Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 128
Psixoloji sirayət nədir?Müxtəlif dini ekstaz, kütləvi psixoz hadisələri, ritual
rəqslər, əhəmiyyətli idman yarışları və ya panika (küyə düşmə) şəraitində adamların
davranış və rəftarını xatırlayın. Bu zaman insanlarda kütlə halında hərəkət edən başqa adamların təsiri ilə müəyyən psixi halətlər yaranır. Məsələn, stadionda
idman ehtirasları qızışdıqda ən sakit tamaşaçı belə asanlıqla kütləyə qoşulub
qışqırmağa, yersiz hərəkətlər etməyə başlayır. Bu proses şüusuz, qeyri-ixtiyari
xarakter daşıyır. Psixoloji sirayət halları hər hansı bir informasiyanın və ya davranış
örnəyini şüurlu surətdə qəbul edilməsi yolu ilə yaranmır. Onun əsas mexanizmini kütlə
şəraitində əmələ gələn müəyyən emosional halətlərin adi zəncirvari reaksiya modeli
üzrə bir adamdan başqasına verilməsi təşkil edir.
Psixoloji sirayətin xarakteri və səviyyəsi müxtəlif amillərlə şərtlənir. Təsadüfi (yanğın zamanı küçəyə yığılmış camaat), ekspressiv (dəfn mərasimi), konvensial (futbol oyunu tamaşaçıları) və ya fəal kütlədə (məsələn, təbii fəlakət zamanı xilas olan
kənd camaatı) psixoloji sirayət spesifik xüsusiyyətlərlə meydana çıxır.
İnsanın ontogenetik inkişafının maraqlı xüsusiyyətlərindən biri hisslərin
intellektuallaşması prosesi ilə bağlıdır. Yaşı artdıqca, uşağın idrak fəaliyyəti inkişaf
edir, idrak proseslərinin inkişafı zəminində isə onun emosional həyatında mühüm
dəyişikliklər baş verir: uşaq sevinəndə də, ağlayanda da hər şeyə tədricən ağlın gözü
ilə baxmağa başlayır. Hisslərin intellektuallaşması dedikdə, adətən bu cəhəti nəzərə
alırlar.