Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə244/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   240   241   242   243   244   245   246   247   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

7.2. Psixoloji sirayət 
Psixoloji sirayət effekti (və ya yoluxma) - sosial psixologiyada XIX əsrin sonu-
XX əsrin əvvəllərində müəyyən edilsə də insanlara çoxdan məlum idi: bütün xalqların 
ədəbiyyatında  psixoloji  sirayətin  fenomenologiyası  bədii  səpgidə  ətraflı  təsvir 
edilmişdir.  Onun  elmi  təhlili  isə  sosial  psixologiyanın  ilk  nailiyyətləri  zəminində 
mümkün olmuşdur. 
Sosial psixologiyada hələ onun eksperimental inkişafı dövründən əvvəl müəyyən 
edilmişdi  ki,  psixoloji  sirayət  kütlə  psixologiyası  hadisəsidir.  Ən  yeni  tədqiqatlar 
göstərir ki, psixoloji sirayət effekti kiçik qruplarda da müşahidə olunur. Lakin bununla 
belə, insanlar məhz kütlə daxilində psixoloji sirayətə daha asanlıqla məruz qalırlar. Bu, 
hər  şeydən  əvvəl,  kütlənin  özünün  psixoloji  xarakteristikası  ilə  bağlıdır.  Müəyyən 
edilmişdir ki, insan kütlə daxilində özünü daha çox anonim vəziyyətdə hisss edir. Bu 
şəraitdə  şəxsiyyət  amilinin  rolu  köklü  surətdə  azalır.  İnsanın,  birinci  növbədə,  psixi 
halətlərində mühüm dəyişiliklər əmələ gəlir. Onun idrak fəaliyyətində emosional amillər 
xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Emosional diqqətin fəallaşması üçün əlverişli 
şərait  yaranır.  İnsan  öz  gördüyü  və  ya  eşitdiyi  hadisələri  özünəməxsus  emosional 
fonda,  necə  deyərlər,  onu  bilavasitə  əhatə  edən  adamların  gözü  ilə  qavramağa, 
anlamağa  başlayır.  Onun  baş  verən  hadisəyə  münasibəti  də  əsasən  bu  şəraitdə 
formalaşan  emosional  qiymətlərlə  müəyyən  olunur.  İnsan  bu  zaman  istər 
başqalarında,  istərsə  də  özündə  əslində  başlıca  nöqsanları  görə  bilmir.  Kütlə 
psixologiyası  üçün  səciyyəvi  olan  bu  cəhətləri  nəzərə  alsaq,  onda  psixoloji  sirayəti 
şərtləndirən amilləri nisbətən ətraflı təhlil edə bilərik.  



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin