Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Qrupun optimal həcmi məsələsi sosial psixologiyanın tətbiqi problemləri
içərisində içərisində mühüm yer tutur. Alimlərin böyük əksəriyyətinin fikrincə, kiçik
qrupun optimal variantı 7 ± 2’dir, yəni 5 nəfərdən 9 nəfərə qədərdir. Sosioloji
tədqiqatlar belə bir nəticə çıxarmaq imkanı verir ki, istehsalat briqadalarının miqdarına
10 nəfərdən artıq müəyyən edilməsi məqsədəuyğun deyildir.
Kiçik qrupun bütün hallar üçün eyni dərəcədə məqsədəuyğun olan optimal
variantı haqqında mütləq mənada danışmaq olmaz və bu heç düzgün də deyildir.
Sosial psixologiyda bu sahədə alınmış müxtəlif kəmiyyət göstəricilərini də məhz həmin
baxımdan qiymətləndirmək laızmdır. Kiçik qrupun optimal variantı onun
spesifikasından, həll etdiyi sosial-iqdisadi vəzifələrin xarakterindən və inkişaf
səviyyəsindən asılı olaraq müəyyən edilməlidir.