Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə157/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   153   154   155   156   157   158   159   160   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
78
assosial davranışlı adamlar qrupun digər üzvlərinə mənfi təsir göstərə bilərlər. Məhz 
buna görə də kiçik qruplarda məsul asılılıq münasibətlərinin inkişafında, qrupun hər 
bir üzvünün məsuliyyətinin artırılmasına müntəzəm diqqət yetirilməlidir. 
Груп цзвляринин мигдары чох олдугда онун идаря олунмасы, она тясирин обйектив 
сосиал нязарят имканы нисбятян зяифляйир.  
Rengelman effekti 
Ümumiyyətlə, birgə fəaliyyətin səmərəliyi qrup üzvlərinin miqdarının çoxluğu ilə 
şərtlənmir:  müəyyən  səviyyəyə  qədər  qrup  üzvlərinin  miqdarının  artması  onun 
səmərəliliyini  artırır.  Hələ  20  –  ci  illərdən  müəyyən  edilmiş  “Rengelman  effekti”nə 
görə, qrupun hər bir üzvünün “faydalı iş əmsalı” qrupda adamların ümumi sayından 
asılıdır. (R.S. Nemov). Qrup üzvlərinin sayı sosial psixologiyada “böhran kəmiyyəti” 
adlanan  kəmiyyətə  çatdıqda,  bu,  artıq  fəaliyyətin  səmərəli  olmasına  mənfi  təsir 
göstərir. Qrup üzvlərinin sayı artdıqca, birgə fəaliyyətin səmərəliliyi azalmağa başlayır: 
sadəcə olaraq adamlar bir – birinə mane olur (təsəvvür edək ki, iki nəfər görə biləcəyi 
işi on nəfərə tapşırırlar), bir – birini təkrar edirlər, biri çox, o birisi isə az işləyir və ya 
heç  işləmir,  ünsiyyət  çətinləşir.  Bu  o  deməkdir  ki,  birgə  fəaliyyətin  səmərəliliyi  qrup 
üzvlərinin sayından asılıdır. 
Birgə fəaliyyətin səmərəliliyinin qrup üzvlərinin sayından asılılığı qanunun nəzərə 
alınması istehsal şəraitində müxtəlif səhvlərin meydana çıxmasına səbəb olur. 
B.F.Lomovun qeyd etdiyi kimi, müəssisədə xüsusi məsələlər üzrə işgüzar iclaslar 
keçirərkən  də  belə  səhvlərə  yol  verilir.  Zərurət  olmadığı  halda  iclasa  çoxlu  şəxsin 
çağırılması  onunla  nəticələnir  ki,  onların  bir qismi  passiv  iştirakçıya  çevrilir,  çıxışlar 
təkrar olunur, əsas məsələlərdən diqqət yayınır. 
Qeyd etmək lazımdır ki, kollektivdə qeyri – rəsmi qrupların yaranması imkanı 
da qrup üzvlərinin sayı ilə şərtlənir. Yuxarıda təsvir etdiyimiz qruplardan birincisində 
tabe işçilərdən ibarət yalnız iki nəfərlik bir qeyri – rəsmi qrupun yaranması mümkündür. 
Halbuki,  ikinci  qrupda  üç  ikinəfərlik,  bir  üçnəfərlik,  dörd  üç  nəfərlik,  bir  dördnəfərlik 
qeyri-rəsmi qrup yarana bilər. Aydın məsələdir ki, 10 və ya 30 nəfərlik briqadada qeyri 
–  rəsmi  qrupların  çox  mürəkkəb  şəbəkəsi  yaranır  və  idarəetmədə  bir  sıra  əlavə 
psixoloji qanunauyğunluqların nəzərə alınması tələb olunur. Qrup üzvlərinin miqdarı 
çox  az  olduqda  onun  rəsmi  və  qeyri  –  rəsmi  strukturu  əsasən  uyğun  gəlir.  Lakin 
əlverişli  şəraitdə  nisbətən  kiçik  qrupların  münasibətlər  şəbəkəsidə  şəxsi  qarşılıqlı 
münasibətlər  xüsusi  yer  tutmağa  başlayır.  Onların  “əl  əli  yuyur,  əl  də  qayıdıb  üzü 
yuyur” prinsipi əsasında qurulması üçün qorxu yaranır. Bu zaman bütövlükdə müəsisə 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin