Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 79
əsasında heç bir mövqeyi olmayan az sosial davranışlı adamlar qrupun digər üzvlərinə
mənfi təsir göstərə bilər. Məhz buna görə də kiçik qruplarda məsul asılılıq
münasibətlərin inkişafında, qrupun hər üzvünün məsuliyyətinin artırılmasına
müntəzəm diqqət yetirməlidir. Qrup üzvlərinin miqdarı çox olduqda isə onun idarə
olunması, ona təsirli obyektiv sosial nəzarət imkanı nisbətən zəifləyir.
Beləliklə, aydın olur ki, briqada böyük olduqca, onda qeyri – rəsmi qruplar bir o
qədər çox olur. Belə briqadalarda kəskin konflikt şəraiti yarandıqda, onu həll etməyin
yollarından biri, digər ümumi şərtlərlə yanaşı, briqada üzvlərinin miqdarını
azaltmaqdan ibarətdir. Bütün hallarda kollektivin ümumi məqsədi isə kiçik qrupların
məqsədinin uzlaşmasına və qruplar əsasında, bütövlükdə kollektivin üzvləri arasında
müsbət qarşılıqlı münasibətlərin yaranmasına xüsusi diqqət yetirməlidir.