,
yaşlı əhalinin yenidən hazırlanaraq aktiv əmək fəaliyyətinə cəlb olunması da aktual
problem kimi qarşıya qoyulmalı və problemin həll olunması məqsədi ilə
beynəlxalq təşkilatların dəstəyi ilə xüsusi proqramların tərtib olunması
ə
həmiyyətlidir.
Məşğulluğun təmin edilməsi istiqamətində həyata keçirilən bütün tədbirlər
işsizlik problemini tam həll etməsə də işsizlik səviyyəsinin bazar iqtisadiyyatının
tələbləri səviyyəsində saxlanılmasına imkan yarada bilər. Bu isə öz növbəsində
işsizlərin sosial təminatının lazımi səviyyədə təşkil edilməsi ilə nəticələnəcəkdir.
Azərbaycan Respublikası regionlannm tarazlı və davamlı inkişafına nail olmaq
məqsədilə qəbul edilmiş və icrasına 2004-cü ildən başlanılmış “Azərbaycan
105
Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü
illər)” üzrə zəruri tədbirlər həyata keçirilmiş və aşağıdakı istiqamətdə ciddi müsbət
nəticələr əldə olunmuşdur
.
Ötən
müddətdə
Bakı
ilə
yanaşı,
regionlarda
da
turizm
komplekslərinin,otellərin,istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin
inkişafına,əhalinin istirahətinə geniş imkanlar yaratmışdır.Son 10 ildə 14-ü
regionlarda olmaqla ,35 beş ulduzlu otel istifadəyə verilmiş və bu istiqamətdə işlər
uğurla aparılır.Son illərdə inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat
sektorudur ki,bu sahəyə davamlı və irihəcmli investisiyaların yönəldilməsi
nəticəsində nəqliyyatın hərəkət heyətinin yeniləşməsi,körpülərin tikilməsi,yeni
avtomobil yollarının çəkilişi, yenidən qurulması və s.işlər davam etdirilmiş strateji
ə
həmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini
göstərmiş, ümumilikdə bu sahədə 2,5 dəfə artıma nail olunmuşdur.[25]
Dünya ölkələri, xüsusilə Avropa ttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat
ə
laqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan(BTC) neft ixrac kəməri və Bakı-
Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin
olunmasına layiqli töhfələr vermişdir.Regionun və Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP
layihələri,həmçinin “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının
imzalanması ölkə iqtisadiyyatının inkişafında səmərəli olmaqla əhalinin sosial
rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşmasında müstəsna
ə
həmiyyət kəsb edir.
Bununla yanaşı ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində
tədbirlər, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı-
Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-
Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə maqistral yolların tikintisi layihələri
uğurla davam etdirilmişdir.
Regional nkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son 10 il ərzində 8,3
min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir
106
olunmuş,regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilmiş,
Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava
limanları istifadəyə verilmişdir.Nəqliyyatın hərəkətinin tənzimlənməsi və idarə
olunması məqsədilə Bakı şəhərində Nəqliyyatı ntelektual darəetmə Mərkəzi
yaradılmışdır.
Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə
sahəsinin inkişafında 8,2 dəfə artıma nail olunmuşdur.Mövcud informasiya və
rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafı,yeni xidmət növlərinin,o
cümlədən mobil telefon rabitəsinin,internetin ölkəmizdə təşəkkül tapması və
genişlənməsi ilə səciyyələnir.Son 10 ildə regionlarda 1400-dək ATS,1000-ə yaxın
poçt binası tikilmiş və ya əsalı təmir edilmişdir.Hər 100 ailəyə düşən telefon
aparatlarının sayı 1,6 dəfə, mobil telefon abunəçilərinin sayı 9,6 dəfə artmış,hər
100 nəfərdən 70-i internet istifadəçisi olmuşdur.2013-cü ildə ölkəmizdə
“ nformasiya-kommunikasiya texnologiyaları”ili elan edilmiş və fevral ayının 8-də
telekommunikasiya peyki orbitə çıxarılmışdır.
Ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və
ekoturizmin inkişaf etdirilməsi məqsədilə 2003-cü ildən başlayaraq Bakı və
Abşeron yarımadasının palçıq vulkanlar qrupu, Eldar şamı, Korçay dövlət təbiət
qoruqları,eləcə də Abşeron, Ağgöl, Göygöl, Şahdağ, Şirvan, Akademik Həsən
Ə
liyev adına Zəngəzur, Hirkan, Altıağac və Samur-Yalama milli parkları
yaradılmış,xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan
893 min hektaradək artırılmışdır.Bu dövrdə yaşıllıqların salınması sahəsində 20
milyon ağac və kol əkilmiş, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının
yaxşılaşdırılması üçün 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici
qurğular quraşdırılmışdır.Bakı şəhərinin Balaxanı qəsəbəsində təbiii sərvətlərə və
enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verən
bərk məişət tullantılarının çeşidlənməsi və yaradılması zavodları istifadəyə
verilmişdir.
