Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
7. İdarəetmənin sosial-psixoloji problemlər İnsanın idaəretmə fəaliyyəti mürəkkəb və çoxcəhətlidir. İdarəetmə psixologiyası, hər
şeydən əvvəl, metodoloji və psixoloji problemlərə bölünürlər. Onlar isə öz növbəsində (1)
rəhbər işçilərin psixologiyası, (2) rəhbər və tabe işçilərin qarşılıqlı münasibəti, (3) tabe işçilərin
psixologiyası, (4) cəmiyyətdə sosial-psixoloji hadisələrin idarə olunması psixologiyasına
bölünürlər. İdarəetmə psixologiyasının sahə istiqamətləri də vardır. Məsələn, iqtisadiyyatın
idarə olunması, fəaliyyətin ictimai-siyasi və mənəvi sahələrinin idarə olunması və s.
İnsan sosial sistemin əsas tərkib hissəsidir. İdarəetmə sistem kimi iki əsas