4. Qrupun ölçüsü və həcmi haqqında Sosial – psixoloji tədqiqatlar göstərir ki, bir nəfərin qrupa daxil və ya xaric olması
ilə qrupun şəxsiyyətlərarası münasibətlər şəbəkəsində ilk baxımdan diqqəti cəlb
etməyən dəyişikliklər baş verir.
Müasir sosial psixologiyada bu problem üç istiqamətdə tədqiq olunur:
1. Qrup həcminin son həddi;
2. Qrupun həcminin onun sosial – psixoloji xüsusiyyətlərinə təsiri;
3. Qrupun optimal həcmi.
Birinci isitqamətlə əlaqədar olaraq bir-birinə uyğun gəlməyən ziddiyyətli nəticələr
alınmışdır. Ayrı-ayrı müəlliflər tərəfindən kiçik qrupun aşağıdakı kəmiyyət göstəriciləri
müəyyən edilmişdir: 2 – 7 nəfər (V.Boqoslovski), 6 – 7 nəfər (C.Cems), 2 – 20 nəfər
(Q.S.Antipina), 12 – 30 (R.Pento və M.Qravits), 3 – 45 (V.Q.İvanova), 2-dən 30-40
nəfərə qədər (Y.İ.Kolominski), 50 – 70 nəfər (L.S.Blyaxman) və s.