107
Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və
inkişafı,əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə
təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin
daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu
sahəyə irihəcmli dövlət investisiyaları ayrılmışdır.
Ə
halinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində son 10
ildə regionlarda ümumi gücü 2000 meqavatta yaxın 17 elektrik stansiyası
tikilmiş,10 min km-dən çox elektrik verilişi xəttləri və 1500-dən çox yarımstansiya
tikilmiş və ya yenidən qurulmuş,təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində
isə 40 min kilometrədək qaz xəttləri çəkilmiş və ya təmir edilmiş,yaşayış evlərinin
qazlaşma səviyyəsi 34%-dən 83,4%-ə çatmışdır.
Son 10 ildə əhalinin su təminatının yaxşılaşdırılması üçün yeni su və
kanalizasiya xəttləri çəkilmiş, yeni su anbarları istifadəyə verilmiş,əhəmiyyətli
meliorasiya tədbirləri həyata keçirilmişdir.Bu dövrdə regionlarda 3,4 min
kilometrdən çox su, 1,2 min kilometrdən çox kanalizasiya xətti çəkilmiş, 9,6 su
anbarı tikilmişdir.
Son 10 ildə bütün çadır düşərgələri ləğv olunmuş,qaçqın və məcburu köçkünlər
üçün 77 müasir qəsəbə salınmış, 37 min ailə-166 min məcburi köçkün mənzillə
təmin edilmişdir.Eyni zamanda əlil və şəhid ailələrinin sosial müdafiəsinin
gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041
mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.
Sosial sahədə məşğulluq və həmçinin, sosial sahələrin inkişaf etdirilməsi,
yaranmış mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə “2003-2005-ci
illərdə Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət Proqramı” qəbul
edilmiş və icra edilmişdir. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində
ə
ldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da
azaldılmasını, habelə bununla bağlı BMT-nin qəbul etdiyi “Minilliyin nkişaf
Məqsədləri”ndən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla
yerinə yetirilməsini təmin etmək məqsədi ilə yeni “2008-2015-ci illərdə
108
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət
Proqramı” təsdiq edilmişdir. Bu Proqramda 9 strateji məqsəd qoyulmuşdur ki, bu
da əsasən makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf
etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək
imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə
azalmasına nail olunması, səmərəli , sosial müdafiə sistemini inkişaf etdirməklə
yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların
sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi, təhsil və səhiyyə
sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün
bərabər imkanların yaradılması, sosial infrastrukturun inkişaf etdirilməsi,
kommunal
xidmətlər
sisteminin
təkmilləşdirilməsi,
ekoloji
vəziyyətin
yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi, gender
bərabərliyinin dəstəklənməsi, institusional islahatların davam etdirilməsi və dövlət
idarəetməsinin təkmilləşdirilməsidir.[23]
Ölkə iqtisadiyyatının sosialyönümlülüyünün təmin edilməsində əsas
istiqamətlərdən biri də əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasıdır. Bununla
ə
laqədar olaraq, ölkəmizdə həyata keçirilən tədbirlər sistemində ünvanlılıq
prinsipinə, aztəminatlı ailələrin, ailə başçılarını itirənlərin, şəhid ailələrinin pensiya
və müavinət təminatının yaxşılaşdırılmasına daha çox üstünlük verilir. Belə ki,
pensiya sisteminin təkmilləşdirilməsi və fərdi uçot sisteminə keçid məqsədilə
pensiya sistemində islahatlar davam etdirilir. Fərdi uçot sisteminə keçidlə əlaqədar
ölkə Prezidenti tərəfindən xüsusi fərman imzalanmışdır. Burada əsas məqsəd hər
bir şəxsin əmək haqqından ayrılan vəsaitlərin ayrıca hesabda toplanmasını təmin
etməkdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, sosial siyasətin ən mürəkkəb,
lakin son dərəcə vacib istiqamətlərindən biri pensiyaçılara diqqətin artırılmasından
ibarətdir.
