Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 82
Meyo və onun əməkdaşları iddia edirdilər ki, fəhlənin əhvalı səhhətinin
pisləşməsi, ailədə dava-dalaşın olması nəticəsində, hətta ustanın zahirən onun nifrət
bəslədiyi hərr hansı bir qohumuna oxşaması kimi momentlərin təsiri ilə dəyişilə bilər.
Xotorn eksperimentinin iştirakçıları belə bir nəticəyə gəldilər ki, qeyri-formal qrupun təsiri son dərəcə böyükdür. Əmək məhsuldarlığının artırılması, fəhlələrin
sahibkarlara və şirkətə “lazımi” münasibət bəsləməsinin təmin edilməsi kimi vacib
məsələlərdə rəsmi təşkilata nisətən qeyri-rəsmi qrup daha böyük əhəmiyyət kəsb edir.