Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 18
şəxsiyyətlərarası qarşılıqlı təsir (F.Xayder, T.Nyukom, L.Festinger) kimi problemlərin
öyrənilməsində də koqnitivizm çərçivəsində mühüm araşdırmalar aparılmışdır.
Neofreydizm və Freydizm cərəyanı: Freydizm cərəyanı XIX əsrin sonu - XX əsrin
əvvəllərində əmələ gəlmişdir; Qərb ölkələrində qısa müddət ərzində incəsənətə, ədəbiyyata,
insanla bağlı müxtəlif elm sahələrinə, xüsusilə təbabət, antropologiya, sosiologiya, mədəniyyət
tarixi, pedaqogika və s.-yə geniş nüfuz etmişdir.
Onun banisi Avstriya psixiatrı və psixoloqu Ziqmund Freyddir (1856-1939). Freydin adı
ilə cərəyan Freydizm adlanır. Freydin özü onu «psixoanaliz» adlandırırdı.
Neofreydizm Z.Freydin ideyalanna söykənərək psixoanalitik prinsipləri sosial-psixoloji
praktikaya tətbiq etməyə və müxtəlif sosial-psixoloji problemləri psixoanalizin paradiqmaları
əsasında izah etməyə başladı.
Z.Freydə görə, qrupun əsasını emosional libido rabitələrin sistemi təşkil edir.
Şəxsiyyətlərarası «məhəbbət» sayəsində qrup özünün psixoloji simasını kəsb edir. Qrup üzvləri
özlərini bu kökdə qrupun lideri ilə eyniləşdirirlər. Bu identifikasiya əsasında qrupun adi
üzvlərinin münasibətləri formalaşır.
Psixoanalitik sosial psixologiya qrupun inkişafı haqqında müxtəlif nəzəriyyələrdə öz
əksini tapmışdır. Bu nəzəriyyələrdə qrupun əsas modeli kimi psixoterapevtik qrup ayırd edilir
(Bayon, U.Bennis və Q.Şepard), insan davranışının başlıca sosial motivləri təhlil olunur
(U.Şuts, T.Adorna).
Müasir sosial psixologiyada iki nəzəriyyə - simvolik interaksionizm və sosial
konstruksionizm nəzəriyyələri də diqqəti xüsusilə cəlb edir.