Ölkədə artıq formalaşmış sosial təminat sisteminin səmərəliliyini artırmaq
istiqamətində aparılan işlər sürətləndirilməlidir. Bu baxımdan, əhalinin sosial
109
müdafiəsini təkmilləşdirmək məqsədilə həssas qrupların ünvanlı sosial yardımla
təmin olunması, əsas təhsil və səhiyyə xidmətləri ilə təminatın yaxşılaşdırılması,
qaçqın və məcburi köçkünlərə yardım göstərilməsi üçün strateji məqsədlərin
dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi
məqsədəuyğundur. Azərbaycan Respublikasında pensiya və ünvanlı sosial yardım
sahəsində, yəni sığorta olunanların fərdi uçotu və aztəminatlı təbəqənin ünvanlı
sosial yardım alması üzrə aparılan islahatların dərinləşdirliməsi prioritet
istiqamətlərdən biri olmalıdır. Fikrimizcə, bu istiqamətlərdə inkişaf etmiş ölkələrin
təcrübəsi əsas götürülməklə, mərhələlər üzrə müvafıq tədbirlər həyata keçirmək
olar.
Ölkədə davamlı sosial-iqtisadi inkişaf istiqamətində atılan addımların mühüm
tərkib hissələrindən biri də təhsil sahəsində aparılan islahatlardır. Araşdırma
göstərir ki, əhalinin təhsili ilə yoxsulluq riski arasında sıx əlaqə mövcuddur Yəni,
təhsil səviyyəsi daha yüksək olduqda, ailənin yoxsullar kateqoriyasına aid edilməsi
ehtimalı daha az olur. Ona görə də, keyfiyyətli təhsil almaq imkanının olması
ə
halinin həyat səviyyəsinə müsbət təsir edə biləcək bir amildir. Bu, qismən daha
yaxşı təhsil alaniann əmək bazarında daha çox rəqabətə qabil olması ilə izah
olunur. Qeyd olunanlan nəzərə aiaraq təhsil sahəsində islahatların keçirilməsi
mühüm əhəmiyyət kəsb edir. Bu islahatlar nəticəsində insan inkişafının əsas
göstəricilərindən olan əhalinin təhsil səviyyəsi yüksəlmiş, təhsil müəssisələrinin
fəaiiyyətində, strukturunda və idarəetmə sistemində bir sıra əsaslı yeniliklər həyata
keçirilməlidir.
Məhz bu baxımdan ölkədə, o cümlədən regionlarda son illər ərzində yeni tipli
məktəb-litsey və gimnaziyalar, müxtəlif təmayüllü məktəb və siniflər açılmışdır.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Ümumtəhsil
məktəblərinin maddi texniki bazasının möhkəmləndirilməsi haqqında” 2003-2007-
ci illəri əhatə edən məqsədli proqram təsdiq edilmişdir. Dünya Bankının layihəsi
çərçivəsində inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırda 20
nümunəvi ümumtəhsil məktəbində eksperiment aparılmaqdadır.
110
Ümumiyyətlə, təhsil sahəsində əsas gostəricilərin yaxşı olmasına baxmayaraq
təhsilin keyfiyyəti ilə bağlı bir sıra məsələlərin həll olunmamış qalması təhsil
sistemində müəyyən problemlər yaradır. Təhsilin bütün səviyyələrində, xüsusilə
ibtidai və orta təhsildə təlim-tərbiyənin, ümumtəhsil və orta texniki-peşə
müəssisələrində maddi-texniki bazanın qənaətbəxş olmaması, dərsliklərin və tədris
ləvazimatlarının çatışmazlığı, mövcud məktəb proqramlarının və tədris
materiallarının müasir və bazar iqtisadiyyatının tələblərinə uyğun gəlməməsi, təhsil
və əmək bazarı arasında qeyri-mütənasib əlaqənin mövcudluğu göstərilən
istiqamətlərdə işlərin gücləndirilməsini tələb edir.
Hökumət təhsil sektorunda 1999-cu ildə təsdiq olunmuş Təhsil sahəsində
slahat Proqramı, Təhsil Nazirliyi tərəfindən hazırlanmış Onillik Təhsil islahatı
Strategiyasının layihəsi (2003-2013) və Təhsil Sektoru üzrə Siyasətə dair
Hökumətin Məktubu əsasında sektor islahatları keçirməyi öhdəsinə götürmüşdür.
