Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
və ya dəyişə bilər».
Pavlovun təbirincə desək, söz fırtına kimi insanın orqanızminin ən etibarlı hesab
edilən fizioloji qanunlarını belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər, yaxud
tamamilə dəyişə bilər.
Söz yalnız pozan, dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən qüvvətli
qıcıqlandırıcıdır. Ən çətin şəraitdə deyilən bircə kəlmə xoş söz belə insanda ruh
yüksəkliyi yaradır, onda müsbət emosiyaların baş qaldırmasına, nəcib əxlaqi
keyfiyyətlərin yaranmasına, təzahürünə, həmçinin, formalaşmasına istiqamət verə
bilər. Burada əsl məsələ hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə
düzgün qiymət verməkdir.
Ünsiyyət verbal və qeyri-verbal vasitələrlə həyata keçirilir. Nitq verbal ünsiyyət
vasitəsidir. Nitqin müхtəlif funksiyаlаrı vаr.
Nitqin əsаs funksiyаları:
1. Nitq insаnın intеllеktuаl fəаliyyətinin əsаs silаhıdır.
2. Ictimаi- tаriхi şərаit hаqqındа məlumаtı nitq vаsitəsilə аlınır.
3. Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin еdir.