Hökumət bu uzunmüddətli islahatların həyata keçirilməsinə köməklik göstərilməsi
üçün Dünya Bankına müraciət etmişdir. slahat Proqramının əsas məqsədi sektor
üzrə bir sıra mühüm məsələlərə diqqət yetirməkdir və bu zaman həmin məsələlərin
bəziləri təhsilin keyfiyyətini yüksəltmək və bütövlükdə təhsil sektorunu
yaranmaqda olan bazar iqtisadiyyatının və sosial şəraitin tələblərinə
uyğunlaşdırmaq məqsədilə əlavə analitik fəaliyyət vasitəsilə öz əhəmiyyətlilik
dərəcəsinə görə sıralanmalıdır
Yerinə yetirilməkdə olan layihənin məqsədləri ölkədə təhsil alan bütün
ş
agirdlərin təlim nəticələrini bazar iqtisadiyyatının tələblərinə cavab verə biləcək
səviyyəyə çatdırmaq və həmçinin, orta təhsilin səmərəliliyini artırmaqdır. Şübhəsiz
ki, layihə üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi daha geniş əhali
təbəqəsinə keyfiyyətli təhsilə əlyetərliliyə imkan yarada bilər. Bununla yanaşı,
qeyd edilən proqramın səmərəli icrası üçün onun monitorinq sisteminin
yaradılması və zəruriyyət yaranacaq təqdirdə isə onun təkmilləşdirilməsi üzrə hər il
müəyyən korrektələrin edilməsi məqsədəuyğundur.
111
Qeyd olunanlarla əlaqədar yaxın illər ərzində təhsilin keyfiyyətinin yüksəl-
dilməsi
məqsədilə
ə
sas
diqqət
məktəblərin
maddi-texniki
bazasınm
gücləndirilməsi, ölkənin regionlarında məktəblərin sayı, ştatı və kontingentinə
yenidən baxılması, onun strukturunun yerli şəraitə uyğunlaşdırılması, müasir tədris
planlanının tətbiq edilməsi və müəllimlərin ixtisasartırma sisteminin və pedaqoji
fəaliyyətin effektivliyinin artırılması, bazar iqtisadiyyatının tələblərinə uyğun
olaraq yeni təhsil texnologiyaların tətbiq edilməsi, ölkə əhalisinin və əmək
bazarının tələbatlarına uyğun olaraq peşə-ixtisas təhsili müəssisələrinin
strukturunun və tipinin dəyişdirilməsinə və eləcə də ölkə vətəndaşlarının xaricdə
təhsil almaq imkanlrının əldə edilməsinə yönəldilməlidir. Bununla yanaşı, pullu və
pulsuz ali təhsil müəssisələrinin nisbətini optimallaşdırılması, aztəminatlı
təbəqənin pulsuz ali təhsil almaq imkanlarının artırılması və s. bu kimi məsələlər
də diqqət mərkəzində olmalıdır.
Fikrimizcə, Azərbaycan Respublikasında davamlı iqtisadi inkişafın təmin
edilməsinin başlıca mənbələrindən birini təşkil edən təhsilin keyfiyyətinin
yaxşılaşdırılması üçün ölkədə bu sahənin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı,
vətəndaşların xarici ölkələrin nüfuzlu müəssisələrində təhsil almasına zəruri
şə
raitin yaradılması da xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyev tərəfindən imzalanan
“Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq
edilməsi barədə” fərmana əsasən, məhz, ölkədə və xaricdə yüksək ixtisaslı
kadrların hazırlanması və həmçinin, kadrların professionallıq səviyyəsinin
artırılması məqsədi ilə Dövlət Neft Fondunun gəlirlərindən istifadə olunması
nəzərdə tutulur
.
Qeyd olunanlarla yanaşı, digər bir vacib məsələyə də diqqət artırılmalıdır. Belə
ki, müşahidələrə əsasən əhalinin müəyyən bir hissəsi maliyyə çətinlikləri
ucbatından özünümüalicəyə və müalicəsiz keçinməyə üstünlük verir.
Qeyd etmək lazımdır ki, ölkədə sosial problemlərin yaranmasının səbəblərindən
biri də regionlarınn qeyri-bərabər inkişafıdır. Bir sıra səbəblər, xüsusilə
112
infrastrukturun lazımi səviyyədə qurulmaması müəssisələrin fəaliyyətinin bərpa
edilməsini, yeni iş yerlərinin açılmasını, yerli sahibkarlığın inkişaf yolu ilə əhalinin
həyat səviyyəsinin daha da yaxşılaşdırlmasına mane olur. Bu problemlərin həlli
məqsədilə neft gəlirlərindən, investisiya-vergi siyasətindən geniş istifadə edilməsi
məqsədəuyğundur.
Eyni zamanda, ölkədə tibbi xidmətlərin istər keyfiyyətinin yüksəldilməsi,
istərsə də əhatəliliyinin genişləndirilmasi baxımından icbari tibbi sığorta xidməti
mexanizminin işlək vəziyyətə gətirilməsi də olduqca vacib məsələdir.
Hazırda öz xalqına yüksək rifah şəraiti yaratmış bir çox avropa dövləti sosial
dövlət sisteminə üstünlük verir və sosial siyasət mexanizmlərindən istifadə edərək
cəmiyyətdə baş verə biləcək sosial-iqtisadi problemlərin qarşısını almağa çalışır.
Dostları ilə paylaş: |